• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın dağıdıcı “Avropa ssenarisi” reallaşır: “Qoca qitə” Ağ Evdən idarə olunacaq, ABŞ-a itaət edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Dün, 09:00



Ağ Ev sahibi Donald Trampın təhdidkar davranışları ucbatından transatlantik ittifaq de-fakto dağılmaq üzrədir, belə davam edərsə, NATO daxilində parçalanma qaçılmaz olacaq... ABŞ-Avropa Birliyi münasibətləri isə açıq güc qarşıdurması mərhələsinə keçir, Tramp administrasiyası “qoca qitə” ölkələrini artıq strateji tərəfdaş yox, məhz Ağ Evdən iradə edilməli olan “geopolitik alətlər” kimi qəbul edir...
Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra inkaredilməz reallığa çevrilmiş ABŞ-Avropa Birliyi qarşıdurması artıq tədricən açıq müstəviyə keçməyə başlayıb. Ağ Ev sahibi Donald Trampın son açıqlamalarını artıq siyasi-diplomatik səhvlər, qeyri-adi sensasion iddialar və yaxud da populist ritorika kimi izah etmək çox çətindir. Çünki Ağ Ev sahibinin açıqlamaları, ABŞ-ın Avropa Birliyi ilə münasibətlərində post-müttəfiqlik mərhələsinə keçildiyini göstərən sistemli və siyasi-ideoloji xəttin tərkib hissəsidir. Və Ağ Ev açıq şəkildə Avropa Birliyini ənənəvi müttəfiq-tərəfdaş deyil, məhz ABŞ-a tabe edilməli olan geopolitik məkan kimi gördüyünü biruzə verir.

Onu da qeyd etmək laızmdır ki, Tramp administrasiyasının davranışlarından ciddi şəkildə narahat olan Avropa liderləri qapalı toplantı keçiriblər. Onların ABŞ prezidenti Donald Trampa qarşı Avropa dövlətlərinin mümkün ortaq təzyiqləri və bunun doğura biləcəyi risk ssenarilərini müzakirə etməsi əslində, transatlantik münasibətlər tarixində olduqca ciddi “dönüş nöqtəsi” hesab edilir. Və belə anlaşılır ki, ABŞ prezidenti Donald Tramp artıq Avropa Birliyi üçün hərbi-siyasi müttəfiq yox, məhz əsas təhlükə mənbəyi kimi qəbul olunur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın “Avropa doktrinası”nın mahiyyəti ABŞ-ın “qoca qitə” ölkələri üçün müttəfiqdən təhdidkar hegemona çevrilməsinə yönəlib. Çünki prezident Donıad Trampın “siyasi fəlsəfəsi” klassik diplomatiyaya deyil, zorakı gücə, iqtisadi-ticari şantajı və yeni ərazilər ələ keçirtmə “iştah”ına əsaslanır. Onun “siyasi dünyagörüşü” beynəlxalq hüquqa yox, korporativ alış-satış məntiqinə söykənir. Yəni, ABŞ prezidenti üçün dövlətlər - bazar, suverenlik - qiymət etiketi, xalqlar isə danışıqlarda dəyişdirilə bilən faktordur.

Təbii ki, ABŞ kimi dünya superdövlətinə rəhbətlik edən liderin bu yanaşma tərzi bütün ölkələri, xüsusilə də, Avropa Biriyi üçün təhlükəlidir. Çünki Avropa Birliyi beynəlxalq hüquq normaları üzərində qurulub, konsensus mexanizmi ilə işləyir və neoimperialist dildə danışmır. Və Ağ Ev sahibi Donald Tramp isə müasir sosial-siyasi normativlərə bağlı Avropa Birliyini dağıdıcı ABŞ modeli ilə əvəzləmək istəyir.

Maraqlıdır ki, ABŞ-ın son vaxtlar Arktika üzərindən Avropa ölkələrinə ümumi ultimatumlar verməsi də məhz Tramp administrasiyasının neoimperialist hədəflərindən qaynaqlanır. Prezident Donald Trampın “Biz Qrenlandiyanı işğal etməyəcəyik, onu satın alacağıq” açıqlaması əslində, XXI əsrdə dilə gətirilmiş ən açıq neo-kolonial etiraflardan biridir. Çünki Qrenlandiya Danimarkanın, dolayısı ilə də Avropa Birliyinin nəzarətində olan bir ərazidir.

ABŞ prezidenti Donald Trampın isə başqa ölkəyə məxsus olan bu ərazini “satınalma obyekti” kimi təqdim etməsi Avropa dövlətlərinin suverenlik prinsipinə təhqirdir. Digər tərəfdən, bu, Arktikada mövcud olan güc balansının zorla dəyişdirilməsinə cəhd olmaqla yanaşı, Avropa Birliyinə yönəlik “ərazi toxunulmazlığı artıq müqəddəs deyil” məzmunlu xəbərdarlıq mesajıdır. Yəni, Ağ Ev əslində, Qrenlandiya və Arktika üzərindən Avropaya strateji ultimatum verir: “Ya ABŞ-ın hərbi-siyasi diktəsi ilə barışacaqsınız, ya da Arktikadan sıxışdırılacaqsınız”.

Eyni zamanda, Ağ Ev sahibi Donald Trampın NATO ölkəsi olan Kanadanı ABŞ-ın 51-ci ştatı kimi təqdim etməsi və Çinlə əməkdaşlığa görə “ələ keçirilmiş ölkə” adlandırması da təhlükəli davranışdır. Hər halda, bu, onun neoimperialist şüurunun açıq təzahürüdür. Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər Kanada ABŞ-ın ən yaxın müttəfiqlərindən biri idi. Əgər, Ağ Ev Kanada ilə belə təhdidkar ritorika üzərindən danışırsa, deməli, Avropa ölkələri üçün də daha sərt ssenarilərin hazırlanmış ola biləcəyindən şübhələnmək üçün əsaslar olmamış deyil.

Məsələ ondadır ki, prezident Donald Tramp müəyyən mənada, ABŞ-ın orbitindən çıxan hər bir dövlətin “təhlükə mənbəyi” elan olunacağı ilə bağlı dolayısı mesaj verir. Ağ Ev sahibi hədəfində olan ölkələrin Çinlə əməkdaşlıq etməsini “xəyanət” kimi qəbul edir. ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edən müstəqil xarici siyasət isə “cəzalandırılmalı davranış” hesab olunur. Və Avropa ölkələrinə açıq mesaj verilir ki, “Sizin diplomatiyanız bizi qətiyyən maraqlandırmır. Çünki dünyanın bütün regionlarını təsir dairələrinə biz bölürük”.Yeni Müsavat

Göründüyü kimi, prezident Donald Tramp Avropa ölkələrini də ABŞ-ın müttəfiqləri sırasından silməyı başlayıb və “qoca qitə”ni Ağ Evdən idarə olunan müstəmləkəyə çevirmək istəyir. Ona görə də, Ağ Ev sahibi Donald Trampın təhdidkar davranışları ucbatından transatlantik ittifaq de-fakto dağılmaq üzrədir. Belə davam edərsə, NATO daxilində parçalanma qaçılmaz olacaq, ABŞ-Avropa Birliyi münasibətləri isə açıq güc qarşıdurması mərhələsinə keçəcək. Və ən təhlükəli məqam isə odur ki, Tramp administrasiyası Avropa ölkələrini artıq strateji tərəfdaş yox, ABŞ-ın maraqlarına xidmət etməli olan geopolitik alətlər kimi qəbul edir.

Oxunub: 106
Paylaş:
Digər xəbərlər

Dünya

12-12-2025, 09:11

Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-03-2024, 09:00

Ağ Evin yeni sahibi təyin olundu: O, ABŞ-ni artıq qeyri-rəsmi idarə edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-01-2025, 09:00

Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

20-12-2025, 09:00

Trampın “qoca qitə”yə bağlı SENSASİON planı: ABŞ Avropa Birliyini niyə parçalamağa çalışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

27-02-2025, 09:08

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
Xankəndidə mühüm forum keçirilir
Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq
Pensiyalar bu qədər ARTIRILACAQ
Nağd ödəyənə ucuz, kartla baha: Alıcı niyə aldadılır?
Hadisə
Dün, 15:30
Bakıya bu tarixdə qar yağacaq - AÇIQLANDI
Dün, 09:49
DTX-dən əməliyyat: 4 nəfər həbs edildi
31-01-2026, 09:11
Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?
30-01-2026, 12:09
Bu nazirliyin əməkdaşı 18 kq qızılla tutuldu - Evindən silah çıxdı
30-01-2026, 12:06
Sahibə Qafarovaya ağır itki - Foto
30-01-2026, 10:55
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Son xəbərlər
  • Dün, 16:00
    Xameneidən Putinə SENSASİON TƏKLİF - Laricani Kremlə bu mesajı ÇATDIRDI
  • Dün, 15:30
    Bakıya bu tarixdə qar yağacaq - AÇIQLANDI
  • Dün, 14:22
    İrana hücum olarsa, Azərbaycan və Türkiyə belə davranacaq - Tanınmış ekspertdən ŞOK AÇIQLAMALAR
  • Dün, 13:19
    Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
  • Dün, 13:01
    Tramp ABŞ-ın yeni xəritəsini elan etdi: Kanada, Qrenlandiya, Venesuela
  • Dün, 12:41
    Baş nazirdən icra məmurları ilə bağlı qərar - FOTO
  • Dün, 12:37
    Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
  • Dün, 12:34
    ABŞ–İran böhranında şok gediş: Tehrandan Putinə təklif
  • Dün, 11:33
    Ukrayna, ABŞ və Avropa Rusiyaya qarşı birgə PLAN HAZIRLADI
  • Dün, 11:18
    Pezeşkiandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-nin təklifinə CAVAB VERDİ
  • Dün, 11:09
    Rusiya Ukraynanı “Kinjal” və “Zirkon”la VURDU - Yüzlərlə bina...
  • Dün, 10:59
    Xankəndidə mühüm forum keçirilir
  • Dün, 10:32
    Türkiyədə daha bir neçə fenomen SAXLANILDI
  • Dün, 10:29
    Prezident Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
  • Dün, 09:52
    "Dollar daha da ucuzlaşacaq"
  • Dün, 09:49
    DTX-dən əməliyyat: 4 nəfər həbs edildi
  • Dün, 09:22
    “Epşteynlə dost olmamışam” - Tramp
  • Dün, 09:12
    Epşteyn qalmaqalı böyüyür: Nazirlik onları tələsik sildi
  • Dün, 09:11
    ABŞ və İran yenidən üz-üzə: İstanbul masası qurulur
  • Dün, 09:00
    Trampın dağıdıcı “Avropa ssenarisi” reallaşır: “Qoca qitə” Ağ Evdən idarə olunacaq, ABŞ-a itaət edəcək
  • 2-02-2026, 21:51
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 2-02-2026, 16:28
    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə gedib - FOTOLAR
  • 2-02-2026, 16:00
    ŞOK İDDİA! “Epşteyn işi”nin arxasında PUTİN dayanır? – Gizli “seks tələsi” planı ifşa olunur
  • 2-02-2026, 15:30
    Paşinyan HƏDDİNİ aşdı – Bakıya “işğalçı” İTTİHAMI
  • 2-02-2026, 13:11
    Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq
  • 2-02-2026, 13:10
    Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərdi
  • 2-02-2026, 12:38
    Pensiyalar bu qədər ARTIRILACAQ
  • 2-02-2026, 11:53
    Nağd ödəyənə ucuz, kartla baha: Alıcı niyə aldadılır?
  • 2-02-2026, 11:48
    Epşteyn qalmaqalı və kabus kimi dezinformasiya
  • 2-02-2026, 11:06
    Fevralda neçə gün evdəyik?
  • 2-02-2026, 11:03
    Prezident forum iştirakçılarına müraciət etdi
  • 2-02-2026, 10:02
    Ukrayna yanvarda nə qədər ərazi itirib?
  • 2-02-2026, 09:58
    Messinin "Qalatasaray"a keçmək üçün şərtləri açıqlandı
  • 2-02-2026, 09:52
    Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi
  • 2-02-2026, 09:43
    Ukrayna nümayəndələri Əbu-Dabiyə gedir - Zelenski
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə