• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Bugün, 09:00

Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir


Ermənistanın “Rusiya geopolitik infrastrukturu”ndan uzaqlaşması ABŞ üçün kifayət qədər ciddi regional üstünlüklər qazandırır, Kremlin Cənubi Qafqazdakı təsir mexanizmləri zəifləyir və Rusiya-İran logistika xəttinin fəaliyyəti məhdudlaşır... ABŞ Ermənistanı indi artıq sadəcə, postsovet ölkəsi yox, həm də Rusiyanın təsir zonasında geopolitik “çat nöqtəsi” hesab edir, Cənubi Qafqaz artıq “Rusiyanın təhlükəsizlik zonası” deyil, çünki bu region tədricən çoxqütblü geopolitik rəqabət məkanına çevrilir...
Ermənistan taleyüklü mərhələdən keçir. Belə ki, hazırda bu ölkədə olduqca ciddi siyasi-ideoloji böhran yaşanmaqdadır. Xüsusilə də, “kilsə böhranı” və Rusiya ilə korlanmış münasibətlərin Ermənistan cəmiyyətində törətdiyi siyasi-ideoloji kataklizmlər indi bu ölkəni təhlükəli proseslərə doğru sürükləyir. Üstəlik, Ermənistanın ABŞ və Rusiyanın Cənubi Qafqaz rəqabətində əsas geopolitik poliqona çevrilməsi rəsmi İrəvanı çarpaz ziddiyyətlər məkanına çevirir. Və bütün bunlar Ermənistanın “Rusiya orbiti”ndən çıxmaq cəhdlərinin intensivləşməsinə də paralellik təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan ətrafında baş verən hadisələr – erməni yepiskopların xaric ölkədə toplantısı, katolikosun ölkədən çıxışına qoyulan qadağa, dəmir yollarının idarəçiliyi üzərindən Rusiya ilə açıq qarşıdurma rəsmi İrəvan üçün “qapalı labirint” effekti verir. Üstəlik, baş nazir Nikol Paşinyanın “Zatulin prizması” üzərindən Kremlə verdiyi son siyasi-ideoloji mesajlar da Rusiyanın Ermənistana qarşı daha da aqressivləşməsinə yol açır. Və bu, Rusiya-Ermənistan münasibətlərində sistemli qarşıdurmanın yeni mərhələsinin artıq başlandığını göstərir.

Maraqlıdır ki, bütün bunlar məhz Cənubi Qafqazda ABŞ-Rusiya rəqabətinin dərinləşməsinə paralellik təşkil edir. Ona görə də, rəsmi İrəvanın hazırda ən çox “kilsə böhranı”ndan ehtiyatlanması üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Çünki Rusiyanın Ermənistan cəmiyyəti üzərində əsas siyasi təsir və ideoloji manipulyasiya mevanizmi olan erməni kilsəsi və Paşinyan hakimiyyəti arasında gərginlik artıq real toqquşma təhlükəsinə yaxınlaşır. Və bu baxımdan, Erməni Apostol Kilsəsi daxilində 25 arxiyepiskop və yepiskopun Avstriyada, ölkədən çıxışına qadağa qoyulmuş katolikos II Qareginin iştirakı olmadan toplantı keçirməsi Ermənistanda daxili siyasi-ideoloji balansın ciddi şəkildə dəyişdiyini göstərir.

Məsələ ondadır ki, barəsində cinayət işi açılmış katolikosun ölkədən çıxışına qadağa qoyulması hazırda hüquqi prosedurdan daha çox siyasi mesaj kimi görünür. Belə ki, erməni kilsəsi Ermənistanda siyasi-ideoloji mərkəz, diasporla əlaqələrin təminatçısı, Rusiyanın agentura şəbəkəsinin hərəkətverici qüvvəsi rolunu oynayır. Paşinyan hakimiyyəti erməni kilsəsini həm də Ermənistanın “köhnə siyasi elitasının əsas ideoloji dayağı”, Rusiyanın regional neoimperialist hegemoniya sisteminin tərkib hissəsi kimi qəbul edir.

Ona görə də, erməni kilsə ətrafındakı hüquqi proseslər rəsmi İrəvan üçün faktiki olaraq, ölkədaxili legitimlik savaşı deməkdır. Paşinyan hakimiyyəti erməni kilsəsini zəiflətmək cəhdilə, Ermənistanın ənənəvi “Rusiya ilə müttəfiq təhlükəsizlik modeli”nin simvolik dayağını sıradan çıxartmağı hədəfləyir. Və bu, rəsmi İrəvan üçün Rusiyanın Ermənistan üçün qurduğu digər təhlükə qaynaqlarının bloklanması baxımından, münbit şərait yaratmaq şansıdır.

Halbuki, rəsmi İrəvanı Kremllə qarşıdurma durumuna salan ölkədaxili problemlər isə kifayət qədər qəliz xarakter daşıyır. Hər halda, Ermənistan dəmir yolları 20 ildən artıqdır ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən idarə olunur. Bu struktur isə faktiki olaraq, “Rusiya Dəmir Yolları” sisteminin törəmə qurumudur. Ona görə də, Kreml rəsmi İrəvanın son vaxtlar bu sistemi dağıtmaq və ya əvəzləmək istiqamətində atmağa çalışdığı addımları “qəribə və yolverilməz” hesab edir. Və bu, o deməkdir ki, Kreml Paşinyan hakimiyyətinin davranışlarından ciddi şəkildə qıcıqlanıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə rəsmi İrəvanın Ermənistan dəmir yollarına nəzarətin əl dəyişdirməsinə yönəlik qərarını “təhlükəli və nəticəsi hesablanmamış addım” kimi qiymətləndirib. O, Rusiyanın son 20 ildə Ermənistanın dəmir yolları sektoruna 30 milyard rubl investisiya yatırdığını Paşinyan hakimiyyətinin diqqətinə çatdırıb. Və bu, Kremlin indiki mərhələdə Ermənistan dəmir yolları sisteminə nəzarəti itirmək ehtimalı ilə barışmaq niyyətində olmadığını göstərir.

Məsələ ondadır ki, hazırda Ermənistan dəmir yollarına nəzarət Rusiya üçün yalnız investisiya, logistika və təhlükəsizlik deyil, həm də Cənubi Qafqazda geopolitik təsir mexanizmidir. Çünki bu sistem Rusiya üçün İran və Gürcüstan istiqamətində əsas alternativ nəqliyyat-kommunikasiya xətti olmaqla yanaşı, həm də potensial Zəngəzur dəhlizi, eləcə də regional geoiqtisadi ssenarilərdə strateji faktorların sırasına daxildir. Və əgər, rəsmi İrəvan bu sistemi Kremlin nəzarətindən çıxararsa, bu, postsovet məkanında Rusiya təsirinin ən mühüm geoiqtisadi rıçaqlarından birinin ciddi şəkildə zəifləməsi anlamı daşıyacaq.

Göründüyü kimi, rəsmi İrəvan və Kremli qarşıdurmaya sürükləyən geostrateji və geoiqtisadi faktorlar kifayət qədər ciddi təsirə malikdir. Ona görə də, rəsmi İrəvan Ermənistan cəmiyyətinin siyasi-ideoloji baxımdan, Rusiyanın əleyhinə yönəldilməsinə indi daha çox diqqət yetirir. Hətta baş nazir Nikol Paşinyan Kremlin Ermənistan cəmiyyətinə təsirini zəiflətmək üçün Rusiyanın geopolitik manipulyasiyalarını təbliğ edən rus propoqandistlərin hədəfə alınmasına da xüsusi önəm verir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistana qarşı ən ciddi təhlükə qaynağı olduğunu qabartmaq üçün erməni toplumuna “Ermənistana və dünyaya “Zatulinin gözləri” ilə yox, məhz öz gözlərinizlə baxın” tezisi ilə müraciət edib. Yəni, erməni baş nazir əslində, dolayısı ilə Ermənistan cəmiyyətini “Rusiya prizmasından dünyaya baxmaq modeli”ndən imtina etməyə çağırıb. Və o, erməni toplumuna xatırladıb ki, Ermənistanın Rusiyanın orbitində formalaşan ənənəvi təhlükəsizlik modeli artıq çoxdan uğursuz olub.

Üstəlik, baş nazir Nikol Paşinyanın bu çağırışları ABŞ-ın Cənubi Qafqazda Rusiyadan boşalmaqda olan regional orbitr yerini doldurmaq cəhdlərinə paralellik təşkil edir. Bu baxımdan, Ermənistanın Rusiya geopolitik infrastrukturundan uzaqlaşması ABŞ üçün kifayət qədər ciddi regional üstünlüklər qazandırır. Belə ki, Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmləri zəifləyir və Rusiya-İran logistika xəttinin fəaliyyəti məhdudlaşır. Ona görə də, ABŞ üçün Ermənistan indi artıq sadəcə, postsovet ölkəsi deyil, həm də Rusiyanın təsir zonasında olduqca ciddi geopolitik “çat nöqtəsi”dir. Və Cənubi Qafqaz artıq “Rusiyanın təhlükəsizlik zonası” deyil, çünki bu region tədricən çoxqütblü geopolitik rəqabət məkanına çevrilir.(musavat.com)

Oxunub: 102
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

17-06-2023, 17:06

İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
Şəhid ailəsinə niyə 5 ildir ev verilmir?
Apreldə neçə gün iş olmayacaq?
Sabah ölkə üzrə pensiyalar- Tam ödəniləcək
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələcək - SİYAHI
Azərbaycanda Ramazan ayı başlayıb
Hadisə
Bugün, 10:37
Əhaliyə XƏBƏRDARLIQ - Yaz havası BAŞA ÇATIR, yaxın günlərdə Bakı buz kəsəcək
Bugün, 10:07
Qobustan qayalarının dibində qızıl axtarırdılar - Saxlanıldılar-Video
Dün, 23:55
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video
Dün, 11:56
“Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin” - DİN-dən çağırış - Video
Dün, 10:52
Azərbaycanda silah zavodunda QƏZA - Araşdırma başlandı
Dün, 09:58
Məktəbdə KÜTLƏVİ zəhərlənmə – Uşaqları “dadlı” təhlükədən NECƏ qoruyaq?
Son xəbərlər
  • Bugün, 10:49
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
  • Bugün, 10:37
    Əhaliyə XƏBƏRDARLIQ - Yaz havası BAŞA ÇATIR, yaxın günlərdə Bakı buz kəsəcək
  • Bugün, 10:25
    Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər - Bakıdan süni adaya
  • Bugün, 10:19
    Şəhid ailəsinə niyə 5 ildir ev verilmir?
  • Bugün, 10:07
    Qobustan qayalarının dibində qızıl axtarırdılar - Saxlanıldılar-Video
  • Bugün, 09:41
    SON DƏQİQƏ! Türkiyədə zəlzələ baş verdi
  • Bugün, 09:33
    Bu ölkə ukraynalılara yardımı dayandırdı
  • Bugün, 09:29
    Makrondan ETİRAF: "Özgüvənim ciddi səhv qərarlar verməyimə səbəb oldu"
  • Bugün, 09:23
    Yaxın Şərqdə gərginlik: Almanlar İraqı tərk edirlər
  • Bugün, 09:21
    Moskva İrəvanı anlaya bilmir – Qarabağ və “soyqırımı” siyasəti bitir?
  • Bugün, 09:11
    Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
  • Bugün, 09:05
    Prezident İlham Əliyevin sosial media hesablarında “Sülh Şurası”nın ilk iclası ilə bağlı paylaşım edilib
  • Bugün, 09:00
    Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir
  • Dün, 23:55
    Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - Video
  • Dün, 16:00
    Apreldə neçə gün iş olmayacaq?
  • Dün, 15:30
    ABŞ bütün hərbçilərini BU ÖLKƏDƏN ÇIXARIR
  • Dün, 14:22
    Şoyqudan Ermənistana SƏRT MESAJ: “Bir gecədə çökə bilər”
  • Dün, 13:41
    Brüsselin tərəddüdü: EUMA sərhədimizdə qalır, yoxsa...
  • Dün, 13:13
    SON DƏQİQƏ! İrana hücum tarixi açıqlandı: Dəhşətli hadisə belə planlanır - ŞOK GÖRÜNTÜLƏR
  • Dün, 12:23
    Hind okeanından Cənubi Qafqaza qədər alov xətti - Müharibə qapıda
  • Dün, 12:06
    Hamının əsəbiləşdiyi anda “Qarabağ”ın futbolçuları nəyə gülürdü? - Video
  • Dün, 11:56
    “Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin” - DİN-dən çağırış - Video
  • Dün, 11:46
    Fars körfəzində GƏRGİN SAATLAR: Neft tankerləri boğazdan keçə bilmədi
  • Dün, 11:40
    Sabah ölkə üzrə pensiyalar- Tam ödəniləcək
  • Dün, 10:52
    Azərbaycanda silah zavodunda QƏZA - Araşdırma başlandı
  • Dün, 10:45
    Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələcək - SİYAHI
  • Dün, 10:15
    "Qarabağ"ın qapısına təyin edilən penalti yanlış qərar imiş
  • Dün, 09:58
    Məktəbdə KÜTLƏVİ zəhərlənmə – Uşaqları “dadlı” təhlükədən NECƏ qoruyaq?
  • Dün, 09:53
    İranda GƏRGİNLİK: Aksiyalarda ölənlərin anım mərasimi etiraza çevrildi
  • Dün, 09:36
    ABŞ İran ətrafına 40 min qoşun göndərib
  • Dün, 09:31
    Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
  • Dün, 09:27
    Qurban Qurbanov: "Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər"
  • Dün, 09:22
    Azərbaycanda Ramazan ayı başlayıb
  • Dün, 09:00
    Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-02-2026, 21:29
    Prezident ABŞ-də səfərdədir - Foto
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə