• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türkiyə ilə təhlükəli PUA oyunu - nəbz yoxlanışı, yoxsa... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

Dün, 15:30



Moskva Ankaranın Qara dənizdə hakim gücə çevrilməsindən narahatdır
Artıq məlum olduğu kimi, Rusiyanın Odessa şəhərinə raket və PUA hücumları zamanı şəhərin limanında lövbər salan iki türk gəmisi - “Viva” və “Cenk Ro Ro” adlı yük gəmiləri də zərbəyə məruz qalıb. Türkiyə vətəndaşları xəsarət almasalar da, bu hadisə Rusiya ilə Türkiyə arasında müəyyən gərginliyə səbəb olub. Prezident Ərdoğan Moskva və Kiyevə xəbərdarlıq edib.

Daha sonra Ankara səmasında dron zərərsizləşdirilib və yenidən Türkiyə lideri xəbərdarlıq mesajını sərt şəkildə çatdırıb. Bunun ardınca İzmit şəhərində yenə PUA vurulub.

Ukrayna münaqişəsi fonunda silsilə xarakterli bu hadisələr təsadüfə oxşamır. Müharibə poliqonundan xeyli uzaqda yerləşən Türkiyə şəhərlərinə hücumlar sanki hansısa güclərin maraqlarına xidmət edir.

Hazırda Türkiyənin də daxil olduğu Ukraynada könüllü sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələ müzakirə olunmaqdadır. Rusiyanın iki türk gəmisini hədəfə almasının səbəbini bu kontekstdə qiymətləndirənlər var. Burada başqa məqsədin olduğu da mülahizə olaraq səslənir: Türkiyəni münaqişəyə cəlb etmək cəhdi. Hərçənd Ankara təmkinlidir və belə bir avantüraya getməz.

Son hadisələr Türkiyə və Rusiya arasında böhran yarada bilərmi? PUA hücumlarında əsas hədəf nədir?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a söylədi ki, Rusiya və Türkiyə arasında baş verən son gərginliklərin kökündə birbaşa Kremlin imperiya maraqları dayanır: “Moskvadakı beyin mərkəzləri Türkiyənin Qara dəniz hövzəsində hakim gücə çevrilməsindən narahatdır. Üstəlik, Ankara Ukrayna masasında da kifayət qədər aktivdir. Baş verənlər göstərir ki, Türkiyə ilə Rusiya arasındakı ilıq münasibətlər heç də davamlı olmayacaq və Ankaranın qlobal miqyasda nüfuzunun artması Rusiyanı daha da qıcıqlandıracaq. Hazırda başı Ukrayna cəbhəsinə qarışan Rusiya hələ ki bu cür təxribatlarla türklərə qarşı "əzələ nümayişi" göstərir. Buna baxmayaraq, Ankara hələ ki təmkinlidir".

Siyasi təhlilçi onu da vurğuladı ki, Türkiyənin Turan Birliyi yolundakı addımları və prezident Ərdoğanın son çıxışında Turan Birliyi mesajları təkcə Qərbə yox, həm də Moskvaya ismarış idi: “Kreml Orta Asiya regionunun əlindən çıxmasını həzm etmək istəmir. Moskva hələ də imperiya maraqlarından çıxış edərək Türküstan coğrafiyasına öz arxa bağçası kimi baxır. Bütün bunlar Rusiya-Türkiyə gərginliyinin alt qatıdır. Üst qatda isə Yunanıstan və Rusiya əməkdaşlığı, Türkiyənin Ukraynaya hərbi, humanitar və iqtisadi yardımları, qarşılıqlı texniki ticarət, eyni zamanda Qərbin Türkiyəni Ukrayna-Rusiya savaşının aktiv fazasına sürükləmək cəhdləri dayanır. Görünən odur ki, Ukraynanın resursları tükəndikcə, Qərb özündən olmayan alternativlər haqqında düşünməyə başlayıb. İranın və Çinin Rusiyaya yardımları fonunda Qərb də Türkiyəni Ukraynanın "hamisi" kimi savaşa cəlb etmək istəyir. Amma Ankara kifayət qədər səbrli davranır. Ona görə ki, Rusiya indiyə qədər türklərin “qırmızı xətti”ni tapdalamayıb. Hətta yük gəmilərinin vurulması da səbr yoxlaması idi. Əgər Türkiyəyə qarşı hava, su və quru təhdidləri davamlı xarakter alarsa, o zaman Rusiyanın hərbi gəmiləri Ukraynaya verilən yeni nəsil PUA-ların “yem”inə çevriləcək. Hətta hazırda Türkiyə Rusiyanın Qara dənizdəki bütün hərəkətlərinə nəzarət edə biləcək gücdədir".

Hərbi ekspert Səxavət Məmməd isə qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsinin coğrafiyası çox genişlənib: “Daha əvvəl Polşa səmasında rus dronları peyda oldu, ardınca Rumıniya, Danimarka, İsveçdə dron hücumları baş tutdu. Hətta Estoniya səmasında Rusiya qırıcısının 12 dəqiqə qalması müşahidə olundu. Qərbdən təzyiq artdıqca Rusiya da bəzi ölkələri test edirdi. Türkiyə ilə Rusiya arasındakı gərginliyə baxanda da buna bənzər hallar yaşanır. Türkiyə Rusiya- Ukrayna müharibəsində neytral qalmağa üstünlük verirdi, ancaq Türkiyə tərəfi Ukraynaya silah, sursat, dron və texnikaların satışını həyata keçirirdi. Türkiyə ilə Rusiya arasında gərginliyin əsasını hesab edirəm ki, ABŞ-nin Ankaradakı səfirinin Türkiyə "S-400"ləri Rusiyaya qaytaracaq iddiası qoydu. Ardınca isə Ərdoğan-Putin görüşündə Türkiyə tərəfinin "S-400"ləri təhvil verməklə bağlı təklifi də müzakirə mövzusu oldu”.

Onun fikrincə, Rusiyanın tankerləri Türkiyənin sahil sularında vuruldu, bundan sonra Rusiya Ukraynanın sahil sularında Türkiyə tankerlərini vurdu: “Rusiya bununla mesaj verdi ki, onun tankerlərini Türkiyə öz sahil sularında qoruya bilmirsə, Rusiya da Türkiyənin tankerlərini vuracaq. Türkiyə prezidenti Rusiya və Ukraynaya xəbərdarlıq etdi. Ancaq xəbərdarlığın mahiyyəti bizi bu prosesə qatmayından daha çox Qara dənizdə sabitlik, ticarətin davam etməsi yönündə idi. Rusiya tərəfi isə son zamanlar maksimum Qara dənizi iflic etmək niyyətindədir. Rusiya bununla Türkiyə və Qara dəniz sahillərindəki ölkələrə mesaj verir ki, onların əsas ticarət yollarını təhdid altında saxlaya bilər. Dolayısı ilə Rusiya təhdid etməklə məşğuldur. Bundan əlavə, Rusiya hər ehtimala qarşı Türkiyənin hava məkanını da test etmiş olur. Bu test nəticəsində Türkiyənin müəyyən boşluqları da ortaya çıxır. Necə ki, bu, Polşa və digər Avropa ölkələrində aşkarlanmışdı".

Oxunub: 102
Paylaş:
Digər xəbərlər

Dünya

2-12-2025, 13:37

Rusiya gəmisi Türkiyə sahillərində hücuma məruz qaldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-08-2023, 09:23

Rusiya donanması Türkiyə gəmisinə atəş açdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-11-2024, 09:53

Lavrov Türkiyəni sərt tənqid etdi: “Ukrayna ilə hərbi əməkdaşlıq…” -ÇAT YARANDI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-11-2024, 09:58

Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-03-2024, 14:09

Qərarlar Ankara-Moskva əlaqəsinə zərbə vurdu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
Amnistiya aktının icrasına başlanıb
Xəstəliklər artıb: Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Hadisə
Dün, 13:10
Bakıda uşaq bağçasında yanğın
Dün, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
Dün, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
Dün, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
22-12-2025, 10:35
Uşaqlar üçün ölümcül təhlükə: Bir qığılcım hər şeyi məhv edə bilər
19-12-2025, 12:47
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Son xəbərlər
  • Bugün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Bugün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Bugün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Bugün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Bugün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Bugün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Bugün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Bugün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Bugün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Bugün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Bugün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Bugün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Bugün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Bugün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Bugün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Bugün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Bugün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
  • Bugün, 09:04
    Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
  • Bugün, 09:00
    Prezidentin doğum günüdür
  • Dün, 22:46
    Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində - Fotolar
  • Dün, 22:39
    “Bala neçə aylıqdır?” - Prezident+Video
  • Dün, 16:00
    İstanbul–İrəvan xətti açılır: THY normallaşmada yeni mərhələyə keçir
  • Dün, 15:36
    İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşüb
  • Dün, 15:33
    Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilib
  • Dün, 15:30
    Türkiyə ilə təhlükəli PUA oyunu - nəbz yoxlanışı, yoxsa...
  • Dün, 15:22
    Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı olub
  • Dün, 14:28
    İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO
  • Dün, 14:22
    Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
  • Dün, 13:42
    Kiyevə şok xəbərdarlıq - yeni ildə atəşkəs...
  • Dün, 13:13
    Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
  • Dün, 13:10
    Bakıda uşaq bağçasında yanğın
  • Dün, 13:02
    Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
  • Dün, 12:43
    Azərbaycan MDB-dən çıxacaq? SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 12:25
    Baş nazir qərar imzaladı
  • Dün, 12:16
    Tokayev İlham Əliyevi təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə