• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-10-2025, 09:00

ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır


Belə anlaşılır ki, Avropa yalnız özünü, ABŞ isə mövcud qlobal balansı qorumağa çalışır, nəticədə kollektiv Qərbin daxilində geopolitik maraqlar fərqli məzmun almış olur... Qərb dünyasında “ortaq müdafiə sistemi” anlayışı artıq mövcud deyil, bu düşərgə indi “vahid təhlükəsizlik məkanı”ndan daha çox, fərqli prioritetlərin tədricən toqquşduğu “geopolitik mozaika”ya çevrilir...

"Yeni Müsavat" xəbər verir ki, indi Avropanın özünümüdafiə doktrinası beynəlxalq gündəmdə müzakirə olunan əsas mövzuların arasında ön sırada yer alır. Çünki Tramp adminitrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın xarici siyasətində və mövqeyində baş verən ciddi dəyikiliklərin doğurduğu yeni reallıqlar kollektiv Qərbin təhlükəsizlik arxitekturasını tamamilə parçalayıb. Ona görə də, hazırda Avropanın “təhlükəsizlik xəritəsi” artıq böyük sürətlə dəyişir. Və bu, “qoca qitə” ölkələrini yeni mərhələyə hazırlaşmaq məcburiyyətində buraxır.

Onu da qeyd etmək lazımdır ki, Almaniyanın “Böhran və Fəlakətlərə Hazırlıq” adlı yeni hesabatı və ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomahauvk” raketlərinin verilməsini dayandırmaq barədə qərarı bu dəyişimin iki fərqli, ancaq bir-biri ilə sıx bağlı təzahürləridür. Bir tərəfdə Avropa ölkələrinin müharibə və xaos riskinə qarşı özünü qoruma instinkti, digər tərəfdə isə ABŞ-ın Rusiya ilə qarşıdurmanı minimuma endirmək istəyi ziddiyyətləri dərinləşdirir. Və bu, kollektiv Qərbin təhlükəsizlik sisteminin artıq vahid mərkəzdən idarə olunmadığını da göstərir.

Məsələ ondadır ki, Almaniya da daxil ilmaqla, əksər Avropa dövlətləri indi “sülh dövründə müharibəyə hazırlıq” mərhələsinə keçid edib. Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal Bürosu (BBK) tərəfindən yayılan hesabatda ölkə vətəndaşlarına 3-10 gün üçün yetəcək qədər su, qida, tibbi ləvazimat və digər təcili ehtiyat saxlamaq tövsiyə olunur. Həmin sənəddə qeyd edilir ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, “gündəlik rejimi poza biləcək böhranlar və fəlakətlər” artıq istisna deyil. Burada söhbət yalnız təbii hadisələrdən getmir. BBK-nın vurğuladığı “kiberhücumlar, dezinformasiya və təxribat” kimi təhdidlər artıq siyasi və strateji xarakter daşıyır. Və hesabatda hətta yaxınlaşan “müharibə ehtimalı” da ehtiyatla, ancaq çox aydın şəkildə qeyd olunur.

Əslində, bu, vaxtilə aktual olmuş “soyuq müharibə” dövrünə aid mülki müdafiə konsepsiyasına yenidən qayıdılması deməkdir. Almaniya cəmiyyəti artıq fövqəladə hallar üçün deyil, geopolitik destabilizasiya ssenarilərinə qarşı psixoloji və praktiki hazırlığa çağırılır. Rəsmi Berlinin bu addımı Avropanın “kollektiv təhlükəsizlik” anlayışından tədricən “milli dayanıqlıq” modelinə keçdiyini göstərir. Yəni, Avropa artıq NATO-nun hərbi qüdrətindən daha çox, öz daxili davamlılıq immunitetinə və potensialına güvənmək mərhələsinə qədəm qoyub.

Maraqlıdır ki, Almaniyanın “böhrana hazırlıq” strategiyasına paralel olaraq, ABŞ-ın xarici siyasətində tamamilə əks proses gedir. “The Wall Street Journal”ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskiyə bildirib ki, yaxın vaxtlarda Ukraynaya “Tomahauvk” raketləri verilməyəcək. Bu qərar Ağ Ev sahibi Donald Trampın məhz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra qəbul edilib. Məlumatlara görə, prezident Vladimir Putin amerikalı həmkarını “münasibətləri tam kəsməklə” hədələyib. Bu, faktiki olaraq, Tramp administrasiyasının Kreml ilə qarşıdurmadan qaçmaq üçün “geopolitik barışıq” istiqamətində hərəkət etdiyini göstərir. Və belə anlaşılır ki, prezident Donald Tramp üçün Rusiya ilə sabit əlaqələr Ukraynadakı “uğursuz müharibə”dən daha önəmlidir.

Onu da qeyd etmək laızmdır ki, prezident Donald Trampın indiki davranış tərzi Niksonun “Çin kartı” siyasətinə bənzəyir. Yəni, strateji balansı bərpa etmək üçün düşmənlə dialoq qurmaq taktikası aktual saxlanır. Bu, ABŞ-ın Avropa ölkələri ilə təhlükəsizlik münasibətlərində də ciddi ziddiyyətlər yaradır. Və belə görünür ki, ABŞ artıq kollektiv Qərb blokunun “taktiki lideri” olmaq istəmir, əksinə, indi özünü “qlobal balanslaşdırıcı güc” kimi təqdim etməyə daha çox üstünlük verir.

Təbii ki, bütün bunlar həm də NATO-nun daxilində qeyri-müəyyənlik yaradır. Çünki Tramp administrasiyasının son qərarları NATO üzvü olan Avropa ölkələri arasında ciddi narahatlıq doğurub. Ona görə də, NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərinin əsas məqsədi də məhz ABŞ-ın Avropa ilə birgə təhlükəsizlik strategiyasını qorumaq və Ukraynaya hərbi dəstəyin azaldılmamasını təmin etməkdən ibarətdir. Yəni, NATO rəhbərliyi Tramp administrasiyasını “Avroatlantik həmrəyliyə” geri qaytarmağa çalışır. Ancaq həm Almaniyanın daxili hazırlıq proqramı, həm də Tramp adminitrasiyasının Rusiya ilə “soyuq diplomatiyası” onu göstərir ki, bu həmrəylik artıq ciddi şəkildə pozulub.

Maraqlıdır ki, kollektiv Qərbin hazırda üç istiqamət üzrə parçalandığı müşahidə olunur. Çünki indiki mərhələdə kollektiv Qərbin təhlükəsizlik arxitekturası əsasən üç paralel və ziddiyyətli xətt üzrə formalaşır. Bir tərəfdən, milli müdafiə və dayanıqlılıq konsepsiyasına üstünlük verən Almaniya, eləcə də, Skandinaviya ölkələri müharibə və kiberhücum risklərinə qarşı əhalinin müdafiə immunitetini gücləndirir. Digər tərəfdən, Tramp administrasiyası Rusiya ilə “realist dialoq” siyasəti Ukrayna savaşını üzərində siyasi-diplomatik balansı pozaraq, yenidən formalaşdırmağa başlayıb. Nəhayət, NATO və Avropa liderlərinin Avroatlantik koordinasiya təşəbbüsünə baxmayaraq, ABŞ-ın vahid təhlükəsizlik sistemində qalmasını təmin etmək çətinləşir.

Belə anlaşılır ki, Avropa özünü, ABŞ isə mövcud balansı qorumağa çalışır. Ancaq nəticədə, kollektiv Qərbin daxilində geopolitik maraqlar fərqli məzmun almış olur. Ona görə də, Almaniyanın “böhran hazırlığı” strategiyası və Tramp administrasiyasının “Tomahauvk” qərarı ilk baxışdan bir-birindən uzaq hadisələr kimi görünsə də, əslində, eyni prosesin iki fərqli istiqamət üzrə tərkib hissəsidir, həm də Qərbdə artıq “ortaq təhlükə” anlayışının olmadığını göstərir. Və Qərb dünyası artıq vahid təhlükəsizlik məkanından daha çox, tədricən fərqli prioritetləri olan bir geopolitik mozaikaya çevrilir.

Oxunub: 1031
Paylaş:
Digər xəbərlər

Dünya

10-10-2025, 09:00

Qərb kəşfiyyatı qorxunc planı ifşa etdi: Qlobal savaş ssenarisi artıq "strateji masa"dadır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-02-2025, 09:00

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-05-2025, 09:14

Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-10-2025, 09:31

İngilis silahının Qafqaza yolu açıldı, yeni geopolitik dövr anons edildi: ABŞ və Qərb regionun təhlükəsizlik sistemini tamamilə dəyişir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

21-10-2024, 09:00

Fransa Ukraynanın dağıdılmasını dəstəklədi: "Zelenski planı" qlobal fəlakət ssenarisinə çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
17 gün iş olmayacaq
Xocalı faciəsinin sağ qalan şahidi ana oldu
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
Hadisə
Dün, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
Dün, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Dün, 09:51
Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2-03-2026, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
28-02-2026, 09:28
Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
28-02-2026, 09:23
Şamaxı silkələnməkdə davam edir - SƏKKİZİNCİ ZƏLZƏLƏ OLDU
Son xəbərlər
  • Bugün, 09:48
    Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
  • Bugün, 09:32
    SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
  • Bugün, 09:25
    ABŞ bu ölkədəki səfirliyini bağlayır
  • Bugün, 09:11
    Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
  • Bugün, 09:00
    Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
  • Dün, 16:00
    İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
  • Dün, 15:30
    Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
  • Dün, 14:22
    Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
  • Dün, 14:00
    Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
  • Dün, 11:53
    İrandan bəzi məhsulların ixracına - Qadağa
  • Dün, 11:49
    Baş nazirdən aksiyalarla bağlı - Qərar
  • Dün, 11:15
    Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
  • Dün, 11:00
    Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
  • Dün, 10:46
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Dün, 10:41
    Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
  • Dün, 10:33
    "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
  • Dün, 10:04
    Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
  • Dün, 09:59
    İranda rejimin sayılı günləri qalıb - Netanyahu
  • Dün, 09:51
    Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 09:47
    İran Bəhreyni Səudiyyə ilə birləşdirən körpünü vurdu
  • Dün, 09:40
    Son Dəqiqə: ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
  • Dün, 09:36
    Ərbildə hava limanı vuruldu
  • Dün, 09:32
    “Əməliyyatlar İranın düşüncə tərzini dəyişdirməyi hədəfləyir”
  • Dün, 09:30
    İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?
  • Dün, 09:27
    Peyk görüntüləri: Dubay səmasında qara tüstü
  • Dün, 09:21
    Nur Pəhləvi Trampa təşəkkür etdi - İranda qalmaqal
  • Dün, 09:16
    Kremlin müttəfiqləri sıradan çıxır, “mühasirə” daralır: Rusiya dünyadan qopur, “geopolitik intihara” sürüklənir
  • Dün, 09:14
    "Xameneiyə qarşı sui-qəsd ABŞ və İsrailə heç nə qazandırmadı"
  • Dün, 09:11
    Xameneinin olduğu yerin koordinatlarını kim verib?
  • Dün, 09:00
    Bu gün Od çərşənbəsidir
  • 2-03-2026, 16:00
    Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş
  • 2-03-2026, 15:30
    Xameneinin ölən 14 aylıq nəvəsinin FOTOSU yayılıb
  • 2-03-2026, 14:52
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • 2-03-2026, 14:34
    Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib
  • 2-03-2026, 14:22
    BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə