• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İran OD İÇİNDƏ! Müəllimlər də ETİRAZLARA QOŞULDU, Pezeşkian İSTEFA VERƏ BİLƏR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-01-2026, 10:48



İranda dekabrın sonlarından başlayan etirazlar davam edir və ölkənin müxtəlif yerlərində hüquq-mühafizə orqanları ilə toqquşmalarda təxminən on nəfər həlak olub. İranda etirazlar 28 dekabrda Tehranda tacirlərin küçələrə çıxması ilə başlayıb. Etirazlar sürətlə yayılıb və hazırda ölkənin bütün böyük şəhərlərində davam edir.

Musavat.com yazır ki, əvvəlcə etirazlar ölkədəki yüksək inflyasiya fonunda İran valyutasının kəskin zəifləməsi ilə bağlı idi. Tehrandakı tacirlər küçələrə ilk çıxanlardan oldular, sonra tələbələr də onlara qoşuldu. Tezliklə İsfahan, Şiraz, Məşhəd və Fəz də daxil olmaqla digər şəhərlərdə etirazlar baş verdi.
Getdikcə iqtisadi vəziyyətlə bağlı etirazlar iğtişaşlara çevrildi. İnsanlar küçələrə çıxaraq bankları və dövlət binalarını dağıdıblar, hüquq-mühafizə orqanlarına hücum ediblər, abidələri təhqir ediblər və Quran da daxil olmaqla dini kitabları yandırıblar.

İran hakimiyyəti şəhərlərə əlavə təhlükəsizlik qüvvələri yerləşdirib. Bildirilir ki, bütün İran şəhərləri təhlükəsizlik qüvvələrinin və SEPAH-ın nəzarəti altındadır. Etirazlarda iştirak edənlər arasında həbslər aparılır. Ölkədəki iğtişaşlarla bağlı çıxış edən İran Prezidenti Məsud Pezeşkiani daxili işlər nazirini etirazçılarla dialoqa çağıraraq, “onların haqlı tələblərini dinləməyin və dövlətin onların problemlərini həll etmək üçün bütün potensialından istifadə etməsinin” vacibliyini bildirib.
Etirazlar fonunda Pezeşkian həmçinin İranın bank və maliyyə sistemlərində islahatlar aparılacağını elan edib. İranda baş verən olaylara ABŞ Prezidenti Donald Trampdan reaksiya özünü gözlətməyib. O bildirib ki, İran dinc etirazçılara şiddətlə cavab verərsə, ABŞ etirazçıların köməyinə gələcək: "Biz hərəkətə keçməyə hazırıq".

Qeyd edək ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Hər kəsə məlumdur ki, fars-molla rejimi hər zaman azərbaycanlıları basqı altında saxlayır və onların haqlarını tapdalayır. O səbəbdən indiki etiraz aksiyalarında azərbaycanlıların tutduğu mövqe həlledici ola və ya son nəticələrə təsir edə bilər. Ekspertlərin iddiasına görə, son illər ölkə daxilindəki etirazlarda azərbaycanlılar molla rejiminə qarşı radikal mövqedə durmur. Bu səbəbdən də yekunda aksiyalar ciddi nəticə vermir. Bu baxımdan hazırkı nümayişlərdə azərbaycanlıların hansı mövqe tutacağı maraq doğurur...

Professor Qabil Hüseynli etirazlar Azərbaycan şəhərlərində də davam edir: “Həmədan və digər bölgələrdə etiraz aksiyaları keçirilir. Amma razıyam ki, hadisələr “inqilab beşiyi” olan Təbrizə, eləcə də Ərdəbil və digər şəhərlərə geniş yayılmayıb. Bu cür proseslər olanda azərbaycanlılar praqmatik mövqe tutur və hadisələrin inkişafını izləyir. Yəni son sözü istənilən halda Azərbaycan şəhərləri deyir. Budəfəki hadisələrdə fərq həm də ondan ibarətdir ki, prezident azərbaycanlıdır. Zənnimcə, bu fakt da müəyyən təsir rolu oynayır. Üstəlik, Pezeşkiana yox, rejimə etirazlar var. Əlbəttə, hadisələr ən gərgin dövrünə daxil olanda Azərbaycan şəhərləri də üsyana qalxacaq”.


Q.Hüseynlinin fikrincə, İranda hər zaman həlledici rolu azərbaycanlılar oynayıb: “Hələlik rejim farsların, kürd və ərəblərin yaşadığı şəhərlərdə üsyanları yatırmağa çalışır. Əgər geridönüşü olmayan proseslər baş verərsə, Azərbaycan şəhərləri ayağa qalxacaq. Bax, o zaman mövcud rejimin dağılması başlayacaq”.

Politoloq Elxan Şahinoğluya görə, İrandakı iğtişaşlar Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək. Onun fikrincə, İrandakı iğtişaşların fitilini elə Prezidentin yuxarıdakı açıqlaması alovlandırıb. “Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa, hökumət üzvlərini isə etirazçılarla dialoqa çağırıb. Problem ondadır ki, yürüşləri və etirazları təşkil edən vahid mərkəz yoxdur ki, hökumət üzvləri kimlərlə danışıqlar aparacaqlarını müəyyənləşdirsinlər. Bir də ki, mühafizəkarlar artıq “iş başındadırlar” və onlara dialoq sərf etmir. Etirazçılara atəş açılır, ölənlər barədə məlumatlar artır. Bu o deməkdir ki, Prezidentin dialoq təklifi müxtəlif səbəblərdən alınmayacaq. Mühafizəkarlar etirazçılara qarşı radikal addımların atılmasının tərəfdarıdılar və onlar Prezidentə tabe deyillər”,_ deyə analitik belə şərh edib.

Onun sözlərinə görə, etirazçılar Prezidentin əleyhinə şüarlar səsləndirmir, çünki anlayırlar ki, qarşılarındakı gücün Prezidentə aidiyyatı yoxdur: “Buna baxmayaraq, mühafizəkarların etirazçılara atəş açmalarının intensivləşməsi Məsud Pezeşkianı çətin vəziyyətə salacaq. O indiki vəziyyətdən çıxış yolu tapmadığına görə, istefa barədə düşünə bilər”.

Yaxın Şərq siyasəti üzrə politoloq Rüstəm Tağızadə isə hesab edir ki, bu etirazlar nə dərhal rejim dəyişikliyi, nə də sürətli sabitlik vəd edir: “Ən real ssenari uzanan qeyri-sabitlikdir: zəifləyən, lakin dağılmayan bir sistem. Belə bir İran nə proqnozlaşdırıla bilən tərəfdaş, nə də tamamilə neytrallaşdırılmış aktor olacaq. Nəticə etibarilə, bu etirazlar İranın gələcəyini ani şəkildə dəyişməsə də, onun strateji davranışını məhdudlaşdırır və regionda güc balansını daha kövrək hala gətirir. Əsas sual artıq “rejim qalacaqmı?” deyil, “rejim hansı qiymətə və nə qədər davam edəcək?” sualıdır. Bu isə Yaxın Şərqin gələcək onilliyini formalaşdıracaq əsas qeyri-müyyənliklərdən biridir”.

Onun müşahidələrinə görə, İranda son iqtisadi etirazlar təkcə sosial narazılığın spontan ifadəsi deyil: “Onlar rejimin uzun müddətdir yığılan struktur zəifliklərinin üzə çıxmasıdır. Bu etirazları fərqləndirən əsas cəhət onların ideoloji şüarlardan çox yaşayışın davamlılığı və iqtisadi sağ qalma instinkti üzərində qurulmasıdır. Bu isə hakimiyyət üçün daha təhlükəlidir, çünki ideoloji çağırışlar basdırıla bilər, lakin sistemli iqtisadi çöküş uzunmüddətli legitimlik eroziyası yaradır”.

Oxunub: 1021
Paylaş:
Digər xəbərlər

Dünya

30-12-2025, 12:01

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya / Video

2-07-2024, 11:37

Türkiyədə suriyalılara qarşı etirazlar davam edir - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-08-2024, 11:23

Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-01-2026, 10:38

Pezeşkian ölkədəki etirazlara münasibət bildirdi: "Günahkar ABŞ deyil, bizik" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya / Video

10-09-2025, 12:34

Fransada kütləvi etirazlar başladı - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Hadisə
Bugün, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Son xəbərlər
  • Bugün, 10:24
    Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb
  • Bugün, 10:02
    Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur
  • Bugün, 09:56
    İranda ət kreditlə satılır - FOTO
  • Bugün, 09:49
    Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı
  • Bugün, 09:45
    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 09:11
    Avropa İttifaqı Ankaraya yaxınlaşır
  • Bugün, 09:00
    Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə