• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kiyevə şok xəbərdarlıq - yeni ildə atəşkəs... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Dün, 13:42



2026-cı ildə müharibəyə davammı, tamammı?
“Ukrayna 2026-cı ildə də döyüşlərin davam etməsinə hazır olmalıdır”. Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin NATO yanında daimi nümayəndəsi Uitaker açıqlama verib. Onun sözlərinə görə, məhz bu ssenari nəzərə alınaraq Avropa İttifaqı Kiyev üçün 105 milyard dollar həcmində kredit paketi təsdiqləyib. ABŞ rəsmisi bildirib ki, bu vəsait faktiki olaraq müharibənin maliyyələşdirilməsinə yönəlib.

“Əgər biz bu qış sülh sazişi olmadan keçsək, döyüş əməliyyatları davam edəcək”, - deyə Uitaker vurğulayıb. ABŞ dövlət katibi Marko Rubio isə deyib ki, Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün danışıqlarda güzəştə getməlidir. “Müharibənin bitməsi üçün hər iki tərəfin nəyisə güzəştə getməsi tələb olunacaq və ABŞ hər iki tərəfin nəyi qəbul etməyə hazır olduğunu müəyyənləşdirir”, - Rubio əlavə edib. Bu arada məlum olub ki, Rusiya rəhbərliyi müharibəni maliyyələşdirmək üçün bundan sonra əhalinin banklarda olan əmanətini istifadə etməyə, yəni onun cibinə girməyə hazırlaşır. Bunu sabiq maliyyə naziri Fikrət Yusifov Planet TV-yə müsahibəsində deyib. O bildirib ki, Rusiya hazırda vergiləri qaldıra bilmir, çünki maksimum səviyyədə artırıb, o cümlədən əlavə investisiya cəlb edə bilmir, bəlli səbəblərdən borc götürmək imkanı da yoxdur. Fikrət Yusifov onu da deyib ki, bu, faktiki müsadirə olsa da, Rusiya rəsmiləri bunu belə adlandırmır.

Rusiya cəmiyyəti könüllü müsadirəyə razı olacaqmı? Yeni ildə atəşkəs gözlənilirmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, söhbət təkcə “Yeni ildə atəşkəs olacaqmı” sualından getmir: “Əsas məsələ ondan ibarətdir ki, müharibə hərbi fazadan strateji tükəndirmə və daxili sabitliyin sarsıdılması mərhələsinə keçir. ABŞ-nin NATO yanında nümayəndəsinin "Ukrayna 2026-cı ildə də döyüşlərə hazır olmalıdır" fikri təsadüfi cümlə deyil. Bu, Kiyevə ünvanlanan açıq mesajdır ki, sülh illüziyası yaratmayın. Avropa İttifaqının 105 milyard dollarlıq kredit paketi də bunu təsdiqləyir. Kredit forması seçilibsə, deməli, bu vəsait qısa müddət üçün deyil, illərlə davam edəcək qarşıdurmanın maliyyə bazasıdır".

Politoloq vurğulayıb ki, burada bir məqam xüsusilə vacibdir: “Qərb Ukraynaya, sadəcə, pul vermir, onu uzunmüddətli asılılıq sisteminə salır. Bu kreditlər gələcək Ukrayna hökumətlərinin üzərində siyasi və iqtisadi rıçaq rolunu oynayacaq. Yəni müharibə təkcə Rusiya üçün deyil, Ukrayna üçün də ağır sosial-iqtisadi nəticələr doğuracaq, amma Qərb bunu hesablayıb. ABŞ dövlət katibi Marko Rubionun "hər iki tərəf güzəştə getməlidir" fikri isə reallıqda danışıqların başlamağa hazır olmadığını göstərir. Əgər konkret güzəşt paketləri masada olsaydı, bu cür ümumi ifadələrə ehtiyac qalmazdı. Rubio faktiki olaraq vaxt qazanır və eyni zamanda Qərbin vasitəçi rolunu saxladığını nümayiş etdirir. Bu cür bəyanatlar daha çox ictimai rəyə ünvanlanıb, xüsusilə ABŞ və Avropada müharibədən yorulan seçici kütlələri üçün deyilən fikirlərdir. Amma real siyasətdə hələ ki kimsə müharibəni dayandırmaq fikrində deyil".

Politoloqun fikrincə, banklardan əhalinin əmanətlərinin götürülməsi ilə bağlı planlar Rusiyanın real vəziyyətini açır: “Əhalinin bank əmanətlərinə yönəlmək müharibənin bahasının artıq gizlədilə bilmədiyini göstərir. Bu addım faktiki olaraq müasir Rusiyada ən təhlükəli həddin keçilməsi deməkdir. Tarixən Rusiya cəmiyyəti siyasi azadlıqların məhdudlaşdırılmasına, gəlirlərin azalmasına dözümlü olub. İndi isə banklardan rus ailəsi üçün "təhlükəsizlik yastığı" hesab olunan yığıma əl uzadacaqlar. Bu isə Rusiyada vətəndaşlarla dövlətin üz-üzə gəlməsidir. Hakimiyyət bunu “könüllü”, “vətən naminə” təqdim etməyə çalışacaq. Amma istənilən formada bu, məcburi müsadirədir. 5-10 ildən sonra qaytarılacaq vədi isə müharibə şəraitində inandırıcı deyil. Çünki heç kim 5 ildən sonra müharibənin olub-olmayacağını, 10 ildən sonra bu hakimiyyətin qalacağını və ya gedəcəyini bilmir. Rusiya cəmiyyəti bu şərtlərə çətin razılaşar. Rusiya cəmiyyəti passiv müqavimət modelinə öyrəşdirilib. Amma bu proses uzandıqca səssiz narazılıq yığılacaq. Bu isə Kreml üçün daha təhlükəlidir, çünki nəzarət olunmur. Pulunu itirən vətəndaş ideoloji çağırışlara daha az inanır. Müharibə artıq televiziya süjetindən çıxıb mətbəx söhbətinə çevrilir. Bu mərhələdə təbliğat təsirini itirməyə başlayır".

Politoloq bildirib ki, yeni ildə atəşkəs üçün real əsas yoxdur: “Qərb hələ strateji məqsədinə çatmayıb. Rusiya maksimum dərəcədə zəiflədilməlidir. Atəşkəs yalnız Rusiya daxilində sosial-siyasi risklər hərbi riskləri üstələyəcəyi halda mümkündür. Hələlik Kreml hesab edir ki, daxili narazılığı idarə edə bilər. Yeni ildə atəşkəs məsələsi daha çox psixoloji rahatlama üçün atılan şüardır. İndidən bəllidir ki, 2026-cı ildə müharibə davam edəcək və nəticə etibarı ilə Rusiya da, Ukrayna da artıq məğlub tərəflərdir. Bu müharibənin qalibi olmayacaq”.

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Dünya

6-03-2025, 12:57

Ukraynada Rusiya və ABŞ müharibə edir - Dövlət katibi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-04-2025, 09:00

Ağ Ev: Putin bunu edərsə, Tramp danışıqları dayandıracaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-12-2024, 09:41

Zelenski Putinlə saziş imzalamağa hazır olmalıdır - ABŞ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-08-2025, 15:30

Ağ Ev Tramp-Putin-Zelenski görüşünün şərtlərini açıqladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-03-2025, 11:35

Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
Amnistiya aktının icrasına başlanıb
Xəstəliklər artıb: Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Hadisə
Dün, 13:10
Bakıda uşaq bağçasında yanğın
Dün, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
Dün, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
Dün, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
22-12-2025, 10:35
Uşaqlar üçün ölümcül təhlükə: Bir qığılcım hər şeyi məhv edə bilər
19-12-2025, 12:47
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Son xəbərlər
  • Bugün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Bugün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Bugün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Bugün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Bugün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Bugün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Bugün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Bugün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Bugün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Bugün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Bugün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Bugün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Bugün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Bugün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Bugün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Bugün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Bugün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
  • Bugün, 09:04
    Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
  • Bugün, 09:00
    Prezidentin doğum günüdür
  • Dün, 22:46
    Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində - Fotolar
  • Dün, 22:39
    “Bala neçə aylıqdır?” - Prezident+Video
  • Dün, 16:00
    İstanbul–İrəvan xətti açılır: THY normallaşmada yeni mərhələyə keçir
  • Dün, 15:36
    İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşüb
  • Dün, 15:33
    Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilib
  • Dün, 15:30
    Türkiyə ilə təhlükəli PUA oyunu - nəbz yoxlanışı, yoxsa...
  • Dün, 15:22
    Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı olub
  • Dün, 14:28
    İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO
  • Dün, 14:22
    Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
  • Dün, 13:42
    Kiyevə şok xəbərdarlıq - yeni ildə atəşkəs...
  • Dün, 13:13
    Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
  • Dün, 13:10
    Bakıda uşaq bağçasında yanğın
  • Dün, 13:02
    Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
  • Dün, 12:43
    Azərbaycan MDB-dən çıxacaq? SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 12:25
    Baş nazir qərar imzaladı
  • Dün, 12:16
    Tokayev İlham Əliyevi təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə