• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

20 bəndlik sülh sənədi və ayı haqda lətifə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Bugün, 09:00



Putinin cəbhədəki indiki şərtlərlə bu sənədi imzalayacağına kimsə inanmaz; Avropa liderləri isə Ukraynaya dair sənəddə öz “dərilərini” düşünüblər...
Günün hadisəsi Ukrayna lideri Zelenskinin Rusiya ilə müharibəyə son qoymaq üçün hazırlanmış 20 bəndlik sülh planını açıqlaması oldu. Sənədə Rusiyanın prinsipial razılığı olsaydı, bunu Zelenskidən öncə özləri açıqlayardılar. Kreml sözçüsü Peskov da deyib ki, Mayamidə sülh danışıqlarında iştirak edən Kirill Dmitriyev Putinə məruzə edib. Peskov Dmitriyevin Mayamidən 20 bəndlik sülh planı gətirməsi xəbərinə şərh verməyib.

Cəbhədəki indiki vəziyyətə rəğmən 20 bəndlik sənəd Kiyev üçün bəlkə də ən optimal variantdır. Məsələn, sənəddə Ukraynanın suverenliyinin təsdiqi, Rusiya ilə hücum etməmək paktının bağlanması, ABŞ, NATO və Avropa Birliyinin Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilməsi kimi bəndlər var.

Bəlli olur ki, sülh dövründə Ukrayna 800 minlik ordu kvotasına razılaşır, əvəzində Rusiya nəinki Ukraynaya, hətta Avropaya hücum etməyəcəyini öz qanunlarında təsbit edir. Sənədin başqa bir bəndində isə deyilir ki, Rusiya ordusu Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalıdır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “olduğumuz yerdə qalırıq” prinsipi tətbiq olunur. Amma razılığa gəlinməzsə, bölgədə azad iqtisadi zona yaradıla bilər ki, bu da yalnız referendum yolu ilə mümkündür. Bundan başqa Ukraynanın qeyri-nüvə dövləti statusunun təmin edilməsi, Zaporojye AES-in isə Rusiya-Ukrayna və ABŞ-nin müştərək deyil, Rusiyanın iştirakı olmadan idarəçiliyi bəndi salınıb. Nəhayət, Ukraynaya Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi fürsəti, bərpa üçün 800 milyard dollarlıq bir neçə fondunun yaradılması da nəzərdə tutulur...

Zelenski deyib ki, münaqişənin nizamlanmasına dair saziş layihəsi üzrə ümumxalq səsverməsinin keçirilməsi üçün iki aylıq atəşkəs vacibdir. Çünki ən azı 60 gün real atəşkəs olmazsa, referendum da legitim ola bilməz.

20 bəndlik sənədin əsas prinsiplərinə baxdıqda Putinin indiki şərtlərlə bu sənədi imzalayacağına kimsə inanmaz. Rusiyanın belə “sülh” üçün bütün dünyanı qarşısına almadığı bəllidir. Mayamidə Putinin nümayəndəsinə belə bir razılaşma verdikdikləri də inandırıcı görünmür, çünki belə sülh sənədi olur. Bu bəndlər əlbəttə ki, sırf Avropa liderlərinin mövqeyinə uyğundur. Yəni sənəddə Rusiyaya qismən güzəşt kimi qəbul ediləcək iki bənd var. Silahlı qüvvələrin sayı (Rusiya deyəsən, daha az sayda ordu saxlamağı istəyir) və Ukraynanın neytral statusu.

Təqdim olunan planda Rusiyanın təhlükəsizliyi ilə bağlı heç nə deyilmir. Rusiyanın işğalçı ordusunu çıxarmaq tələbi də, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “olduğumuz yerdə qalırıq” prinsipi də cəbhədəki indiki reallığa uyğun deyil. Rusiya bölgədə işğalçı kimi qəbul edilir, bunun sübuta ehtiyacı yoxdur. Amma razılaşaq ki, Ukrayna indi şərtlər diktə edəcək tərəf kimi güclü görünmür. O səbəbdən Rusiya bu sənədi o zaman qəbul edə bilərdi ki, Ukrayna ordusu da Rusiyanın sərhədinə yaxın ən azı bir vilayətinə nəzarət edəydi. Ya da Moskva NATO-nun onun sərhədlərindəki ayaq səslərindən həqiqi mənada qorxuya düşəydi. Əksinə, belə görünür ki, Avropa liderləri ABŞ-ni Putin havasına uyğun oynamaqda ittiham etsə də, özləri hətta Ukraynaya aid sənəddə belə öz “dərilərini”(“şkura”) fikirləşiblər, Putinə Avropaya hücum etməyəcəyini qanunlarına yazmasına təhrik etmək istəyiblər.

Zelenskinin atəşkəs təklifi dəstəklənməlidir, amma Rusiya da dəfələrlə müvəqqəti atəşkəsdənsə, Ukraynanın onun şərtləri ilə sülh sənədi imzalamağa çağırıb. Rusiya əvvəlki kimi iddia edir ki, Ukrayna və müttəfiqləri atəşkəsdən ordunu yenidən qruplaşdırılmaq üçün istifadə edə bilər...

...İl başa çatır və belə görünür ki, edilən cəhdlərə, görüşlərə, sülh sənədi altında artan yazı-pozuya baxmayaraq, savaşı durdurmaq mümkün olmur. Bu vəziyyət isə yazıya sonluq olaraq məşhur lətifəni xatırlamaq fürsəti verir.

Bir gün meşədə canavar aslana şikayət edir ki, ayı onun evinə gedən yolun üstündə pusqu qurub, səhər-axşam onu döyür, bu azmış kimi balalarına topladığı qənimətləri də əlindən alır. Canavar deyir ki, indi son ümidi meşənin padşahının ədalətinədir. Aslan deyir ki, ayıya mütləq tapşıracaq və bu ədalətsizliyə son qoyulacaq. Bir gün sonra doğrudan da ayı canavara deyir ki, daha onu hər gün incitməyəcək, amma gərək dəftər-qələm götürüb hesabat aparsın ki, onu ay ərzində neçə dəfə incidib, nə qədər ovunu əlindən alıb və sairə. Bir ay sonra canavar meşədə yenə aslanla rastlaşır. Aslan deyir ki, onu ayıya tapşırıb, indi vəziyyət necədir? Canavar deyir ki, dəyişən heç nə yoxdur, əvvəlki kimi ayı ayılığını edir, üstəlik yaxşılığa doğru heç nə dəyişməsə də, yazı-pozu işi də artıb...

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Dünya

21-11-2025, 12:22

Trampın Ukrayna üçün sülh planı DƏRC EDİLDİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Dün, 13:32

SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-11-2025, 13:21

Zelenski sülh planını Ağ Evdə Trampla müzakirə edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-12-2023, 10:53

Kreml: İrəvan-Bakı sülhü mümkün qədər tez olmalıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-11-2025, 14:32

Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Hadisə
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
22-12-2025, 10:35
Uşaqlar üçün ölümcül təhlükə: Bir qığılcım hər şeyi məhv edə bilər
19-12-2025, 12:47
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Son xəbərlər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Dün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Dün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Dün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
  • Dün, 09:04
    Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
  • Dün, 09:00
    Prezidentin doğum günüdür
  • 23-12-2025, 22:46
    Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində - Fotolar
  • 23-12-2025, 22:39
    “Bala neçə aylıqdır?” - Prezident+Video
  • 23-12-2025, 16:00
    İstanbul–İrəvan xətti açılır: THY normallaşmada yeni mərhələyə keçir
  • 23-12-2025, 15:36
    İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşüb
  • 23-12-2025, 15:33
    Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilib
  • 23-12-2025, 15:30
    Türkiyə ilə təhlükəli PUA oyunu - nəbz yoxlanışı, yoxsa...
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə