• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zelenski Putin üzərində ilk ciddi qələbəsini qazandı: İndi ABŞ və Qərb Rusiyanı tək hədəfə çevirməyə məcburdur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-08-2025, 09:00

Zelenski Putin üzərində ilk ciddi qələbəsini qazandı: İndi ABŞ və Qərb Rusiyanı tək hədəfə çevirməyə məcburdur


ABŞ prezident Donald Trampın Ukrayna savaşının dayandırılması ilə bağlı planları tamamilə iflasa uğramaq üzrədir... İndi yaranan situasiya Kreml üçün daha riskli xarakter daşıyır, çünki Rusiyanın qlobal "dəyişməz aqressor" imici möhkəmlənir...

Rusiyanın manipulyativ manevrləri Ukrayna savaşı ətrafında yaranmış situasiyanı daha da qəlizləşdirir. Belə ki, Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinə atəşkəs və ya sülh anlaşması üçün möhlət vermişdi. Anlaşma olmayacağı təqdirdə isə Rusiyanı dağıdıcı sanksiyalar ilə təhdid etmişdi. Prezident Vladimir Putin isə həmin möhlətin bitməsinə qısa bir müddət qalmış Ağ Ev sahibi Donald Trampa görüş təklif etdi. Və bununla da Ukrayna savaşının dayandırılması prosesi "siyasi labirintə" çevrilmiş oldu.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp Alyaska görüşündən öncə prezident Vladimir Putinin onu növbəti dəfə aldada biləcəyini qətiyyən istisna etmirdi. Əslində, Kreml sahibi ABŞ prezidentini haqlı çıxartdı. Belə ki, əvvəlcə sülhə razı olduğunu bildirdi, ardınca isə Ukrayna və NATO üzvü olan Avropa dövlətləri tərəfindən qəbul edilməyəcıyinə əvvəlcədən əmin olduğu "şərtlər" irəli sürdü. Və bununla da bütün xarici siyasətini əsasən, iqtisadi-ticari faktorlar üzərindən yürüdən prezident Donald Trampı çətin vəziyyətə salmağı bacardı.

Məsələ ondadır ki, prezident Donald Tramp üçün Alyaskada Kreml sahibi Vladimir Putin ilə əldə etdiyi müəmmalı anlaşma keçərli olduğundan Rusiyaya qarşı dağıdıcı sanksiyalarla bağlı vədini xatırlamağa hələlik tələsmir. Bunun əvəzində prezident Donald Tramp son sülh ümidi olaraq, Zelenski-Putin görüşünün keçirilməsini gündəmə gətirməyə çalışır. Və nə qədər qəribə də olsa, Rusiya siyasi dairələri Ağ Ev sahibinin bu təklifinə də əvvəlcədən hazırlanmış kimi görünürlər.

Maraqlıdır ki, prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə məhz Rusiya paytaxtı Moskvada görüşməyə hazır olduğunu bildirib. Halbuki, bu, olduqca absurd təklifdir. Çünki əraziləri işğal olunmuş dövlətin lideri işğalçı ölkənin paytaxtına sülh danışıqları üçün getməz. Hər halda, işğalçının ərazisində keçirilən sülh danışıqlarında üstünlüyün hansı tərəfdə olacağını elə əvvəlcədən təxmin etmək çətin deyil. Və Ukrayna lideri ilə görüşdə maraqlı olmayan prezident Vladimir Putin də bunları bildiyi üçün məhz belə hiyləgər variantı gündəmə gətirmişdi.

Ancaq əsas önəmli məqam ondan ibarətdir ki, Kremlin hiyləgərliyi uzun müddət gündəmi və geopolitik şərtləri təyin edə bilməz. İndi Qərbdə prezident Vladimir Putinin hiyləgər manevrlərini bir-birinin ardınca boşa çıxartmaq istiqamətində əks addımlar atılmağa başlayıb. Və bu, onu göstərir ki, Rusiyanın müxtəlif bəhanələr üzərindən manipulyativ oyunları tədricən öz effektini itirməyə məhkumdur.

Xüsusilə də, Ukrayna prezidenti Volodimir Zelenskinin Kreml sahibi Vladimir Putinlə mümkün ikitərəfli görüşə hazır olduğunu bəyan etməsi situasiyanı dəyişməyə başlayıb. Belə ki, Ukrayna lideri bildirib ki, bu görüş yalnız neytral Avropa ölkəsində və ya Türkiyədə keçirilə bilər. O, İsveçrə və Avstriyanı mümkün variantlar kimi göstərib, Türkiyənin isə həm NATO üzvü, həm də Avropanın bir hissəsi olduğunu vurğulayıb. Və Ukrayna lideri görüş yeri kimi Rusiya paytaxtı Moskvanı qətiyyətlə istisna edib.

Digər tərəfdən, prezident Volodimir Zelenski yalnız görüş üçün Kremlin təklif etdiyi məkan seçimini deyil, həm də Rusiyanın neoimperialist "sülh şərtləri"ni də birmənalı şəkildə rədd edib. O, bildirib ki, rəsmi Kiyev ərazi mübadiləsinə, eləcə də, Ukrayna torpaqlarının Rusiyaya verilmə variantlna heç bir halda, razılıq verməyəcək. Eyni zamanda, prezident Volodimir Zelenski Kremlin israr etdiyi Ukraynada rus dilinə rəsmi status verilməsi tələbinə də etiraz edib. O, bildirib ki, Ukraynada yalnız bir dövlət dili – ukrayna dili mövcuddur.

Prezident Volodimir Zelenski, həmçinin, Rusiya ordusunun Ukraynanın Sumı və Xarkov vilayətlərini ələ keçirə bilməyəcəyini bildirib. O, bir neçə ay ərzində Rusiya qoşunlarının Sumını tərk edəcəyinə inandığını və Xarkovun da “ələ keçirilməz” olduğunu vurğulayıb. Ən əsası isə Kremlin bütün Donbas üzərində tam nəzarət qurması üçün hələ illərə ehtiyacı olacağını iddia edib. Və bütün bunlar həm daxili auditoriya ilə yanaşı, həm də Qərbdəki tərəfdaşlara Ukraynanın müqavimət əzmini göstərməyi hədəfləyir.

Təbii ki, rəsmi Kiyevin bu qətiyyətli mövqeyinə Qərbin, xüsusilə də, ABŞ-ın necə reaksiya verəcəyi Ukrayna savaşının gələcək taleyini müəyyən edə bilər. ABŞ-ın vitse-prezidenti Vensbildirib ki, “Ukrayna təhlükəsizlik zəmanətləri, Rusiya isə onun ərazilərini istəyir”. Bu yanaşma Ukrayna savaşının əsas siyasi-diplomatik dilemmasını təşkil edir. Vitse-prezidentin sözlərinə görə, Ukrayna gələcəkdə yenidən işğal olunmayacağına dair zəmanət tələbində israrlıdır. edir.

Eyni zamanda, Ağ Ev təmsilçisi vurğulayıb ki, prezident Donald Tramp təhlükəsizlik zəmanətlərinin təmin edilməsində Avropadan liderlik gözləyir. ABŞ-ın mövqeyinə görə, əsas yük Avropanın üzərində qalacaq. Çünki münaqişə məhz onların qitəsində baş verir və Avropanın təhlükəsizliyi birbaşa risk altındadır. Bu yanaşma həm ABŞ-ın maliyyə və hərbi öhdəliklərini azaltmaq məqsədi daşıyır, həm də NATO daxilində məsuliyyət bölgüsünü qabardır.

Göründüyü kimi, mövcud situasiyanın yalnız bir geopolitik ssenari üzrə inkişaf etməsi qətiyyən mümkün deyil. Belə ki, rəsmi rəsmi Kiyev Kremllə birbaşa anışıqlara razı olsa da, görüş məkanı ilə bağlı alternativ təkliflərə malikdir. Rəsmi Kiyev hesab edir ki, İsveçrə və Avstriya neytrallıq imicinə görə münasib variantlardır, Türkiyə isə həm NATO üzvü, həm də Rusiya ilə əlaqələri saxlayan vasitəçi ölkə statusu baxımından real alternativ kimi görünür. Macarıstan paytaxtı Budapeştin isə prezident Volodimir Zelenski tərəfindən rədd edilməsi Qərbdəki daxili parçalanmanın göstəricisidir.

Beləliklə, rəsmi Kiyev güzəştə getmədiyini, bütün işğal olunmuş əraziləri Ukrayna ərazisi hesab etdiyini açıq şəkildə bəyan edir. Halbuki, Kreml Rusiya üçün əsas məqsədini məhz ərazi qazancları ilə müəyyənləşdirib. Ancaq prezident Volodimir Zelenskinin açıqlamalarından da görünür ki, Rusiya üçün Donbası tam işğal etmək uzunmüddətli, riskli və xərcli proses olacaq. ABŞ isə diplomatik xəttini dəyişərək, Avropanı daha çox məsuliyyət götürməyə çağırır. Bu, həm Tramp administrasiyasının “əvvəlcə Amerika, sonra digərləri” siyasəti ilə uzlaşır, həm də Avropa təhlükəsizlik arxitekturasının gələcəkdə yenidən qurulmasını qaçılmaz edir.

Bütün bunlar onu göstərir ki, prezident Donald Trampın Ukrayna savaşının dayandırılması ilə bağlı planları tamamilə iflasa uğramaq üzrədir. Üstəlik, Rusiyanın manipulyativ manevrləri ucbatından Alyaska prosesin uğur qazanmadığı da artıq qətiyyən şübhə doğurmur. Əslində, Kremldə bundan o qədər də məmnun deyillər. Çünki indi yaranan situasiya Rusiya üçün daha riskli xarakter daşıyır. Rusiyanın qlobal "dəyişməz aqressor" imici möhkəmlənir. İkinci Tramp-Putin anlaşmasının da pozulması ilə ABŞ və Qərb üçün Ukraynanın bütün istiqamətlər üzrə tam dəstəklənməsindən başqa real çıxış yolu qalmamış kimi görünür.(musavat.com)

Oxunub: 1039
Paylaş:
Digər xəbərlər

Dünya

14-08-2025, 09:00

İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-08-2025, 09:44

Zirehli limuzində Tramp-Putin "gizli anlaşma"sının sirri açılır: Qərbdə ABŞ və Rusiya əleyhinə yeni koalisiya qurulur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-05-2025, 09:12

Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı "sonun başlanğıcı"na yaxınlaşdırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-08-2025, 09:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-02-2025, 09:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu ölkələrdə Ramazan ayı başladı
Bu gün niyyət axşamıdır
Sürücülərə texniki baxışla bağlı - Müraciət
Pensiya ilə bağlı VACİB XƏBƏR: Bu qaydada hesablanır
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Hadisə
Dün, 12:21
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı
Dün, 12:01
ANAMA əməkdaşı minaya düşdü
Dün, 10:41
“Binə”də dava-dalaş saldı - Həbs edildi
Dün, 10:08
Bu ərazilərə qar yağacaq - Hava dəyişir
17-02-2026, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
17-02-2026, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Son xəbərlər
  • Dün, 21:29
    Prezident ABŞ-də səfərdədir - Foto
  • Dün, 16:00
    ABŞ İrana 2 həftə vaxt VERDİ
  • Dün, 15:30
    ABŞ Səudiyyədən İZAHAT TƏLƏB EDİR - Türkiyə qırıcılarına görə...
  • Dün, 13:39
    Qırmızı xətt keçilir: Vaşinqton qırıcılar göndərir-Tehran meydan oxuyur
  • Dün, 13:11
    Bu ölkələrdə Ramazan ayı başladı
  • Dün, 12:21
    Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı
  • Dün, 12:14
    Prezident həmkarını təbrik etdi
  • Dün, 12:06
    Bu gün niyyət axşamıdır
  • Dün, 12:01
    ANAMA əməkdaşı minaya düşdü
  • Dün, 10:51
    Sürücülərə texniki baxışla bağlı - Müraciət
  • Dün, 10:47
    Leyla və Arzu Əliyevalar Tiranada sərgi açılışında - Fotolar
  • Dün, 10:41
    “Binə”də dava-dalaş saldı - Həbs edildi
  • Dün, 10:29
    Paşinyan ABŞ-yə GETDİ: Bu iclasda iştirak edəcək
  • Dün, 10:08
    Bu ərazilərə qar yağacaq - Hava dəyişir
  • Dün, 09:58
    Putindən GÖZLƏNİLMƏZ ADDIM - Yeni qanun
  • Dün, 09:44
    Bu ölkələr müharibəyə hazırlaşır?
  • Dün, 09:40
    Zelenski: Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb
  • Dün, 09:32
    “Qurban Qurbanov hörmətə layiq məşqçidir” - Eddi Hau
  • Dün, 09:28
    UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq
  • Dün, 09:21
    Pensiya ilə bağlı VACİB XƏBƏR: Bu qaydada hesablanır
  • Dün, 09:15
    4,5 saatlıq dialoqdan sonra ilk reaksiya: dünya nəfəsini tutdu
  • Dün, 09:00
    Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın etdi | QOLLAR
  • 17-02-2026, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • 17-02-2026, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • 17-02-2026, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • 17-02-2026, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • 17-02-2026, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • 17-02-2026, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • 17-02-2026, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • 17-02-2026, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • 17-02-2026, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • 17-02-2026, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • 17-02-2026, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • 17-02-2026, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • 17-02-2026, 10:32
    Paşinyanla Akopyan ayrıldı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə