• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

8 müharibəni bitirdiyini deyən Tramp yeni bir savaşın astanasında [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-10-2025, 09:36

8 müharibəni bitirdiyini deyən Tramp yeni bir savaşın astanasında


ABŞ prezidenti Donald Tramp Venesuela sahillərinə hərbi gəmilər və xüsusi təyinatlı qüvvələr göndərərək narkotik kartellərinə qarşı silahlı mübarizə elan edib. Lakin Vaşinqton kuluarlarında bu əməliyyatın əsl hədəfinin Venesuela prezidenti Nikolas Maduronun devrilməsi ola biləcəyi müzakirə olunur.

Ölkə.az xəbər verir ki, Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təqdim etdiyi və məzmunu gizli saxlanılan sənəddə nələrin yer aldığı sual doğurur.

Kariblərdə hərbi hazırlıq

"The Washington Post” qəzetinin məlumatına görə, Tramp Karib dənizinə onlarla hərbi gəmi, döyüş təyyarələri və minlərlə Amerika əsgəri göndərərək beynəlxalq terror təşkilatı elan etdiyi narkotik qaçaqçılığı qruplarına qarşı genişmiqyaslı əməliyyat başladıb.

"The Associated Press” agentliyi isə Pentaqon mənbələrinə, peyk təsvirlərinə və bölgədəki müxbirlərin məlumatlarına əsaslanaraq, ABŞ-ın son aylarda Kariblərdə və Venesuela sahillərində artan hərbi mövcudluğunu təsdiqləyib.

Pentaqonun məlumatına görə, bölgəyə ümumilikdə 8 hərbi gəmi göndərilib: onların üçü döyüş, üçü amfibi hücum gəmisi, biri kreyser, biri isə sahil müharibə gəmisidir. Bu gəmilər "Tomahawk” uzaqmənzilli raketləri, dəniz helikopterləri və "Harrier” tipli döyüş təyyarələrini daşıya bilir.

Mənbələr bildirir ki, bölgədə 6 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Sentyabr ayında "F-35B” döyüş təyyarələrindən ibarət bir eskadrilya, ardınca isə "MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatları Puerto Riko hava bazasına göndərilib. Bundan əlavə, "USS Newport News” adlı nüvə sualtı hücum gəmisi də Cənubi Amerika yaxınlığında fəaliyyət göstərir.

Tramp əmri imzaladı

Trampın əmri ilə həyata keçirilən hava hücumlarında Venesueladan ABŞ-a narkotik daşıdığı iddia edilən ən azı yeddi qayıq məhv edilib, çox sayda qaçaqçının öldüyü bildirilir.

Prezident həmçinin Venesuelada MKİ əməliyyatlarına icazə verən "səlahiyyət sənədini” imzalayıb və Maduro hökumətini həm qanunsuz seçkilər keçirməkdə, həm də narkotik kartelinin rəhbəri olmaqda ittiham edib.

Tramp keçən həftə bəyan edib: "Bunu iki səbəbdən təsdiqlədim - Venesuela açıq sərhəd siyasətini ən çox sui-istifadə edən ölkədir, həbsxanalarını və ruhi xəstəxanalarını boşaldaraq insanları ABŞ-a göndərir".

MKİ-yə Maduroya qarşı birbaşa əməliyyat əmri verib-vermədiyi sualına Tramp belə cavab verib: "Bu suala cavab verməyim ağılsızlıq olardı. Amma düşünürəm ki, Venesuela təzyiqi hiss edir".

Ağ Evdən açıqlama

Ağ Evin mətbuat katibi Anna Kelli "Washington Post” qəzetinə açıqlamasında deyib:

"Bu qətiyyətli hücumlar ölkəmizə ölümcül maddələr gətirən narkoterorçulara yönəlib. Tramp ABŞ-ın bütün gücündən istifadə edərək narkotik qaçaqçılarının işğalının qarşısını almağa və onları ədalət qarşısına çıxarmağa davam edəcək".

Quru əməliyyatı gündəmdə

Qəzetin məlumatına görə, Tramp bölgədəki əməliyyatların yalnız dənizlə məhdudlaşmayacağını, hücumların quru istiqamətində də ola biləcəyini bildirib: "Onları Venesuelada da dayandıracağıq".

Bəzi hökumət mənbələri bu əməliyyatların Maduro rejimini devirmək məqsədi daşımadığını, narkotik qaçaqçılarının düşərgələri və gizli hava zolaqlarına qarşı məhdud hədəfli hücumlar ola biləcəyini düşünür.

Digər analitiklər isə bu hərbi yığımın psixoloji təzyiq xarakteri daşıdığını, Venesuela ordusu daxilində parçalanma yaratmaq və Maduronu istefaya məcbur etmək məqsədi güdə biləcəyini bildirir.

Gizli sənədin məqsədi nədir?

Mənbələrin sözlərinə görə, Trampın MKİ-yə təqdim etdiyi sənəd, agentliyə Venesuela hökuməti və onunla əlaqəli narkotik şəbəkələrinə qarşı daha aqressiv tədbirlər görməyə icazə verir. Sənəd Maduronun devrilməsini birbaşa əmr etməsə də, bu nəticəyə gətirib çıxara biləcək addımlara yol açır.

Artan gərginlik

Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə birbaşa mübarizə aparmaq məqsədilə ordunun daha aktiv istifadəsinə icazə vermişdi.

ABŞ avqust ayında Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvəsi göndərmişdi. ABŞ müdafiə naziri Pit Heqset isə ordunun rejim dəyişikliyi də daxil olmaqla hər cür əməliyyata hazır olduğunu bildirmişdi.

Venesuela prezidenti Nikolas Maduro buna cavab olaraq ölkədə 4,5 milyon milisdən ibarət qüvvəni səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlamışdı.

ABŞ-ın Venesuela sahillərində narkotik qaçaqçılığı səbəbi ilə həyata keçirdiyi hücumlar beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur və bu əməliyyatların beynəlxalq hüquqa zidd olduğu bildirilir.(qaynarinfo)

Oxunub: 1037
Paylaş:
Digər xəbərlər

Dünya

26-08-2025, 11:49

Maduro Trampı hədələdi: "Cəsarət edə bilməz!" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-08-2025, 09:47

ABŞ Venesuelaya qarşı güc tətbiqinə icazə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-10-2025, 12:05

Klinton: Tramp Maduroya qarşı hərbi əməliyyatlara hazırlaşır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-08-2024, 11:57

ABŞ Venesueladakı müxalifət liderini prezident kimi tanıdı - Ölkədə toqquşma [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-01-2025, 11:50

Tramp husiləri yenidən terror təşkilatı elan etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
Hadisə
Dün, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
3-03-2026, 09:51
Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2-03-2026, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
28-02-2026, 09:28
Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
Son xəbərlər
  • Dün, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • Dün, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • Dün, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Dün, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • Dün, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • Dün, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • Dün, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • Dün, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • Dün, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • Dün, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • Dün, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • Dün, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • Dün, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • Dün, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
  • Dün, 10:10
    İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
  • Dün, 09:48
    Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
  • Dün, 09:32
    SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
  • Dün, 09:25
    ABŞ bu ölkədəki səfirliyini bağlayır
  • Dün, 09:11
    Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
  • Dün, 09:00
    Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
  • 3-03-2026, 16:00
    İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
  • 3-03-2026, 15:30
    Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
  • 3-03-2026, 14:22
    Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
  • 3-03-2026, 14:00
    Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
  • 3-03-2026, 11:53
    İrandan bəzi məhsulların ixracına - Qadağa
  • 3-03-2026, 11:49
    Baş nazirdən aksiyalarla bağlı - Qərar
  • 3-03-2026, 11:15
    Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
  • 3-03-2026, 11:00
    Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
  • 3-03-2026, 10:46
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:41
    Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
  • 3-03-2026, 10:33
    "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
  • 3-03-2026, 10:04
    Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
  • 3-03-2026, 09:59
    İranda rejimin sayılı günləri qalıb - Netanyahu
  • 3-03-2026, 09:51
    Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə