• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kremlin Paşinyana nifrətinin səbəbləri bəlli oldu: "Qarabağdan və soyqırımdan imtina etdin, kilsəni... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-12-2025, 14:22



Son aylarda Moskva–İrəvan münasibətlərində hiss olunan soyuqluq və Kremlə yaxın dairələrdə Nikol Paşinyana qarşı artan açıq narazılıq artıq təkcə emosional fonla izah edilmir.

Rusiyanın aparıcı siyasi analitiklərindən biri, MGİMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonovun Sputnik Ermənistan-a verdiyi geniş müsahibə Kremlin Paşinyana qarşı formalaşmış dərin “qarın ağrısının” real səbəblərini faktiki olaraq üzə çıxarır.

Musavat.com Markedonovun təhlilinin özətini və şərhini hazırlayaraq, oxucusuna təqdim edir.

Markedonova görə, Moskvanın əsas problemi Paşinyanın Qərbə simpatiya nümayiş etdirməsi deyil. Kreml üçün daha təhlükəli olan Paşinyanın hakimiyyətdə qalmaq naminə Ermənistanın onilliklər boyu formalaşmış ənənəvi siyasi, ideoloji və institusional dayaqlarını bir-bir sıradan çıxarmasıdır. Bu proses Moskvada strateji xəyanət kimi qəbul edilir.

Ekspert açıq şəkildə bildirir ki, Paşinyanın əsas siyasi tezisi belə formalaşıb: “Mən hakimiyyətdə qalmasam, müharibə olacaq”. Bu qorxu üzərində qurulan siyasət isə bir neçə fundamental istiqamətdə özünü göstərir.

Qarabağdan imtina – Kreml üçün qırmızı xətt
Markedonovun fikrincə, Paşinyanın Qarabağ mövzusundan faktiki imtinası Ermənistanın uzun illər üzərində qurduğu təhlükəsizlik və identiklik narrativini dağıdıb. Moskva üçün Qarabağ məsələsi yalnız regional münaqişə deyil, Cənubi Qafqazda təsir balansının əsas sütunlarından biri idi. Paşinyanın “sülh naminə güzəştlər” ritorikası isə Rusiyada belə oxunur: Ermənistan öz mövqelərindən könüllü şəkildə geri çəkilir və yaranan nəticələrin məsuliyyətini dolayısı ilə Rusiyanın üzərinə yükləyir.

Kilsənin zəiflədilməsi – daxili dayaqların dağıdılması
Ekspertin diqqət çəkdiyi digər mühüm məqam Erməni Apostol Kilsəsinin sistemli şəkildə zəiflədilməsidir. Paşinyan “real Ermənistan” konsepsiyası çərçivəsində Kilsəni siyasi proseslərdən kənarlaşdırmağa çalışır. Moskva isə Ermənistanı təkcə siyasi dövlət kimi deyil, həm də dini-mədəni identiklik üzərindən oxuyur. Bu baxımdan Kilsənin arxa plana keçirilməsi Kremlin gözündə Ermənistan cəmiyyətinin daxili birliyinə zərbədir.

“Erməni soyqırımı” mövzusunun arxa plana keçməsi
Markedonovun müsahibəsində xüsusi vurğulanan daha bir məqam Paşinyanın “erməni soyqırımı” mövzusunu beynəlxalq gündəmdə əvvəlki kimi fəal şəkildə qabartmaqdan imtina etməsidir. Bu mövzu uzun illər Ermənistanın xarici siyasətində əsas mobilizasiya aləti olub. Paşinyan isə bu ideoloji xətti zəiflədərək, simvolik tarixi gündəmi siyasi reallıqlara qurban verir. Moskva bunu Ermənistanın öz ideoloji dayaqlarını könüllü şəkildə sökməsi kimi qəbul edir.

Rusiya niyə günahlandırılır?
Markedonov açıq deyir ki, Paşinyan üçün əsas məqsəd məsuliyyəti üzərindən atmaqdır. Ermənistan cəmiyyətinə belə təqdim olunur ki, ölkənin problemlərinin səbəbi Rusiyanın “etibarsız müttəfiq” olmasıdır. Ekspertə görə, yarımhəqiqətlər üzərində qurulmuş bu strategiya həm Ermənistanın daxili sabitliyi, həm də region üçün risklidir. Çünki daxili siyasi mübarizə xarici düşmən obrazı üzərindən aparılır.

Moldova ssenarisi və Kremlin qorxuları
Markedonov etiraf edir ki, Kreml Ermənistanın Moldova tipli ssenariyə sürüklənməsindən ehtiyatlanır. Yəni seçkilərin “sivilizasiya seçimi” kimi təqdim edilməsi, müxalif fikirlərin “xarici qüvvələrin əlaltısı” damğası ilə susdurulması Moskva üçün tanış və təhlükəli modeldir. Bununla belə, ekspert vurğulayır ki, Ermənistan Moldovadan fərqli olaraq Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi baxımdan daha dərin bağlılıqlara malikdir və bu əlaqələrin qırılması real görünmür.

Paşinyan həqiqətənmi hər şeyi özü seçdi?
Lakin Markedonovun təhlilində ciddi bir boşluq var: Azərbaycan amili demək olar ki, ümumiyyətlə nəzərə alınmır. Halbuki Paşinyanın indiki mövqeyini və yeni status-kvonu formalaşdıran əsas faktor məhz Azərbaycandır.

Heç də hər şey Paşinyanın şəxsi siyasi iradəsi nəticəsində baş vermədi. Paşinyan bu xətti könüllü şəkildə seçmədi. Bu reallığı Azərbaycan istehsal etdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan ordusunu məğlub etdi, Paşinyanı, onun arxasında duran siyasi mifləri və hətta Rusiyanı fakt qarşısında qoydu.

Unutmaq olmaz ki, Paşinyan hakimiyyətə “Qarabağ Ermənistandır, nöqtə” şüarı ilə gəlmişdi. O, öz oğlunu Qarabağda hərbi xidmətə göndərmiş, müharibə ritorikasını siyasi legitimlik alətinə çevirmişdi. Əgər proseslər Paşinyanın iradəsindən asılı olsaydı, nə Qarabağdan imtina edilərdi, nə də “real Ermənistan” anlayışı ortaya çıxardı.

Paşinyanın atdığı addımların əsasında seçim yox, məcburiyyət dayanırdı. Qarşısında iki yol var idi: ya Ermənistan daha geniş və dağıdıcı müharibəyə sürüklənəcək, hətta dövlətçiliyini riskə atacaqdı, ya da Paşinyanın özünün irəli sürdüyü “real Ermənistan” doktrinası çərçivəsində Azərbaycanın BMT-də tanınmış, qanuni ərazilərindən imtina ediləcəkdi.

Bu baxımdan Rusiyanın adından Paşinyanı ittiham etmək – guya o, Qarabağdan könüllü imtina edib və bu addımlar sırf onun şəxsi seçimi olub – nə doğru, nə də obyektivdir. Paşinyan bu addımları atdı, çünki Azərbaycan onu buna məcbur etdi. Azərbaycanın hərbi gücü, siyasi iradəsi və strateji qətiyyəti bu prosesi qaçılmaz etdi.

Markedonovun müsahibəsi Kremlin Paşinyanı niyə qəbul etmədiyini açıq şəkildə göstərir. Səbəb Paşinyanın Qərbpərəstliyi deyil. Səbəb onun Ermənistanın ənənəvi siyasi, ideoloji və institusional dayaqlarını zəiflətməsidir. Lakin bu proseslərin əsas hərəkətverici qüvvəsi Paşinyanın şəxsi iradəsi yox, 44 günlük müharibənin yaratdığı yeni regional reallıq və Azərbaycanın gücüdür.

Bu reallığı nəzərə almadan aparılan istənilən təhlil – istər Moskvada, istər İrəvanda – qaçılmaz olaraq natamam qalır.

Oxunub: 108
Paylaş:
Digər xəbərlər

Dünya

4-11-2025, 09:00

Kremlin Cənubi Qafqaza müdaxilə cəhdi: Paşinyan-Zaxarova “atışması” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-05-2025, 09:00

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-12-2023, 10:49

Saakaşvilidən Paşinyana: Qaç! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-06-2023, 13:56

Manukyan hərbçiləri Paşinyana qarşı qiyama çağırıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-10-2025, 09:00

Kreml Paşinyanın “qələmini qırmaq”da israrlıdır: Ermənistan üçün “fəlakət ssenarisi” sürətlə yaxınlaşır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
Amnistiya aktının icrasına başlanıb
Xəstəliklər artıb: Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Hadisə
Dün, 13:10
Bakıda uşaq bağçasında yanğın
Dün, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
Dün, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
Dün, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
22-12-2025, 10:35
Uşaqlar üçün ölümcül təhlükə: Bir qığılcım hər şeyi məhv edə bilər
19-12-2025, 12:47
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Son xəbərlər
  • Bugün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Bugün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Bugün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Bugün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Bugün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Bugün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Bugün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Bugün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Bugün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Bugün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Bugün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Bugün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Bugün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Bugün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Bugün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Bugün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Bugün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
  • Bugün, 09:04
    Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
  • Bugün, 09:00
    Prezidentin doğum günüdür
  • Dün, 22:46
    Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində - Fotolar
  • Dün, 22:39
    “Bala neçə aylıqdır?” - Prezident+Video
  • Dün, 16:00
    İstanbul–İrəvan xətti açılır: THY normallaşmada yeni mərhələyə keçir
  • Dün, 15:36
    İlham Əliyev Kərkicahan qəsəbəsində sakinlərlə görüşüb
  • Dün, 15:33
    Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilib
  • Dün, 15:30
    Türkiyə ilə təhlükəli PUA oyunu - nəbz yoxlanışı, yoxsa...
  • Dün, 15:22
    Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı olub
  • Dün, 14:28
    İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO
  • Dün, 14:22
    Azərbaycana "ÇÖRƏK TƏHLÜKƏSİ" - Gələn il...
  • Dün, 13:42
    Kiyevə şok xəbərdarlıq - yeni ildə atəşkəs...
  • Dün, 13:13
    Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA
  • Dün, 13:10
    Bakıda uşaq bağçasında yanğın
  • Dün, 13:02
    Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
  • Dün, 12:43
    Azərbaycan MDB-dən çıxacaq? SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 12:25
    Baş nazir qərar imzaladı
  • Dün, 12:16
    Tokayev İlham Əliyevi təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə