• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ankara Avropanı qabaqlayır, sülh masasına yerləşir: ABŞ isə "güclü Türkiyə - güclü NATO" modelinə keçid edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-12-2025, 09:00



Fransanın siyasi dialoq çağırışı, Kremlin buna müsbət reaksiyası və Türkiyənin fəal vasitəçilik manevrləri onu göstərir ki, Ukrayna savaşı ətrafında “tam qələbə” ritorikası artıq tədricən praqmatik yanaşma ilə əvəz olunur... Rusiya ilə siyasi-diplomatik təmas kanallarının yenidən açılma ehtimalı artır, Türkiyə əsas qlobal “təsir aktoru”, Fransa Avropa Birliyinin “alternativ səsi”, ABŞ isə situasiyanı dolayı yolla idarə etməyə çalışan mərkəz kimi çıxış edir...
Son vaxtlar Qərb-Rusiya-Türkiyə üçbucağında formalaşan yeni siyasi-diplomatik dinamika qlobal təhlükəsizlik sistemində ciddi dəyişikliklərə yol açmağa başlayıb. Belə ki, ABŞ-ın "təhlükəsizlik çətiri"ni tədricən itirməkdə olan Avropa Birliyi artıq Rusiya ilə siyasi dialoq axtarışına məcbur qalıb. Türkiyənin isə böyük sürətlə və qətiyyətlə Ukrayna savaşının dayandırılması üzrə "sülh masası"nda vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışır. Və bütün bunlara paralel olaraq da NATO-nun daxilində mövcud balansın ciddi şəkildə pozulması yeni hərbi-siyasi situasiyanın yaranmasına yol açır.

Məsələ ondadır ki, Ukrayna savaşı ilə bağlı sülh müzakirələrinin qəlizləşməsinə paralel olaraq, Qərb düşərgəsində siyasi-diplomatik ritorikanın tədricən dəyişməkdə olduğu müşahidə edilir. Belə ki, bir tərəfdən, Avropa liderləri Rusiya ilə birbaşa siyasi dialoqun mümkünlüyünü yenidən gündəmə gətirirlər. Digər tərəfdən isə Türkiyə həm Vaşinqton, həm Moskva, həm də Kiyev ilə eyni vaxtda siyasi dialoq kanalları olan yeganə qlobal aktor kimi ön plana çıxır. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Fransa lideri Emmanuel Makronla siyasi dialoqa hazır olduğunu açıqlaması, rəsmi Ankaranın ABŞ-da sülh prosesi üzrə fəal diplomatik təmaslar qurması və Ağ Evin isə Türkiyəni NATO daxilində “strateji sütun” kimi vurğulaması qətiyyən təsadüfi deyil.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın yeni "sülh planı"nın ətrafında yaranmış situasiya Avropa Birliyi üçün "geostrateji labirint" effekti yaradıb. Bu fürsəti əldən qaçırtmaq istəməyən Rusiyanın siyasi dialoq mesajları isə sülh prosesinin inkişaf istiqamətlərini dəyişə biləcək manevrdir. Belə ki, Kreml rəsmisi Dmitri Peskovun Rusiya lideri Vladimir Putinin Fransa prezidenti Emmanuel Makronla birbaşa siyasi dialoqa hazır olduğunu bildirməsi əslində, Avropa ölkələrinə yönəlik açıq çağırış kimi görünür. Yəni, Kreml mesaj verir ki, Rusiya kollektiv Qərblə, xüsusilə də, ABŞ-dan asılı olmayan Avropa paytaxtları ilə ayrıca danışıq kanallarının açılmasında maraqlıdır.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə siyasi dialoqun Avropa üçün “faydalı ola biləcəyini” deməsi isə Avropa Birliyi daxilində yaşanan strateji yorğunluğun göstəricisidir. Hər halda, Avropa Birliyinin Ukraynaya 90 milyard avroluq yardım ayırmaq qərarı fonunda bu çağırış paradoks yaradır. Çünki Avropa Birliyi bir tərəfdən müharibəni maliyyələşdirir, digər tərəfdən isə həm də savaşdan çıxış yolları axtarır.

Təbii ki, burada prezident Emmanuel Makronun mövqeyi Fransa diplomatiyasının ənənəvi “strateji muxtariyyət” xəttinə tamamilə uyğun gəlir. Hər halda, rəsmi Paris artıq anlayır ki, Ukrayna müharibəsi nə qədər uzanarsa, Avropa Birliyinin ABŞ-dan iqtisadi, hərbi və siyasi asılılığı bir o qədər dərinləşəcək. Bu baxımdan, siyasi dialoq təşəbbüsü həm Qərb ölkələrinin Rusiya ilə gələcək münasibətlərinin konturlarını qorumaq, həm də Avropa Birliyinin sülh masasında “subyekt” olaraq, qalmasını təmin etmək cəhdi kimi qəbul olunur.

Ancaq bütün bunlara baxmayaraq, Avropa Birliyi bu yeni təşəbbüslərdə bir qədər gecikmiş kimi də görünür. Belə ki, rəsmi Ankara Ukrayna savaşının başlanmasından üzü bəri yürütdüyü balanslı xarici siyasət sayəsində Türkiyənu paralel diplomatiyanın mərkəzinə yerləşdirməyə artıq nail olub. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-da apardığı sülh danışıqları ilə bağlı açıqlamaları rəsmi Ankaranın Ukrayna münaqişəsini nizamlama prosesindəki unikal rolunu bir daha təsdiqləyir. Çünki Türkiyə eyni vaxtda həm Rusiya ilə liderlər səviyyəsində birbaşa əlaqə saxlayır, ABŞ və Avropa Birliyi ilə NATO müttəfiqi kimi danışıqlar aparır, Ukraynayla isə siyasi və hərbi koordinasiyanı davam etdirir.

Xarici işlər naziri Hakan Fidanın ABŞ-da Qəzza mövzusu ilə yanaşı, Ukrayna məsələsinin də müzakirə edildiyini vurğulaması onu göstərir ki, Ağ Ev Türkiyəni regional böhranların kəsişmə coğrafiyasında əsas siyasi-diplomatik platforma kimi qəbul edir. Bu, həm də ABŞ-ın Ukrayna münaqişəsi üzrə Rusiya ilə birbaşa deyil, üçüncü tərəf üzərindən manevr etmək strategiyasına da uyğun gəlir. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistanda Rusiya lideri Vladimir Putinlə görüşü isə rəsmi Ankaraya Kremlin mövqeyini “filtrsiz” anlamaq imkanı yaradıb. Və Türkiyə bu üstünlüyünü indi həm Vaşinqton və həm də Brüssellə bölüşərək, öz vasitəçilik statusunu daha da gücləndirmiş olur.

Göründüyü kimi, Ağ Evdə Türkiyənin qlobal məkanda artan nüfuzuna və təsir imkanlarına böyük önəm verilir. Hətta Tramp administrasiyasının bu mövqeyini ifadə edən ABŞ-ın respublikaçı senatoru Lindsi Qremin “Güclü Türkiyə – güclü NATO deməkdir” tezisini ön plana çıxarıb. Və onun bu açıqlaması Ağ Evin rəsmi Ankara ilə münasibətlərdə yeni mərhələyə keçmək niyyətini açıq şəkildə biruzə verir.

Xüsusilə də, F-35 proqramı ətrafında müzakirələrin yenidən aktivləşməsi ABŞ-nin Türkiyəni Rusiya ilə tam qarşıdurma xəttinə yönəltmək deyil, məhz onu NATO daxilində daha güclü statusda ön plana çıxartmaq strategiyasına üstünlük verdiyini göstərir. Belə ki, bu strateji yanaşma ABŞ üçün Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqazda Rusiyanın manevr imkanlarını məhdudlaşdırmaq, eləcə də, NATO-nun cənub cinahını gücləndirərək, alyans daxilində geopolitik tarazlığı qorumaq baxımından, böyük önəm daşıyır.Yeni Müsavat

Beləliklə, rəsmi Parisin siyasi dialoq çağırışı, Kremlin buna müsbət reaksiyası və Türkiyənin fəal vasitəçilik manevrləri onu göstərir ki, Ukrayna savaşı ətrafında “tam qələbə” ritorikası artıq tədricən praqmatik yanaşma ilə əvəz olunur. Hələlik bu proses rəsmi və birbaşa sülh danışıqları mərhələsinə keçməsə də, Rusiya ilə siyasi-diplomatik təmas kanallarının yenidən açılma ehtimalı artır. Bu prosesdə Türkiyə əsas qlobal “təsir aktoru”, Fransa Avropa Birliyinin “alternativ səsi”, ABŞ isə situasiyanı dolayı yolla idarə etməyə çalışan mərkəz kimi çıxış edir. Və bu baxımdan, yaxın vaxtlarda tapılacaq yeni formatlar isə yalnız Ukraynanın taleyini deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasını da müəyyən edə bilər.

Oxunub: 1016
Paylaş:
Digər xəbərlər

Dünya

16-12-2025, 09:00

Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-12-2024, 09:00

Rusiya və Ukrayna arasında sülh danışıqları üçün İstanbul: Türkiyə rəsmi açıqladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-05-2025, 09:11

Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-09-2024, 10:00

Bakı Kreml və Kiyevi sülh masasına çəkir: Azərbaycan Rusiya-Ukrayna sazişini bərpa edir, savaşı bitirmək planı qurur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-11-2025, 09:00

Ağ Evin “sülh planı” ilə bağlı SENSASİON ETİRAF: Putinə məğlub olan Trampın artıq istefası tələb olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şəhid oğluna yüksək vəzifə VERİLDİ
Azərbaycanda bəzi ailələrə pulsuz üçotaqlı ev paylanacaq
Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...
İmperiyalara son – Yeni dünya güclülərindir
3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bələdiyyələr daha torpaq sata bilməyəcək
Hadisə
10-02-2026, 13:20
Sabah Bakıya qar yağacaq - PROQNOZ
10-02-2026, 12:59
Güllələnən müəllimdən XƏBƏR VAR
10-02-2026, 12:52
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
10-02-2026, 10:50
Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
10-02-2026, 10:34
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
10-02-2026, 09:24
Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək
Son xəbərlər
  • Bugün, 11:17
    Epşteyn qalmaqalı Avropaya çatdı – Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan Yaqlandın evində axtarış
  • Bugün, 11:06
    Şəhid oğluna yüksək vəzifə VERİLDİ
  • Bugün, 10:35
    Azərbaycanda bəzi ailələrə pulsuz üçotaqlı ev paylanacaq
  • Bugün, 09:28
    Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...
  • Bugün, 09:21
    Zelenskidən son nöqtə: pis sülhə imza...
  • Bugün, 09:16
    Kiyev Donbasdan geri çəkilir: referendum planı...
  • Bugün, 09:10
    Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır
  • Bugün, 09:04
    Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
  • Bugün, 09:00
    Kremlin ABŞ-a ümidi boşa çıxır, “sülh prosesi” pozulur: Rusiya Ukraynaya yeni dağıdıcı hücuma başlayacaq
  • Dün, 16:00
    Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir
  • Dün, 15:30
    İmperiyalara son – Yeni dünya güclülərindir
  • Dün, 13:45
    Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli
  • Dün, 13:42
    Ramiz Mehdiyevin çevriliş səs yazısı və evindən çıxan pullar - DTX-nin əməliyyatı
  • Dün, 13:38
    DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi
  • Dün, 13:32
    3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
  • Dün, 13:28
    SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
  • Dün, 11:52
    İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
  • Dün, 11:43
    Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
  • Dün, 11:22
    ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir
  • Dün, 11:18
    Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama
  • Dün, 11:13
    Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
  • Dün, 09:51
    ABŞ İran yaxınlığına əlavə hərbi qüvvələr göndərir
  • Dün, 09:44
    Pensiya kapitalı nə qədər artırıldı?
  • Dün, 09:28
    Rusiyada "WhatsApp" tamamilə bloklandı
  • Dün, 09:24
    Trampdan İrana qarşı iki cəbhəli siqnal: Ağ Evdə məxfi iclas, Netanyahu ilə kritik görüş
  • Dün, 09:22
    Avropa Parlamentinə açıq çağırış: Qərbi azərbaycanlıların haqqını...
  • Dün, 09:20
    İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
  • Dün, 09:11
    Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir
  • Dün, 09:00
    Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
  • 11-02-2026, 21:09
    Prezident məmurlara tapşırıq verdi
  • 11-02-2026, 16:00
    Bitkoinin iflası: Azərbaycanda 120 min nəfərin xəyalı puç oldu
  • 11-02-2026, 15:30
    Bələdiyyələr daha torpaq sata bilməyəcək
  • 11-02-2026, 13:54
    Türkiyə “Nüvə Klubu”na QOŞULACAQ? – Mühüm gəlişmə
  • 11-02-2026, 13:49
    Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir
  • 11-02-2026, 13:43
    Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə