• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əgər separatizm qalib gəlsə... - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-08-2023, 15:30

Əgər separatizm qalib gəlsə... - AKTUAL



Separatizmdən əziyyət çəkən Kanada nədən erməni separatizminə dəstək verir?

“Demokrat”ların tarixi səlib yürüşü siyasəti

Kanadanın xarici işlər naziri Melanie Jolynin (Mélanie Joly) Qarabağa Artsax deməyi Azərbaycan tərəfindən ciddi təpki ilə qarşılandı. Bu məsələ Kanada mediasında da diqqətini çəkib. Məsələn, mərkəzi ofisi Tarontada olan ingilisdilli “calgaryherald.com” saytı “Melanie Joly accused of undermining peace, supporting Azerbaijan separatists with 'unacceptable' comments
In a recent speech, Joly referred to the region as Artsakh, a term used by ethnic Armenians who want the area to secede from Azerbaijan” (Melani Joly sülhə xələl gətirməkdə, “qəbuledilməz” şərhlərlə Azərbaycan separatçılarını dəstəkləməkdə ittiham olunur
Joly son çıxışında bölgəni Artsax adlandırıb, bu termin ərazinin Azərbaycandan ayrılmasını istəyən etnik ermənilər tərəfindən istifadə olunur) adlı məqalə ilə çıxış edib. Məqalənin başlığında və yarımbaşlığında deyilən fikirlər xüsusi diqqətə layiqdir.
Məqalədə deyilir ki, Kanada da Ermənistanda fəaliyyət göstərən Avropa müşahidəçilərinə qoşulmaq üçün iki nəfər göndərmək fikrindədir. Guya bu qrup Azərbaycanla Ermənistan arasında müharibənin qarsısın alınmasında ciddi iş görür. Bundan başqa Melanie Jolynin Dağlıq Qarabağ məsələsini G20 (İyirmilər qrupu — 19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası forumdur), G7 (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ; əlavə olaraq, Avropa İttifaqı (Aİ) “sadalanmayan üzvdür”) və BMT-də qaldırmaq fikrindədir: "Region, xüsusən də Artsaxdakı ermənilər real təhlükə ilə üz-üzədir", - Joli bildirib. “Biz Artsax məsələsini əlimizdə olan hər bir diplomatik vasitə ilə müzakirəyə çıxarmalıyıq”.
Melanie Jolyn 2021-ci ilin oktyabrın 26-da Kanadanın xarici işlər naziri təyin olunub. Bu xanım adından da göründüyü fransızdilli kanadalıdır. O da sirr deyil ki, Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalət Kvebekdir. Fransada Beşinci Respublikanın əsasını qoyan Şarl de Qoll (1959-1969) Kvebeki Kanadadan ayırmaq üçün özü şəxsən 1967-ci ildə Kanadanın Montreal şəhərində “Vive le Québec libre!” (Kvebekə azadlıq!) şüarı səsləndirdi. Ancaq ingilisdilli Kanada, ABŞ və Böyük Britaniya əl-ələ verib Şarl de Qollun üzərinə elə yeridi ki, o, özünə bəraət qazandırmaq üçün min cür bəhanə uydurmalı oldu. Yəni nazir xanım belə bir keçmişi olan farnsızdilli Kandanın separatçı ruhunun təmsilçisidir.
Diqqət edin, bu xanım Ukraynada Rusiyanın müdafiə etdiyi separatçı “respublikalar”a qarşı çıxır. O, 2022-ci ildə Ukraynada olub. Kanadanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəkdən danışıb. Deməli, Kanada Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı digər Qərb ölkələri ilə birlikdə eyni cəbhədə yer alır. Ancaq elə həmin Kanada Rusiyanın Cənubi Qafqazda dəstək verdiyi erməni separatizmini müdafiə edir. Haqlı olaraq ortaya belə bir sual çıxır? Separatizmin də yaxşısı, pisi var? Yoxdursa Kanada niyə belə ikiüzlü siyasət yeridir?
Kvebekdəki separatizmə toxunduq. Azərbaycanda Kanadanın bu bölgəsi xeyli məşhurdur. Ancaq Kvebek Kanadanın separatizmə meylli olan yeganə əyaləti deyil. Kanadada bizim az tanıdığımız xeyli separatçı hərəkatlar var. Məsələn, adların ingilis dilində təqdim etdiyim bu hərəkatlar oratadadır: Newfoundland & Labrador, Nova Scotia, Western Canada, Alberta, Manitoba, British Columbia and Yukon, Cascadia, Republic of Madawaska, Republic of Rathnelly. Bu qədər separatçı hərəkata meydan olan Kanada dünyanın o başından Cənubi Qafqazda erməni separatçılarına dəstək verir. Hansı məntiqlə? Demokratik yanaşma separatizmi rədd edir. Deməli, ortada başqa amil var. Bu amil xristian fundamentalizmi deyil ki? Bəs deyirsiniz ki, biz demokratıq? Belə çıxır ki, demokrat adı altında tarixi səlib yürüşü siyasətini davam etdirirsiz...

Təəssüf ki, nə Azərbaycanın xarici işlər naziri, nə də ki, Xarici İşlər Nazirliyi bu kimi məqamları Kanada rəsmilərinin diqqətinə çatdırmırlar. Niyəsini mən bilmirəm. Ancaq belə şeyləri mütləq vurğulamaq lazımdır. Hətta bu kimi faktların dilə gətirlməsi Kanadanın özündə də Azərbaycana simpatiya qazandırardı. Çünki Kanada separatizmin nə olduğunu hələ uzaq 1967-ci ildə yaşayıb. Xatırladım ki, Şarl de Qollun həmin çıxışı bütün dünyada geniş rezonans doğurmuşdu.
Dünyada 200-dən artıq ölkə var. Ən azı 180 dövlətdə separatizm bu və ya digər miqyasda mövcuddur. Keçən dəfə vurğulamışdım: Dünyanın ən varlı, ən demokratik ölkələri sırasında öndə gələn İsveçrədə belə 4 separatçı hərəkat var. ABŞ-ın özündə belə 10 separatçı mərkəz fəaliyyət göstərir...
Bir maraqlı məqam da var. Belçikanın xarici işlər naziri olan Xədicə Labib bugünlərdə ermənipərəst mövqe sərgilədi. Halbuki Gürcüstanın ərazi bütövlüyündən dəm vurmuşdu. Maraqlıdır ki, Belçikanın gələcək xarici işlər naziri 2021-ci ildə (o, 2022-ci ilinin iyunun 21-də nazir təyin olunub) işğal olunmuş Krıma Rusiyadan daxil olmuşdu. Vladimir Putinin qızı Katerina Tixonovanın təşkilatçılığı ilə keçirilən "Qlobal Dəyərlər" festivalında iştirak etmişdi.
Təqdim etdiyim xəritəyə diqqətlə baxın. Şimali Amerika dövlətlərindəki separatçı hərəkatların istək və arzuları bu xəritədə öz əksini tapıb. Gördüyünüz kimi, separatizm qalib gəlsə, Kanada, ABŞ, Meksika, eləcə də yerdə qalan ölkələr darmadağın olacaq.
Heç narahat olmayın. Separatizm təkcə Azərbaycanın yox, bütövlükdə çağdaş dünyanın problemidir.
Bir məqama da toxunmaq gərəkir: Kanadanın xarici işlər naziri Ukraynanın ərazi bütövlüyün tanıyır. Belçikanın xarici işlər naziri isə bir vaxt Krımı Rusiya ərazisi hesab edirdi. Yəni Qərbdə də əcaib işlər baş verir. Biz Azərbaycan olaraq Qərbin bu kimi yaramazlıqlarını bir-bir ortaya qoymalıyıq. Azərbaycan bu kimi arqumentləri ən yüksək tribunalardan səsləndirməlidir. Özü də son dərəcə qərarlı şəkildə.

Elbəyi Həsənli, Sürix

Oxunub: 10111
Paylaş:
Digər xəbərlər

Dünya

2-06-2023, 12:58

İran mediasından SENSASİON məqalə: “Ermənistan Qarabağdan əlini üzür...” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 16:00

Qosqoca Afrikada uduzan Fransanın absurd Güney Qafqaz TRİUMUF - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-08-2023, 09:00

Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 14:22

Arayik gedir... və yerinə KİMSƏ GƏLMƏYƏCƏK! - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-07-2023, 12:38

Azərbaycan Prezidenti əmin edib ki... - İranın xarici işlər naziri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə