Ukrayna hakimiyyəti mümkün sülh razılaşması çərçivəsində mühüm addımı müzakirə edir.
The Atlantic nəşrinin məlumatına görə, prezident Volodimir Zelenskinin müşavirləri Kiyevin Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması variantını nəzərdən keçirdiyini bildiriblər.
Məlumata əsasən, bu addım mümkün razılaşma daxilində ən ciddi güzəşt hesab olunur. Hakimiyyət qərarın legitimliyini təmin etmək üçün yaz aylarında ümumxalq referendumu keçirmək ideyasını da nəzərdən keçirir.
Qeyd olunur ki, Kiyev belə addımı yalnız uzunmüddətli və davamlı sülh təmin ediləcəyi halda gündəmə gətirə bilər və məsələ siyasi-hüquqi prosedurlarla rəsmiləşdirilməlidir.