Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
TASS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah almaqla ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına sui-qəsd cəhdi etmək, eləcə də Respublika Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdi etməkdə şübhəli bilinirlər", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər həbs qətimkan tədbiri seçilib. Cinayət işi Kralyevodakı Ali Prokurorluğa göndəriləcək.