• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-12-2025, 09:00

Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar


Ağ Evin nümayəndələrinin Moskvada Vladimir Putinlə apardığı son görüşlərin nəticəsiz qalması həm Vaşinqtonda, həm Kiyevdə, həm də Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Görüşlər Tramp administrasiyasının sülh planına müəyyən ümidlərin olduğu bir dönəmdə baş tutsa da, Kreml mövqelərindən geri çəkilmədiyini nümayiş etdirdi.

Trampın ehtiyatlı bəyanatları: “Tanqoya iki nəfər lazımdır”

Donald Tramp görüşü “ümumilikdə yaxşı” qiymətləndirsə də, prosesin nəticə verəcəyinə şübhə etdiyini açıq şəkildə etiraf edib. Onun “tanqoya iki nəfər lazımdır” ifadəsi Vaşinqtonun Moskvanın qeyri-konstruktiv davranışından narazı olduğuna işarə edib.
Tramp bildirir ki, Stiv Uitkoff və Jared Kuşnerin Putinə “müharibəni bitirmək istəyinə inandıqları” barədə mesajları olsa belə, Avropalı diplomatlar və ekspertlərin əksəriyyəti bunun doğru olmadığına inanır.

Qərbdə hesab edirlər ki, Kreml destruktiv mövqeyindən əlk çəkməzsə, o zaman Tramp Ukrayna üzrə sülh prosesdən tamamilə çəkilə bilər. Bu variant nəinki Kiyev, Avropa üçün də daha təhlükəli ssenarilərin qapısını aça bilər.

Trampın təzyiq strategiyası: Ukraynanın hərbi dəstəkdən məhrum edilməsi
Odur ki, Ağ Ev sülhə nail olmaq üçün Kiyevə təzyiq etməklə sülh planını gerçəkləşdirmək istəyir. Bu səbəbdən də Tramp açıq şəkildə bəyan edib ki, Ukraynaya “müharibədə qələbə üçün lazım olan hərbi üstünlüyü vermək niyyətində deyil”. Bu, onun Ukraynaya təzyiq vasitəsi yaratmaq strategiyası kimi dəyərləndirilir.

Vaşinqtonun gözləntisi odur ki, Kiyev kompromisə yaxınlaşsın və bu, Moskvanı da müəyyən güzəştlərə məcbur etsin. Lakin Qərb və Ukrayna üçün əsas problem dəyişməz olaraq qalır: Ukrayna ciddi təhlükəsizlik zəmanətləri almadan və gələcək Rusiya təhdidinə qarşı təminatlar olmadan heç bir ərazi güzəştinə getməyə razı deyil.

Avropanın imkanları məhduddur, Kreml bunu görür
Ukraynanın istədiyi miqyasda maliyyə və hərbi dəstək göstərmək Avropa üçün getdikcə daha çətinləşir. Bu isə Rusiyanın strateji ümidlərini artırır. Moskva yaxşı anlayır ki, iqtisadi və siyasi yorğunluq Avropanı Ukrayna məsələsində daha güzəştli mövqe tutmağa yönəldir.

Moskvanın müharibəni uzatma strategiyası
Putinin danışıqlarda nümayiş etdirdiyi ikili taktika artıq Qərb tərəfindən aydın şəkildə hiss edilir: vaxt udmaq; Qərbdaxili fikir ayrılıqlarını dərinləşdirmək; NATO və Aİ-nin resurslarını tükəndirmək; Ukraynanın müqavimətini zəiflətmək.
Kremlin məqsədi müharibəni qısa müddətdə bitirmək deyil, əksinə, Qərbin Ukraynadan bezməsinə nail olmaqdır.

Çin, İran və Şimali Koreyanın Moskvaya dəstəyi: Qlobal hesablaşmalar
Ukrayna müharibəsinin uzanmasında maraqlı olan digər güclər, xüsusən də Çin, İran və Şimali Koreya Moskvanı müxtəlif formada dəstəkləyir.

Çinin motivləri xüsusilə strateji xarakterlidir:
ABŞ-ın diqqətini Avrasiya münaqişələrinə yönəltmək, Tayvan məsələsində mövcud təzyiqi azaltmaq, zaman qazanaraq regionda daha sərt addımlara hazırlaşmaq.
NATO baş katibi Mark Ruttenin bəyanatında da qeyd olunduğu kimi, Pekin yeri gəldikdə Tayvan ssenarisində Moskvadan siyasi dəstək almağa çalışacaq.

Çıxılmaz vəziyyət: kompromis olmadan sülh yoxdur
Tramp administrasiyası özü də ikili dilemmanın içindədir: Bir tərəfdən münaqişənin həlli üçün kompromisin vacib olduğunu bildirir, digər tərəfdən isə Ukraynanı kompromisə yaxınlaşdırmaq üçün təzyiqi artırır.
Ancaq Ukrayna üçün kompromisin şərtləri aydındır: ərazi bütövlüyü ilə bağlı təhlükəsizlik təminatları; NATO və Aİ-yə real inteqrasiya perspektivi; Rusiya tərəfindən yenidən təhdid edilməmək üçün qoruyucu mexanizmlər.

Danışıqlar çətin olsa da, sülh prosesi dayanmamalıdır
Rusiya-Ukrayna müharibəsi artıq təkcə regional təhlükəsizlik problemi deyil, qlobal nizam üçün ciddi sınağa çevrilib.
Danışıqların dalana dirənməsi vəziyyəti daha da mürəkkəbləşdirsə də, prosesin tam dayanması dünyada təhlükəsizlik arxitekturasına ağır zərbələr vura bilər. Təsadüfən deyilməyib ki, ən pis sülh müharibədən yaxşıdır.
Bu səbəbdən, tərəflər heç olmasa minimal diplomatik kanalları açıq saxlamalı və sülh prosesinin davam etməsinə çalışmalıdırlar. Əks halda, müharibə nəinki regionu, bütövlükdə beynəlxalq sistemi yeni böhranlara sürükləyə bilər.

Oxunub: 107
Paylaş:
Digər xəbərlər

Dünya

27-08-2025, 16:00

Trampın xüsusi nümayəndəsi: “Putin Ukraynada müharibəni bitirmək istəyir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-07-2025, 11:02

Putinlə heç bir irəliləyiş əldə etməmişəm - Tramp [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-08-2025, 12:55

Kreml: Tramp-Putin görüşü sülh gətirəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-09-2024, 14:00

Tramp Putinə əsəbiləşdi: Nə deyəcəyimi bilmirəm [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

8-03-2025, 10:23

Tramp: Mən hələ də Putinə inanıram [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Hadisə
5-12-2025, 14:11
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:31
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:52
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 09:33
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
4-12-2025, 11:54
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 11:25
    İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dün, 11:17
    Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
  • Dün, 11:10
    Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
  • Dün, 10:56
    Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
  • Dün, 10:40
    Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
  • Dün, 10:31
    “Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
  • Dün, 09:53
    Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
  • Dün, 09:47
    DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
  • 5-12-2025, 16:00
    Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
  • 5-12-2025, 14:11
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
  • 5-12-2025, 14:06
    Horovluya daha 16 ailə köçürüldü
  • 5-12-2025, 13:37
    İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
  • 5-12-2025, 12:40
    Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
  • 5-12-2025, 12:27
    Yanğında ölən ana və uşaqların FOTOSU
  • 5-12-2025, 11:31
    Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
  • 5-12-2025, 10:58
    Hakan Fidan: Avropada yeni sistem yaranacaq
  • 5-12-2025, 10:52
    Tulin və tələbəsi saxlanıldı
  • 5-12-2025, 10:19
    Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
  • 5-12-2025, 10:05
    Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
  • 5-12-2025, 09:55
    Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
  • 5-12-2025, 09:40
    İlham Əliyev onlara müraciət etdi
  • 5-12-2025, 09:33
    Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
  • 5-12-2025, 09:00
    Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
  • 4-12-2025, 16:00
    Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
  • 4-12-2025, 15:30
    Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
  • 4-12-2025, 14:22
    Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
  • 4-12-2025, 14:21
    İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
  • 4-12-2025, 14:09
    “Onun seçimi yoxdur, istefa verməlidir”
  • 4-12-2025, 13:20
    NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik
  • 4-12-2025, 13:14
    Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL
  • 4-12-2025, 13:07
    Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Nədən danışdılar
  • 4-12-2025, 12:39
    Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
  • 4-12-2025, 12:34
    İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
  • 4-12-2025, 12:28
    İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:54
    Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə