Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin döyüş təyyarələri və aviadaşıyıcılar istehsalına başlayacağını açıqlayıb.
Bu barədə o, müqəddəs Ramazan ayının ilk günündə etdiyi çıxış zamanı danışıb.
Türk lideri bildirib ki, son 23 ildə Ankara müdafiə sənayesində böyük texnoloji sıçrayış edib və əldə olunan nailiyyətlər Türkiyəni artıq silah alan ölkədən silah istehsal edən ölkəyə çevirir. Bu prosesin əsas məqsədi xarici təchizatçılardan asılılığı minimuma endirməkdir.
Ərdoğanın sözlərinə görə, pilotsuz uçuş aparatlarında əldə edilən uğur növbəti mərhələdə döyüş aviasiyası və dəniz platformalarına keçiriləcək. Yerli aviadaşıyıcıların və milli qırıcıların hazırlanması həm təhlükəsizlik, həm də siyasi müstəqillik baxımından strateji əhəmiyyət daşıyır.