İraq hökuməti qonşu İrandan təbii qaz axınının tamamilə dayandığını açıqlayıb.
Bu barədə İraq Elektrik Enerjisi Nazirliyinin yazılı açıqlamasında bildirilib.
Bildirilib ki, qaz təchizatının dayandırılması ölkə daxilində elektrik enerjisi təchizatında ciddi fasilələrə səbəb olub.
Nazirliyin məlumatına görə, təbii qazın kəsilməsi bəzi elektrik enerjisi istehsal edən qurğuların sıradan çıxmasına, digərlərinin isə gücünün azalmasına səbəb olub və nəticədə elektrik sistemində 4000 ilə 4500 meqavat arasında enerji itkisi yaranıb ki, bu da elektrik enerjisinin təchizatı müddətinə birbaşa təsir göstərib.