44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.
Bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.
Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub".
O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.
Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.