Əgər Avropa İttifaqı (Aİ) fərqli bir siyasət qəbul etməsə, bütün Avropa 2026-cı ildə müharibə vəziyyətində ola bilər.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orbanın fikrincə, Brüssel müharibə istəyir. “Bu gün Avropada iki qruplaşma var. Biri müharibə qrupu, digəri sülh qrupudur. Hazırda müharibə tərəfdarı qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz sülh istəyirik", - o qeyd edib.
O əlavə edib ki, bəziləri bu prosesi fövqəladə şəkildə sürətləndirməyə çalışırlar: “Prosesi dayandıra bilmədik, amma onun sürətlənməsinin qarşısını aldıq".
Macarıstan baş naziri onu da iddia edib ki, artıq Aİ-nin qərar qəbuletmə prosesində hüquqi boşluqlardan getdikcə daha çox istifadə etdiyi iddiasına münasibət bildirərək dedi: "Aİ parçalanma prosesindədir”.
Onun fikrincə, buna səbəb Brüssel bürokratiyasıdır. “Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə həyata keçirilmir və birlik bu şəkildə dağılır".