• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tehran üçün kritik 3 il - İranın ABŞ-a şərti və yeni hücumun tarixi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-07-2025, 10:58



İrana yeni zərbələr endirilə bilər
İsrailin xarici işlər naziri Gideon Saar İrana qarşı “Snapback” mexanizminin tətbiq olunmasına çağırıb. APA xəbər verir ki, nazir bununla bağlı özünün X hesabında bildirib.

“Snapback mexanizmini aktivləşdirməyin vaxtı çatıb. Mən Avropa üçlüyünü İrana qarşı bütün sanksiyaları yenidən tətbiq etməyə çağırıram. İran elə indicə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verdi. Bu bütün beynəlxalq öhdəliklərin inkar edilməsidir. Beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atmalı və İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”, - nazir qeyd edib.

Qeyd edək ki, “Snapback” mexanizmi və ya sanksiyaların avtomatik qaytarılması BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiqləyən 2231 saylı qətnaməsində təsbit edilib. Bu, sazişdə iştirak edən hər hansı dövlətə, onların fikrincə, sazişin şərtlərini pozduğu təqdirdə İrana qarşı beynəlxalq sanksiyaları geri qaytarmağa imkan verir.

“İsrail İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır”. Bu sözləri isə İsrail parlamentində “İsrail bizim evimiz” partiyasının lideri Aviqdor Liberman deyib.

“Bizim İrana qarşı növbəti hərbi kampaniyaya maksimum 3 il vaxtımız var. Bu o deməkdir ki, İsrail hökuməti bütün prioritetlərini dəyişməlidir”, - o bildirib.

Liberman müdafiə büdcəsini ÜDM-in 8%-nə çatdırmağa çağırıb və xatırladıb ki, “İranın nüvə proqramı ciddi zərbə alıb, lakin o, məhv edilməyib, bərpa oluna bilər və İran rejimi bütün səylərini buna sərf edir”.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi “CBS Nyus”a deyib ki, ABŞ-la nüvə danışıqları ABŞ hərbi təhdidlərini dayandırmayana qədər davam etməyəcək.

“Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”, - nazir qeyd edib.

Əraqçinin sözlərinə görə, diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq: “Uranın zənginləşdirilməsi qabaqcıl, elmə əsaslanan sənayedir. Bu sənaye zədələnərsə və ya məhv olarsa, biz bu sənayedə yenidən irəliləyiş əldə etmək üçün zərəri tez bir zamanda bərpa edə və uğursuzluqları aradan qaldıra bilərik. Uranın zənginləşdirilməsi texnologiyası və biliyi bombalama ilə məhv edilə bilməz”.

Bəs Vaşinqton İranın danışıqlar üçün şərtini qəbul edəcəkmi? Doğrudanmı Tehranın nüvə proqramı 3 il geri atılıb?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, İsrail və İran arasında hərbi əməliyyatlar dayansa da, tərəflərin qarşılıqlı ittihamları davam edir və istənilən an güc tətbiqi riski qalır: “Bunu İsrailin xarici işlər naziri Gideon Saarın elə bu gün (dünən) İrana qarşı "Snapback" mexanizminin tətbiq olunmasına çağırış etməsi, beynəlxalq ictimaiyyəti qətiyyətli addımlar atmağa çağırması, İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə edilməli olduğuni deməsi, İranın isə həmin gün MAQATE ilə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verməsi də təsdiqləyir. İran tərəfi hələ ki nüvə danışıqlarına başlamaq niyyətində olmadıqlarını bəyan edərək şərtlər isrəli sürür. Digər tərəfdən isə biz İranın ali dini lideri Əli Xamneyinin müşaviri tərəfindən Donald Tramp və Benyamin Netanyahunun öldürülməsinin vacibliyinə dair çağırışlara şahidlik edirik. Daha vacibi isə istər ABŞ, istərsə də İsrailin kəşfiyyat qurumlarından gələn məlumatlardır. Həmin məlumatlarda İranın zənginləşdirilmiş uranı gizlətdiyi və hansısa başqa gizli nüvə obyektinin mövcudluğundan bəhs edilir. Belə olan halda İsrailin İrana qarşı yeni əməliyyatlara başlama ehtimalı artır".

Politoloq hesab edir ki, son bir neçə gündə İsrailin ABŞ-la yeni silah müqavilələri imzalaması da rəsmi Tel-Əvivin yeni əməliyyatlara hazırlaşdığını, əslində isə müəyyən mənada başladığını göstərir: “Lakin belə bir vəziyyətdə indi İsraildə "növbəti hərbi kampaniya üçün üç il vaxtımız var" deyən şəxslərin niyə məhz bu müddətə hədəfləndiyini demək çətindir. Çünki əgər həqiqətən də İranın nüvə proqramı ciddi zərər görməyibsə və həqiqətən də zənginləşdirilmiş uran hansısa gizli nüvə obyektində zənginləşdirilməyə davam etdirilirsə, o zaman 3 il olduqca gec bir müddətdir. Görünür, digər fərziyyələrə rəğmən İsrail həqiqətən də İranın nüvə proqramını bir neçə illik geriyə atdığını düşünür".

İranla ABŞ arasında nüvə danışıqlarının bərpa olunub-olunmayacağı və ABŞ-ın İranın şərtlərini qəbul edəcəyinə gəldikdə isə Yusif Bağırzadə qeyd etdi ki, İran indi kiməsə, xüsusilə ABŞ-a şərt irəli sürəcək durumda deyil: “ABŞ-ın İrana dinc məqsədlər üçün nüvə proqramına dəstək verməsi şərtini qəbul edib danışıqlar masası arxasında oturmaq indi İran üçün ən məqbul seçim kimi görünür. İranın bütün bəyanatlara baxmayaraq, gec-tez bu şərtlər daxilində nüvə sazişi danışıqlarına başlayacağını ehtimal etmək olar. Çünki əks halda, bu, İrana olduqca baha başa gələ bilər. 12 günlük müharibə İsrailin və Amerikanın bu məsələdə nə dərəcədə ciddi olduğunu və İranın toxunulmaz olmadığını göstərdi”.

Oxunub: 1056
Paylaş:
Digər xəbərlər

Dünya

28-06-2024, 09:17

ABŞ nüvə eskalasiyasına görə yeni sanksiyalar tətbiq edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-04-2025, 13:47

Tramp: İrana qarşı hərbi əməliyyatlara İsrail rəhbərlik edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-06-2025, 10:44

İsrail İrana hücumun detallarını açıqladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-11-2024, 09:55

Netanyahu: İranın nüvə proqramına zərbə vurduq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

15-05-2025, 09:38

İran bu şərtlə ABŞ ilə razılığa gələcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə