• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kremlin "kölgə donanması" ifşa olundu, artıq dağıdılır: NATO ordusu hərəkətə gətirildi, Rusiya hərbi blokadaya salınır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-10-2025, 09:00

Kremlin "kölgə donanması" ifşa olundu, artıq dağıdılır: NATO ordusu hərəkətə gətirildi, Rusiya hərbi blokadaya salınır


Fransa artıq açıq şəkildə müharibə ritorikasına keçib, Almaniya və Britaniya isə savaş hazırlığını daha da intensivləşdirib... Avropa ictimaiyyətinə verilən “müharibəyə hazır olun” mesajı isə NATO və Rusiya arasında hərbi qarşıdurmanın yeni mərhələ keçdiyini göstərir...
Avropa dövlətləri və Rusiya arasında yeni hərbi-siyasi qarşıdurmanın əsası qoyulmaqdadır. Belə ki, Rusiyaya məxsus bir neft tankerinin saxlanılmasından sonra qarşıdurma böyük hərbi-siyasi böhrana çevrilməyə başlayıb. Ona görə də, hazırda qlobal savaşın ilkin mərhələsinin start götürdüyü barədə olduqca ciddi iddialar mövcuddur. Və bu baxımdan, yaxın vaxtlarda Rusiyanın israrla gündəmə gətirməyə çalışdığı üçüncü dünya müharibəsinin reallığa çevrilmə ehtimalı kifayət qədər yüksəkdir.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Onu da qeyd etmək lazımdır ki, Fransanın Bretan sahillərində saxlanılan "Boracay" adlı tankerin ətrafında yaranmış situasiya indi beynəlxalq gündəmin birbaşa mərkəzində yer alır. Fransa hərbi dəniz qüvvələri tərəfindən dayandırılan bu gəminin Rusiyanın “kölgə donanması” ilə əlaqəli olmasına yönəlik ciddi şübhələr mövcuddur. Qərb mətbuatında yer alan məlumata görə, Makron hakimiyyəti həmin tankerin sanksiyalardan yayınmaq üçün gizli neft şəbəkəsinə xidmət edə biləcəyini iddia edir.

Ancaq bu məsələ yalnız enerji mərkəzli qarşıdurma ilə məhdudlaşmır. "The Guardian" yazır ki, bu tanker Avropada son dövrlərdə artan PUA hücumlarında “süni platforma” kimi istifadə olunmaqda da şübhəli bilinir. Bu iddia sübut olunarsa, "Boracay" hadisəsi NATO-Rusiya münasibətlərində dönüş nöqtəsinə də çevrilə bilər.

baltik.jpg (55 KB)

Məsələ ondadır ki, beynəlxalq dəniz hüququna görə, bayraq mənsubiyyətini təsdiqləyə bilməyən və dövlət orqanları ilə əməkdaşlıqdan imtina edən hərbi və ya mülki gəmi “bayraqsız” statusuna düşür. Ona görə də, həmin gəmi beynəlxalq sularda istənilən dövlət tərəfindən yoxlanıla bilər. Fransa məhkəmə orqanları tərəfindən "Boracay"ın saxlaması barədə qərar da məhz bu normalar üzərində qurulub.

Əgər, neft tankerinin Avropa ölkələrinə PUA hücumlarında iştirakına dair ciddi sübutlar üzə çıxarsa, bu məsələ BMT Nizamnaməsinin uyğun maddəsi üzrə “dövlət tərəfindən güc tətbiqi” kimi də qiymətləndirilə bilər. Bu halda isə neft tankeri ətrafında yaranmış situasiya artıq sırf hüquqi yoxlamanın deyil, məhz beynəlxalq təhlükəsizlik gündəminin əsas predmetinə çevriləcək.

Maraqlıdır ki, Avropa Birliyinin Ukrayna savaşına əsaslanaraq, 2022-ci ildən etibarən Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyaları Kreml üçün ciddi itkilərlə müşayiət olunur. Ona görə də, Kreml bu iqtisadi-ticari zərbələri kompensasiya etmək üçün qeyri-rəsmi tanker şəbəkəsi – “kölgə donanması” quraraq, əsasən Asiya və Afrika bazarlarına gizli şəkildə neft ixracına çalışmaqdadır.

"Boracay" böhranı isə bu gizli şəbəkənin ifşasına doğru atılan olduqca mühüm addımdır. Əgər, Avropa ölkələri bu cür gəmilərə qarşı koordinasiyalı nəzarəti gücləndirsə, Rusiyanın enerji ixracı daha ciddi məhdudiyyətlərlə üzləşə bilər.. Bunun isə Kreml üçün yalnız iqtisadi-ticari deyil, həm də hərbi-strateji nəticələr doğura biləcəyi qətiyyən şübhə doğurmur. Çünki bu halda, Kreml tərəfindən hərbi əməliyyatların maliyyələşdirilməsi prosesi çətinləşəcək. Və nəticədə Qərblə Rusiya arasında balans oyunlarının məkanı da ciddi şəkildə daralmış olacaq.

savas-cigirtkanligi-nato-onumuzdeki-20-yil-icinde-rusya-ile-savasabiliriz.jpg (141 KB)

Təbii bütün bu baş verən hadisələrin ən təhlükəli tərəfi isə Fransa və Rusiya döyüş təyyarələrinin havaya qaldırılması oldu. Bu, təkcə simvolik güc nümayişi deyil, həm də iki ölkə arasında hərbi toqquşma riskinin tamamilə real olduğunu göstərən ciddi əlamətdir. Çünki rəsmi Parisin Fransa ordusunu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsi və Makron hakimiyyətinin xalqa “savaşa hazır olun” çağırışı Qərbdə "soyuq müharibə"dən sonra ilk dəfə açıq şəkildə hərbi ritorikanın işə düşdüyünü göstərir.

Onu da qeyd etmək lazımdır ki, NATO Nizamnaməsinin beşinci maddəsi hələ işə düşməyib. Ancaq bu hadisə “qırmızı cizgilər"in yoxlanılması kimi də qiymətləndirilə bilər. Əgər, "Boracay" hadisəsi ilə bağlı gündəmə gətirilən hərbi məzmunlu iddialar təsdiqlənərsə, onda Rusiyanın NATO üzvü olan dövlətə qarşı hibrid hücumu rəsmən tanınacaq. Və bu, NATO-nun kollektiv cavab mexanizmlərini dərhal aktivləşdirə bilər.

Digər tərəfdən, Almaniya və Böyük Britaniyanın Fransa ilə yanaşı müharibə hazırlığına keçməsi Avropa məkanında təhlükəsizlik inteqrasiyasının sürətləndiyini göstərir. Çünki Avropa Birliyinin enerji strategiyası ilə NATO-nun kollektiv müdafiə prinsiplərinin üst-üstə düşməsi Avropa–Atlantik məkanında yeni ortaq hərbi-siyasi mexanizm formalaşdırır.

Bu proses həm ABŞ-ın Avropadakı rolunu gücləndirir, həm də Fransa və Almaniya kimi dövlətləri "qoca qitə"nin təhlükəsizliyində aparıcı aktora çevirir. Beləliklə, "Boracay" qarşıdurması Avropa ölkələri üçün həm olduqca ciddi böhran, həm də yeni ortaq müdafiə arxitekturası qurmaq imkanıdır. Və Rusiya təhlükəsi Avropa dövlətlərini bu imkandan maksimum səviyyədə yararlanmaq məcburiyyətində buraxır.

WhatsApp-Image-2025-06-03-at-15.51.59.jpeg (215 KB)

Onu da nəzərə almaq lazımdır ki, mövcud situasiya Rusiya üçün olduqca ciddi neqativ nəticələr vəd edir. Belə ki, əgər, neft tankerinin Avropa ölkələrinə qarşı PUA əməliyyatlarında istifadə olunduğu sübut olunarsa, onda Rusiya ikiqat cavab zərbələri ilə üzləşə bilər. İlk növbədə Kremlin qurduğu “kölgə donanması”nın ifşası Rusiyanın enerji ixracını kəskin şəkildə zəiflədəcək. Digər tərəfdən, neft tankerinin Avropaya PUA hücumları ilə əlaqəsi təsdiqlənərsə, Rusiya beynəlxalq sistemdə “terror metodlarından istifadə edən dövlət” kimi etiketlənəcək. Və bu, həm yeni sanksiyaların, həm də hüquqi cəza mexanizmlərinin işə düşməsi ilə nəticələnə bilər.

Maraqlıdır ki, Qərbdə bəzi siyasi dairələri indiki situasiyanı NATO üzvü olan Avropa ölkələri ilə Rusiya arasında yaxınlaşan müharibənin ilk əlaməti hesab edirlər. Çünki "Boracay" hadisəsi hələlik istintaq mərhələsində olsa da, onun simvolik və strateji çəkisi kifayət qədər böyükdür. Əgər, sübutlar Kremlin əleyhinə işləsə, bu, Avropa dövlətləri və Rusiya arasında müharibənin başlanması üçün ilk real qığılcım ola bilər.

Əslində, Fransa artıq açıq şəkildə müharibə ritorikasına keçib. Almaniya və Britaniya isə hazırlıq addımlarını daha sürətlə, həm də intensiv şəkildə atmaqdadır. Avropa ictimaiyyətinə verilən “müharibəyə hazır olun” mesajı isə siyasi-psixoloji baryeri aşır. Və bütün bunlar onu göstərir ki, "Boracay" neft tankeri ətrafında baş verənlər lokal insident olmaqdan çıxaraq, NATO üzvü olan Avropa dövlətləri ilə Rusiya arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanğıcına çevrilə bilər.(musavat.com)

Oxunub: 1042
Paylaş:
Digər xəbərlər

Dünya

17-08-2024, 09:27

NATO-nun Rusiya ilə savaş planı reallığa çevrilir: Kremlin Avropadakı hədəflərinin "fəlakət xəritəsi" də yayıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-01-2024, 09:00

Qlobal savaşın qorxunc şifrələri: ABŞ və NATO hansı dövləti yox etməyi planlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

2-04-2024, 10:00

Avropa tezliklə fəlakət məkanına çevriləcək: Qərb lideri nüvə savaşını niyə anons etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

2-09-2024, 09:00

Qərbin planında Ukraynanın qələbəsi yer almır: Rusiyanın məğlub edilməsi məhz NATO-ya həvalə edilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-03-2024, 10:00

Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Hadisə
Bugün, 11:55
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
Bugün, 10:59
Azərbaycanda kafedə partlayış: Ölən var
Bugün, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Son xəbərlər
  • Bugün, 16:00
    Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir
  • Bugün, 15:30
    Tiflisə “ikinci Qarabağ”ın “həlli” təklifi - Moskva yeni vasitəçi roluna girməyə çalışır
  • Bugün, 14:22
    "Qarabağ"dan kimlər gedəcək?
  • Bugün, 14:00
    Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
  • Bugün, 12:36
    Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq
  • Bugün, 12:28
    Prezident Lənkəranda açılışda - FOTO
  • Bugün, 12:00
    Trampdan etiraf: İran Avropanı və bazalarımızı vuracaq raketlər hazırlayıb
  • Bugün, 11:55
    Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
  • Bugün, 11:30
    Prezident Küveyt Əmirini təbrik etdi
  • Bugün, 11:23
    Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
  • Bugün, 10:59
    Azərbaycanda kafedə partlayış: Ölən var
  • Bugün, 10:23
    Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
  • Bugün, 10:15
    Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
  • Bugün, 10:10
    Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
  • Bugün, 10:02
    “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
  • Bugün, 09:57
    Azərbaycan Türkiyəyə başsağlığı verdi
  • Bugün, 09:52
    “İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
  • Bugün, 09:39
    Leyla və Alena Əliyevalar Qubada - Fotolar
  • Bugün, 09:28
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Bugün, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə