• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tramp NATO-nun "açıq qapı"sını həmişəlik bağlayır: ABŞ-ın yeni planı Qərbin müdafiə sistemini tənəzzülə uğradacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-10-2025, 09:00



NATO-nun “qapalı alyansa” çevrilməsi ilə bağlı ideya əslində, Qərb təhlükəsizlik sisteminin əsas sütunlarını ciddi sual altına sala biləcək ssenaridir... Əgər, Tramp administrasiyası bu ssenarini reallaşdırmağa çalışarsa, onda Avropanın müdafiə arxitekturasında sarsıntılı kataklizmlər qaçılmaz olacaq...
Ukrayna savaşı daha da intensivləşir, Rusiyanin Avropa dövlətlərinə qarşı hərbi təhdidləri ən yüksək həddə çatıb. Belə bir situasiyada NATO-nun gələcək taleyi ciddi müzakirə mövzusuna çevrilib. İndi bir çox Qərb eksperti bu hərbi-siyasi alyansın əhəmiyyətinin artdığını vurğulayır. Eyni zamanda, NATO-nun fəaliyyət istiqamətlərinə yenidən baxılmasının vacibliyi də iddia olunur. Və bu baxımdan, Qərb düşərgəsində yeni təhlükəsizlik arxitekturasına yanaşma tərzi ciddi maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, hazırda ən ciddi müzakirə olunan mövzulardan biri də NATO-nun “açıq qapı” strategiyasına artıq elə bir ciddi ehtiyacın qalmaması ilə bağlıdır. Bəzi ehtimallara görə, məhz Tramp administrasiyasının NATO ilə bağlı verəcəyi siyasi qərarlar bu hərbi-siyasi alyansın gələcək taleyinə fərqli məzmun və keyfiyyət qata bilər. Belə ki, ABŞ-ın nüfuzlu analitik-təhlil mərkəzləri bu barədə sensasiyalı bir tezis irəli sürüb.

Həmin tezisə görə, prezident Donald Tramp NATO-nun genişlənmə prosesini artıq tamamilə dayandırmalıdır və alyans “qapalı formatda” fəaliyyət göstərən struktura çevrilməlidir. Bu ideyanın müəllifləri hesab edirlər ki, "soyuq müharibə" dövründən qalma “açıq qapı” siyasəti artıq tarixi funksiyasını itirib və alyans indi yeni geopolitik reallıqlara uyğun olaraq, "çevik və məhdud" modelə keçməlidir. Və bu, yalnız texniki təklif deyil, həm də Qərb təhlükəsizlik sisteminin artıq daha dərin transformasiyasına birbaşa işarədir.

Halbuki, 1949-cu ildən indiyə qədər NATO-nun əsas təməl prinsiplərindən biri məhz “açıq qapı” strategiyası idi. Yəni, Avropanın istənilən dövləti, əgər, demokratik və müdafiə meyarlarını qarşılayırsa, alyansa qoşula bilərdi. "Soyuq müharibə"nin son çatması və rəqib hərbi-siyasi alyans olan Varşava Müqaviləsinin dağılması ilə bu prinsip Qərbin əsas geopolitik alətinə çevrildi. Şərqi Avropa və Baltikyanı ölkələr sürətlə NATO-ya inteqrasiya olundu, alyans öz təsir dairəsini Rusiyanın sərhədlərinədək genişləndirə bildi.

Ancaq XXI əsrin ikinci onilliyindən etibarən bu genişlənmə siyasəti geostrateji tıxanma nöqtəsinə çatdı. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələ alyans daxilində konsensus doğurmadı. Rusiya isə bu prosesi öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul etdi. İndi Qərbdə hesab edirlər ki, “açıq qapı” siyasəti öz dövrünü başa vurub. Və NATO artıq “inkluziyadan” daha çox “stabilizasiya” mərhələsinə keçməlidir.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp hələ ilk prezidentliyi dövründə NATO-nu “köhnəlmiş qurum” adlandırmışdı, Avropa ölkələrini isə minimal müdafiə xərclərinə görə “müftəxor dövlətlər” kimi tənqid etmişdi. Onun elə indi də əsas tezisi ABŞ-ın Avropanı qorumaq üçün çox xərc çəkməsi, bu səbəbdən də Avropa ölkələrinin öz təhlükəsizliyinə maliyyə ayırmağa ehtiyac duymaması ilə bağlıdır. Və indi “qapalı alyans” ideyası bu doktrinanın məntiqi davamıdır.

ABŞ siyasi dairələri hesab edirlər ki, "qapalı alyans" modeli bir neçə önəmli prinsipə əsaslanmalıdır. İlk növbədə alyansa yeni üzvlər qəbul edilməməlidir və mövcud üzvlər isə müdafiə xərcləri ilə bağlı ortaq məsuliyyəti yenidən bölüşdürməlidirlər. Buna paralel olaraq isə ABŞ-ın Avropadakı hərbi yükü azaldılmalıdlr. Alyans regional müdafiə çərçivəsində qalmalıdır və qlobal ekspansiya ssenarilərindən imtina etməlidir. Və bu, əslində, NATO-nu statik, ancaq sabit təhlükəsizlik sisteminə çevirmək deməkdir.

Maraqlıdır ki, əgər, Tramp administrasiyası bu konsepsiyanı tətbiq edərsə, ilk birbaşa təsirə məruz qalacaq ölkə şübhəsiz ki, məhz Ukrayna olacaq. Çünki NATO-nun rəsmi Kiyevə üzvlük vədi uzun illərdir ki, simvolik xarakter daşıyır. Ancaq indi artıq bu perspektivin ümumiyyətlə, dondurulması da gündəmə gələ bilər. Ağ Evdə ümid edirlər ki, bu, həm alyansın Rusiya ilə birbaşa toqquşma riskini azaldacaq, həm də ABŞ-ın Avropa təhlükəsizliyindən Asiya-Sakit okean regionuna strateji resurs yönləndirməsinə şərait yaradacaq. Və NATO-nun genişlənmə prosesi dayandırılsa, onda Balkanlarda, Qafqazda və postsovet məkanında təşkilatın təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Ancaq hazırkı şəraitdə NATO Rusiyanın əsas strateji hərbi rəqibi olaraq qalır. Ukraynaya hərbi və kəşfiyyat dəstəyi, Baltik və Polşa istiqamətində savaş gücünün artırılması alyansın Şərq cinahında aktiv müdafiə siyasətini biruzə verir. Halbuki, Tramp administrasiyasının əsas prioriteti Çinlə rəqabətdir və məhz bu səbəbdən Rusiya ilə münasibətlərin “selektiv sabitlik” mərhələsinə keçirilməsi qətiyyən istisna deyil. Və bu halda, NATO-nun Rusiya ilə münasibətləri açıq düşmənçilikdən daha çox kontrollu rəqabət xarakteri daşıya bilər.

Digər tərəfdən, əgər, ABŞ NATO-nun hərbi yükünü azaltmağa və “qapalı format”a keçməyə qərar verərsə, onda Avropa dövlətlərinin qarşısında ən yaxşı halda, cəmisi iki seçim variantı qalacaq. Birinci variant müstəqil müdafiə arxitekturası yaratmaq məcburiyyəti ilə bağlıdır. Yəni, Fransa və Almaniyanın təşəbbüsü ilə Avropa Müdafiə İttifaqı ideyasının reallaşdırılması barədə düşünmək lazım gələcək.

İkinci variant isə Avropa dövlətlərinin məmnun olmadığı ssenaridir. Çünki bu ssenaridə Avropa ölkələri NATO-nu qorumaq üçün daha çox maliyyə və siyasi öhdəlik götürməli, ABŞ-ın azaltdığı yükü öz üzərinə almalı olacaq. Halbuki, hər iki variant istənilən halda, Avropanı daha çox geopolitik məsuliyyətə və daxili koordinasiyaya məcbur edəcək.

Bütün bunları nəzərə aldıqda, NATO-nun gələcək taleyinin indi daha çox iki ssenari arasında qaldığını da düşünmək olar. Birinci ssenari "Tramp modeli"dir. Yəni, qapalı və müdafiə yönümlü NATO-ya yeni üzvlük dayandırılır, ABŞ-ın yükü azaldılır, Rusiya ilə münasibətlərdə nisbi sabitlik yaradılır. İkinci variant isə hələlik qüvvədə olan Bayden modelidir. Belə ki, açıq qapı və ekspansionist NATO yoluna eynilə davam edir. Ukrayna və Gürcüstan üçün alyansa üzvlük şansı açıq saxlanılır. Rusiya ilə qarşıdurma daha da dərinləşir, transatlantik birlik ciddi şəkildə möhkəmlənir.

Göründüyü kimi, NATO-nun “qapalı alyansa” çevrilməsi ilə bağlı ideya əslində, Rusiya prezidenti Vladimir Putinin analoji tələblərinə uyğun olmaqla yanaşı, həm də Qərb təhlükəsizlik sisteminin əsas sütunlarını ciddi sual altına sala bilər. Əgər, Tramp administrasiyası bu ideyanı reallaşdırmağa çalışarsa, bu, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin paradigmasında ciddi dəyişiklik yaradacaq. NATO isə artıq qlobal ekspansiyanın deyil, məhz regional sabitliyin alətinə çevriləcək. Bu isə Qərb üçün yeni strateji düzən, Rusiya üçün hərbi-siyasi "nəfəslik", Avropa üçün yeni təhlükəsizlik dilemması deməkdir.Elçin XALİDBƏYLİ

Oxunub: 1020
Paylaş:
Digər xəbərlər

Dünya

14-02-2025, 09:47

Zelenskidən Avropaya: 100 min ordu, “öz NATO-muz”, nüvə… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-03-2024, 09:00

Ağ Evin yeni sahibi təyin olundu: O, ABŞ-ni artıq qeyri-rəsmi idarə edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-08-2025, 10:37

NATO baş katibi: Ukraynanın təhlükəsizliyi belə təmin olunacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

15-09-2025, 09:16

Tramp Ukrayna savaşının arealını genişləndirir: ABŞ-ın tərəddüdləri Rusiyaya "qoca qitə"ni dağıtmaq şansı verir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

27-02-2025, 09:08

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
Bayram günlərində səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!
“ASAN xidmət” və "ASAN Kommunal” bu tarixədək işləməyəcək
Azərbaycanda qısa iş günüdür
Məktəblərimizdə erməni dili tədris edilsinmi? - iki mövqe
“Öldü var, döndü yoxdur!”
Hadisə
Dün, 13:04
Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
Dün, 10:27
Rusiya ordusuna qoşulan lənkəranlı - Ukraynaya əsir düşdü
5-11-2025, 14:29
Sabah hava necə olacaq?
4-11-2025, 10:09
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto
4-11-2025, 09:10
Bakıdakı “Nürenberq prosesi” yeni ilədək bitəcək?
3-11-2025, 16:00
Sabah leysan olacaq - Xəbərdarlıq
Son xəbərlər
  • Dün, 16:15
    Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - SƏRƏNCAM
  • Dün, 16:09
    Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
  • Dün, 16:07
    Prezident onları təltif etdi - SİYAHI
  • Dün, 16:00
    Qarabağda yerin altındakı milyonlar
  • Dün, 15:30
    Senatorlar Orbana qarşı: Ondan Rusiya yanacağından imtina tələb olundu
  • Dün, 14:22
    Gürcüstan ermənilərə görə milyardlar itirəcək
  • Dün, 13:55
    İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 13:04
    Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
  • Dün, 12:21
    Metroda 15 yeni vaqon xəttə buraxıldı
  • Dün, 12:17
    ABŞ-də hərbi bazaya hücum edildi
  • Dün, 11:55
    Bayram günlərində səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!
  • Dün, 11:51
    “ASAN xidmət” və "ASAN Kommunal” bu tarixədək işləməyəcək
  • Dün, 11:13
    2025-ci il – “Konstitusiya və Suverenlik İli”
  • Dün, 11:12
    “Əsas Qanunumuz – Dövlətçiliyimizin Zəmanəti”
  • Dün, 11:12
    Azərbaycan Respublikasının Konstitusiyası Günü
  • Dün, 10:38
    Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda səfərdə olacaq
  • Dün, 10:33
    “Qarabağ”a karikatura həsr etdi - Foto
  • Dün, 10:27
    Rusiya ordusuna qoşulan lənkəranlı - Ukraynaya əsir düşdü
  • Dün, 09:36
    “Lukoyl”un səhmləri ÇÖKDÜ
  • Dün, 09:28
    Azərbaycanda qısa iş günüdür
  • Dün, 09:19
    Tramp İrana sanksiyaları bir il müddətinə uzatdı
  • Dün, 09:15
    “Qarabağ danışıqlarında Oskanyan mənə dedi ki, Elmar, elə bilirsən…” - Məmmədyarov ilk dəfə AÇIQLADI
  • Dün, 09:11
    Qlobal nüvə savaşının "başlanma şifrələri" dəyişdi: Dünya artıq "qarşılıqlı məhv" mərhələsinə daxil olur
  • Dün, 09:00
    Azərbaycanın Şərqi Zəngəzur ərazisində yeni qızıl sahələri aşkarlandı
  • 6-11-2025, 17:31
    AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞI – DÖVLƏTÇİLİYİMİZİN VƏ MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİ RƏMZİ
  • 6-11-2025, 16:00
    Gürcüstan hökuməti ABŞ-a işləyən yerli gürcüləri hədəfə alıb - Konqresdən sərt xəbərdarlıq gəldi
  • 6-11-2025, 15:30
    Məktəblərimizdə erməni dili tədris edilsinmi? - iki mövqe
  • 6-11-2025, 14:57
    “Öldü var, döndü yoxdur!”
  • 6-11-2025, 14:56
    Azərbaycanın tarixi qələbəsi – 8 Noyabr
  • 6-11-2025, 14:00
    Azərbaycanla bağlı bu hadisə tarixdir - Paşinyan
  • 6-11-2025, 13:55
    Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq
  • 6-11-2025, 13:35
    "Qarabağ" "Çelsi" ilə oyundan sonra neçə milyon əldə etdi? - Məbləğ
  • 6-11-2025, 12:46
    İlham Əliyev: Azərbaycan Ordusunun müasirləşdirilməsi bundan sonra da davam edəcək
  • 6-11-2025, 12:41
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 6-11-2025, 11:53
    Növbəti ildən bu sahələrdə əmlak vergisi yeni qaydada hesablanacaq
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə