• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-12-2025, 09:00

Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı


Avro-Atlantik məkanda Ukrayna savaşından sonra Rusiya ilə yeni müharibəni artıq qaçılmaz hesab edirlər... NATO və Avropa Birliyi daxilində ciddi fikir ayrılıqları olsa da, Rusiyaya qarşı ortaq savaş modeli axtarılır...
"Yeni Müsavat" xəbər verir ki, son bir neçə il Avro-Atlantik təhlükəsizlik sistemində fundamental dəyişikliklərin baş verdiyi dövr kimi qiymətləndirilir. Ukrayna savaşı uzandıqca, kollektiv Qərb daxilində strateji fikir ayrılıqları dərinləşir, Rusiyanın hərbi potensialı və hibrid əməliyyatları isə Avropanı yeni təhlükəsizlik konsepsiyaları axtarışına məcbur edir. Və bu kontekstdə Polşa, Fransa, Almaniya və NATO-nun siyasi rəhbərliyindən gələn ardıcıl açıqlamalar regional təhlükəsizliyin gələcəyinə dair önəmli mesajlar verir.

Onu da qeyd etmək lazımdır ki, Polşanın baş naziri Donald Tuskun NATO-nun təməlində dayanmış “kollektiv həmrəylik” prinsipinə dair xatırlatması kollektiv Qərbin ortaq təhlükəsizlik strukturlaşmasında yaşanan ciddi çatlarla bağlı narahatlıqları əks etdirir. Çünki son illərdə NATO daxilində milli maraqlar kollektiv maraqların üzərinə çıxmağa, Macarıstan kimi bəzi NATO üzvü olan Avropa ölkələri Rusiya ilə siyasi-diplomatik yaxınlaşmağa, "qoca qitə"də siyasi koordinasiya mexanizmləri zəifləməyə başlayıb. Və bu, ümumilikdə NATO-nun son bir neçə ildə strateji monolitliyinin tədricən eroziyaya uğradığını göstərir.

Bütün bunlara paralel olaraq isə Kremlin “Sülh istə, ancaq müharibəyə hazırlaş” strategiyası Rusiyanın əsas hərbi-siyasi doktrinasına çevrilib. Kreml təmsilçisi Dmitri Peskovun bu barədə açıqlaması Rusiyanın öz təhlükəsizlik doktrinasını məhz Qərbin militarizasiya səviyyəsinin artdığına dair rəsmi narrativlər, Rusiyanın strateji səviyyədə uzunmüddətli konfrontasiyaya hazırlaşması, informasiya müharibəsi elementlərinin gücləndirilməsi üzərində qurduğunu göstərir. Və bu, həm də Rusiyanın Ukrayna savaşını “regional” yox, Qərblə “sistemik” mübarizə məcburiyyəti kimi təqdim etmək cəhdidir.

Belə situasiyada Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinə “informasiya və hibrid hücumlara hazırlaşmaq” çağırışı Avropa Birliyinin ən zəif nöqtələrindən birinə işarə edir. Yəni, indi Avropa məkanında kiber və informasiyanın silahlaşdırılması, siyasi sistemə müdaxilə riski, kritik infrastrukturların hibrid hədəfə çevrilməsi real təhlükə qaynağı sayılır. Bu, Avropa Birliyinin gələcək təhlükəsizlik konsepsiyasının hərbi komponentlərlə yanaşı, informasiya təhlükəsizliyinə də əsaslanacağını göstərir.

Ancaq bəzi Avropa ölkələri isə "qoca qitə"nin müdafiə sistemində “Bufer Ukrayna” modelinin əvvəlki kimi yer almasını hələ də önəmli hesab edirlər. Macarıstan baş naziri Viktor Orbanın Ukraynanı Rusiya ilə NATO arasında “bufer zona” olaraq, qalmasının vacibliyi barədə dedikləri Avropa Birliyinin təhlükəsizlik fəlsəfəsində radikal dəyişikliklərin olmadığını növbəti dəfə təsdiqləyir.

Halbuki, bu yanaşma ilk növbədə Ukraynanın ərazi bütövlüyünə ziddir, Avropa Birliyinin strateji avtonomiya planları ilə uyğunlaşmır və Rusiyanın “təsir dairələri” təfəkkürünün legitimlik qazanmasına münbit şərait yaradır. Və bu mövqe Avropa Birliyi daxilində Rusiyaya qarşı vahid siyasətin formalaşmasına ciddi əngəl törədir.

Digər tərəfdən, Avropa Birliyi daxilində "qoca qitə"nin təhlükəsizlik strategiyasında Rusiyanın hərbi potensialına məhdudiyyət çərçivəsinin müəyyən edilməsi ilə bağlı hədəflərin yer almasında israrlı olan qruplaşma da mövcuddur. Avropa Birliyinin diplomatiya fəaliyyətinə rəhbərlik edən Kaya Kallasın Rusiya ordusunun sayının və müdafiə büdcəsinin məhdudlaşdırılması ilə bağlı təklifi Ukrayna savaşından sonra Avropanın təhlükəsizliyi üçün yeni normativ çərçivə yaratma cəhdi kimi görünür. Ancaq Rusiyanın bu kimi tələb-şərtləri qəbul etməyəcəyi də qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələ də Rusiyaya qarşı ehtimal olunan savaşa hazırlaşan kollektiv Qərb daxilində ciddi mübahisə mövzusudur. Belə ki, NATO baş katibi Mark Rüttenin “Rusiya veto hüququna malik deyil” bəyanatına baxmayaraq, bu hərbi-siyasi alyansda daxili reallıq tamamilə fərqlidir. Çünki ABŞ da daxil olmaqla, bəzi müttəfiqlər Ukraynanın yaxın zamanda bu alyansa üzv olmasına hazır deyil.

Məsələ ondadır ki, buna qarşı çıxanlar Ukraynanın tamhüquqlu üzvlüyünün NATO-nu birbaşa Rusiya ilə müharibənin iştirakçı tərəfinə çevirə biləcəyini düşünürlər. Ona görə də, indi kollektiv Qərb üçün əsas problem Ukraynanı müdafiə etmək deyil, bu ölkənin NATO-nun təhlükəsizlik sisteminə tam inteqrasiyasının doğura biləcəyi risklərinin idarəedilməsidir. Və bu səbəbdən də, Ukraynanın NATO üzvlüyü ilə bağlı “geriyə dönüşü olmayan yol” ifadəsi Qərb siyasi dairələrində daha çox bu məsələ ilə bağlı narahatlığın açıq ifadəsi kimi işlədilir.

Eyni zamanda, NATO üzvü olan Avropa ölkələrinin son vaxtlar Rusiyaya qarşı offensiv hibrid əməliyyat imkanlarını da müzakirə etməyə başladıqları bildirilir. Bu məqsədlə koordinasiyalı kiberhücumlar, hibrid hücumların vahid identifikasiya sistemi, NATO bayrağı altında fövqəladə hərbi təlimlər barədə fikir mübadiləsi aparılır. Bu yanaşma isə Avropa Birliyinin artıq “defensiv reaksiya” mərhələsindən çıxaraq, aktiv konfrontasiya modelinə keçdiyini göstərir.

Digər tərəfdən, "The Wall Street Journal"ın ortaya çıxardığı məlumatlara görə, Avropa ölkələri arasında ilk olaraq, məhz Almaniya Rusiyayla mümkün toqquşma təhlükəsi üçün çox detallı hərbi əməliyyat planı hazırlyıb. Bu, həm NATO-nun "Yüksək Səviyyəli Müdafiə Planlaşdırması" çərçivəsində Almaniyanın yeni rolunu göstərir. Həm də Avropa ölkələrinin Rusiya ilə real hərbi toqquşma riskini olduqca ciddi qəbul etdiyini təsdiqləyir.

Bütün bunlara paralel olaraq, ABŞ kəşfiyyatı tərəfindən yayılan və Rusiyanın raket İstehsalında artıma nail olduğu barədə məlumatlar da kollektiv Qərb daxilində savaş xofunu gücləndirir. Belə ki, ABŞ kəşfiyyatının son məlumatlarında iddia olunur ki, Rusiya uzaqmənzilli raket istehsalını artırıb, ancaq bu sistemlər yalnız Ukrayna deyil, digər regionlar üçün də nəzərdə tutulub. Və bu, Rusiyanın Ukrayna savaşından sonra belə “məhdudiyyətsiz hərbi modernizasiya” xəttini davam etdirəcəyini təsdiqləyir.

Bütün bunlar onu göstərir ki, Avro-Atlantik məkanda Ukrayna savaşından sonra Rusiya ilə yeni müharibəni qaçılmaz hesab edirlər. Ona görə də, NATO və Avropa Birliyi daxilində ciddi fikir ayrılıqları olsa da, Rusiya ilə ehtimal olunan savaşa hazırlıq prosesi artıq intensiv xarakter daşıyır. Və bu baxımdan, NATO üzvü olan Avropa ölkələrinin “soyuq müharibə 2.0” mərhələsinə daxil olmaqla yanaşı, Rusiyaya qarşı ortaq savaş modeli axtardıqları artıq qətiyyən şübhə doğurmur.

Oxunub: 1024
Paylaş:
Digər xəbərlər

Dünya

22-11-2025, 09:22

Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-09-2025, 09:00

Kreml riskə getdi, NATO ilə birbaşa savaşa başladı: Qərb dərhal sərt reaksiya verməzsə, Rusiya dünyanı girov alacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-11-2025, 09:11

"Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

21-10-2024, 09:00

Fransa Ukraynanın dağıdılmasını dəstəklədi: "Zelenski planı" qlobal fəlakət ssenarisinə çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-07-2025, 09:00

NATO blokadasına düşən Kreml ABŞ-ı savaşla təhdid edir: Rusiya tədricən "hərbi-siyasi intihara" sürüklənir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
17 gün iş olmayacaq
Xocalı faciəsinin sağ qalan şahidi ana oldu
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
Hadisə
Dün, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
Dün, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Dün, 09:51
Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2-03-2026, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
28-02-2026, 09:28
Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
28-02-2026, 09:23
Şamaxı silkələnməkdə davam edir - SƏKKİZİNCİ ZƏLZƏLƏ OLDU
Son xəbərlər
  • Bugün, 09:48
    Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
  • Bugün, 09:32
    SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
  • Bugün, 09:25
    ABŞ bu ölkədəki səfirliyini bağlayır
  • Bugün, 09:11
    Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
  • Bugün, 09:00
    Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
  • Dün, 16:00
    İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
  • Dün, 15:30
    Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
  • Dün, 14:22
    Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
  • Dün, 14:00
    Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
  • Dün, 11:53
    İrandan bəzi məhsulların ixracına - Qadağa
  • Dün, 11:49
    Baş nazirdən aksiyalarla bağlı - Qərar
  • Dün, 11:15
    Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
  • Dün, 11:00
    Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
  • Dün, 10:46
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Dün, 10:41
    Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
  • Dün, 10:33
    "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
  • Dün, 10:04
    Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
  • Dün, 09:59
    İranda rejimin sayılı günləri qalıb - Netanyahu
  • Dün, 09:51
    Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 09:47
    İran Bəhreyni Səudiyyə ilə birləşdirən körpünü vurdu
  • Dün, 09:40
    Son Dəqiqə: ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
  • Dün, 09:36
    Ərbildə hava limanı vuruldu
  • Dün, 09:32
    “Əməliyyatlar İranın düşüncə tərzini dəyişdirməyi hədəfləyir”
  • Dün, 09:30
    İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?
  • Dün, 09:27
    Peyk görüntüləri: Dubay səmasında qara tüstü
  • Dün, 09:21
    Nur Pəhləvi Trampa təşəkkür etdi - İranda qalmaqal
  • Dün, 09:16
    Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir
  • Dün, 09:14
    "Xameneiyə qarşı sui-qəsd ABŞ və İsrailə heç nə qazandırmadı"
  • Dün, 09:11
    Xameneinin olduğu yerin koordinatlarını kim verib?
  • Dün, 09:00
    Bu gün Od çərşənbəsidir
  • 2-03-2026, 16:00
    Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş
  • 2-03-2026, 15:30
    Xameneinin ölən 14 aylıq nəvəsinin FOTOSU yayılıb
  • 2-03-2026, 14:52
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • 2-03-2026, 14:34
    Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib
  • 2-03-2026, 14:22
    BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə