• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

II Qaregin üçün də həbsxana yolu göründü - sabah İrəvan qarışa bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-07-2025, 10:26



Ermənistanda kilsə ilə dövlət arasında gərginlik yeni mərhələyə keçib. Ermənistan Apostol Kilsəsinin (EAK) Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan iki ay müddətinə həbs edilib. Onun hüquqlarını müdafiə edən vəkillər məhkəmə qərarını yaxın 10 gün ərzində apelyasiya qaydasında şikayət etməyə hazırlaşırlar.

Məlumata görə, arxiyepiskopun ünsiyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Onun yalnız yaxın ailə üzvləri ilə görüşməsinə icazə verilir.

Qeyd edək ki, bu, həbs edilən ikinci arxiyepiskopdur. Öncə Ermənistanda geniş rezonans doğuran digər hadisədə Vardapet Baqrat Qalstanyan həbs olunaraq İrəvandakı “Kentron” istintaq təcridxanasına yerləşdirilmişdi. Bu ardıcıl həbslər artıq erməni cəmiyyətində kilsə ilə hökumət arasında ciddi qarşıdurmanın dərinləşməsi kimi dəyərləndirilir.

Ekspertlər hesab edir ki, baş nazir Nikol Paşinyanın siyasi xətti EAK-ın tarixi təsir gücünü qırmağa, cəmiyyətdə dini institutların “seçkiöncəsi manipulyasiya” vasitəsi kimi çıxış etməsinin qarşısını almağa yönəlib. Müxalif dairələr isə bunu açıq şəkildə “dövlətin kilsəyə təzyiqi və müqəddəs dəyərlərə hörmətsizlik” kimi təqdim edir.

Ermənistan mediası yazır ki, yaxın günlərdə bu məsələdə yeni məhkəmə prosesləri və siyasi bəyanatlar gözlənilir. Analitiklər bu qarşıdurmanın seçkilər ərəfəsində Paşinyan hakimiyyətinə həm sosial, həm də beynəlxalq arenada əlavə çətinliklər yaradacağını istisna etmirlər. Paşinyan isə bütün ermənilərin katalikosu II Qaregini çevriliş cəhdinin arxasında dayanan əsas güc adlandırıb və onu istefaya çağırıb. Hətta katalikosun da həbsi istisna edilmir.

Paşinyan buna gedərmi və nəticəsi nə olar?

“İyulun 4-də, saat 18:00-da İrəvanın Maştots prospektində yerləşən "Fəsillər" parkına (“Malibu”) toplaşacağıq, oradan Samvel Karapetyanın qanunsuz saxlandığı yerə qədər yürüş edəcəyik".

Bu barədə həbs edilən milyarder iş adamının qardaşı oğlu Narek Karapetyan məlumat verib.

Onu da deyək ki, Rusiya vətəndaşı olan erməni oliqarx 44 günlük müharibə zamanı işğalçı ölkəyə qanunsuz silahlar göndərdiyi üçün Azərbaycanda haqqında cinayət işi açılıb.

Karapetyanın azadlığa buraxılması tələbi ilə keçiriləcək aksiyaya narazı elektorat qoşula bilərmi?

Sabiq deputat Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, hazırda Ermənistanda kilsə ilə hökumət üz-üzə dayanıb: “Görünən odur ki, bu savaş hansısa tərəfin sonunu gətirəcək. Amma bu dəfə II Qaregin daha şanssız görünür. Səbəbi isə sadədir, qara keşişi İrəvanda nüfuzu zəifləməkdə olan Kreml maliyyələşdirir. Həm də Qareginə digər sahələrdə donorluq edilir. Paşinyanın arxasında isə "Soros" fondu və ABŞ kəşfiyyatı dayanmaqdadır. Nikol Vovayeviç əlindəki bütün imkanları "keşiş əməliyyatı" üçün səfərbər edib. Nikol Paşinyan hakimiyyəti Ermənistanda rəsmi hökumət qurumu kimi tanınsa da, EAK dövlət içində bir “dövlətdir”. Bu, ötən əsrin doxsanıncı illərindən belədir. Hətta Sərkisyanı devirən, Paşinyanı kürsüyə çıxaran da elə erməni kilsəsi idi. Daha doğrusu, küçə hərəkatının nöqtəsini qarasaqqallı keşişlər qoymuşdu. Kilsənin böyük iqtisadi gücü, xaricdə kifayət qədər güclü dayaqları var. Ona görə də Ermənistanın siyasi hakimiyyəti hər zaman kilsə ilə münasibətdə çox ehtiyatlı davranır. Buna baxmayaraq, baş nazir Paşinyanın siyasi hakimiyyətə gəlişi ilə hökumətlə kilsə arasında dərin bir uçurum yarandı. Paşinyan açıq şəkildə bəyan etdi ki, kilsə erməni cəmiyyətinin bətnindəki qara yaradır.

Bu fikirlər II Qaregin başda olmaqla, bütün kilsə əhlinin qəzəbinə səbəb oldu. Kilsə Paşinyana qarşı yeni bir cəbhə açdı. Bu cəbhədə həmlələr zaman-zaman güclənsə də indiki qədər pik həddə çatmayıb. II Qareginin maliyyə vəziyyəti də olduqca yüksək səviyyədədir. Belə ki, beynəlxalq araşdırmaların nəticəsində onun hesabından 111 milyon dollar tapılıb.

Ermənistan baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini xəyanətdə ittiham edir. O, katolikosun Tanrını da aldatdığını bildirib. Baş nazir düşünür ki, bəzi evli keşişlər öz rəhbərlərinin göstərişi və məcburiyyəti ilə onun verdiyi bəyanatı mübahisələndirməyə cəhd edirlər. Paşinyan da haqlı olaraq sual edir ki, “niyə zinakar bir "subay keşiş" (II Qaregin) sizə hökmranlıq və rəhbərlik etməlidir?"

Ermənistanın Konstantinopol Patriarxlığı və bəzi xarici kilsə dairələri də məsələyə münasibət bildirərək Paşinyanın bəyanatlarını “təxribatçı” və “siyasi motivli” adlandırıblar. Onlar bildiriblər ki, dövlət başçısının kilsə işlərinə bu cür müdaxiləsi qəbuledilməzdir. Bir sözlə, hazırda İrəvanda ara qarışıb, məzhəb itib".

Müsahibimiz fikirlərinə bu cür davam etdi: “Ermənistanda təkcə katolikoslar deyil, ali ruhanilərin digər nümayəndələri də gözəl yaşayırlar. Belə ki, 2011-ci ildə Ararat yeparxiyasının arxiyepiskopu, II Qareginin yaxın dostu Navasard Kçoyan xaç oğlundan hədiyyə olaraq təxminən 200 min dollar dəyərində "Bentley Continental Flying Spur" alması ilə gündəmə gəlib. Ona görə də Paşinyanın işi olduqca çətindir.

Beynəlxalq Respublika İnstitutunun 2024-cü ilin payızında dərc etdiyi sorğular isə bir qədər fərqli mənzərə nümayiş etdirirdi. Respondentlərin 48%-i bir qurum olaraq kilsədən tam və ya qismən razı, 47%-i isə narazılıq ifadə edib (2019-cu ilin oktyabrında bu nisbət 74%-dən 21%-ə qədər idi). Beləliklə, öz işindən razılıq baxımından kilsə silahlı qüvvələrdən, polisdən, regional və yerli hakimiyyət orqanlarından geridə olsa da, baş nazir aparatını, nazirlikləri, məhkəmələri və parlamenti qabaqlayır. İndi vəziyyət bir qədər fərqlidir və bütün saatlar baş nazir Paşinyanın və müharibə istəməyən əhalinin xeyrinə işləyir".

Politoloq Azər Hüseynov hesab edir ki, Mikael Acapaxyanın iki aylıq müddətə həbs olunması əslində təkcə hüquqi məsələ deyil, ölkədə kilsə ilə dövlət arasında gərginliyin dərinləşdiyini göstərən siyasi hadisədir: “Bu, Paşinyan hakimiyyətinin uzun müddətdir həyata keçirməyə çalışdığı sekulyar cəmiyyət modelinin növbəti mərhələsidir. Ermənistan kimi dərin şəkildə din və milliyyətçilik üzərində qurulmuş cəmiyyətlərdə bu tip addımlar təkcə idarəçilik deyil, həm də ideoloji sistemin yenidən qurulması deməkdir. Tarixən EAK, sadəcə, dini qurum olmayıb. Xüsusilə müstəqillikdən əvvəlki dövrlərdə erməni kimliyinin daşıyıcısı, erməni diasporunun birləşdirici ideoloji dayağı və siyasi mobilizasiya mərkəzi rolunu oynayıb. Məhz bu səbəbdən Paşinyanın kilsəyə qarşı sərgilədiyi siyasət sıradan islahat yox, mövcud ideoloji dayaqları zəiflətmək cəhdidir. Paşinyanın "kilsə cəmiyyətdən kənarda dayanmalıdır" çağırışları Ermənistanda yeni idarəçilik fəlsəfəsinə keçidin əlamətidir. Bu fəlsəfənin əsas məqsədi isə dinin ictimai və siyasi proseslərə təsir imkanını minimuma endirməkdir. Mikael Acapaxyanın həbsi isə bu prosesin ilk halı deyil. Ondan əvvəl Baqrat Qalstanyanın həbs olunması, ardınca katalikos II Qareginin də çevriliş cəhdində ittiham olunaraq istefaya çağırılması göstərir ki, Paşinyan, sadəcə, fərdi fiqurlara qarşı deyil, bütövlükdə EAK-ın təsir gücünə qarşı mübarizə aparır. Bu, həm də Ermənistanda illərlə yığılıb qalmış dövlət-kilsə münasibətlərinin partlama nöqtəsinə çatdığını göstərir. Bu qarşıdurmanın fonunda milyarder Samvel Karapetyanın həbsi və onun tərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları isə cəmiyyətdə narazı elektoratın aktivləşməsi baxımından önəmlidir. Lakin bu aksiyaların Paşinyan hökumətinə real təhlükə yaradacağı ehtimalı hələ ki zəifdir. Çünki Paşinyan son illərdə həm xarici dayaqlarını gücləndirib, həm də daxili siyasi strukturlarda mövqelərini möhkəmləndirib. O, hazırda Ermənistanın daxili siyasi həyatını əsasən öz ssenarisi üzrə yönləndirir.

Əsas sual budur: Paşinyan katalikos II Qaregini də həbs etdirməyə cəsarət edəcəkmi? Bu, Ermənistan tarixində analoqu olmayan bir addım olar və həm ölkə daxilində, həm də erməni diasporunda ciddi rezonans doğura bilər. Lakin indiki siyasi kurs nəzərə alındıqda bu ehtimalın real olduğu görünür. Paşinyan hazırda Ermənistanı yalnız siyasi deyil, ideoloji baxımdan da yenidən formatlamağa çalışır və bu yolda qarşısında duran ənənəvi institutlara - ilk növbədə də kilsəyə - qarşı sərt xətt yürüdür.

Bu gərginliyin regionda və beynəlxalq aləmdə hansı nəticələr doğuracağı isə yaxın aylarda məlum olacaq. Ermənistan daxilində isə bu, yeni cəmiyyət modelinin formalaşması uğrunda mübarizənin təkcə siyasi deyil, dərin ideoloji və mədəni qarşıdurmaya çevrildiyini göstərir".

Oxunub: 1048
Paylaş:
Digər xəbərlər

Dünya

28-06-2025, 09:51

Daha bir erməni arxiyepiskop həbs edildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-06-2025, 11:51

Şeyx İrəvanda hakimiyyəti “dəyişir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-06-2025, 09:00

Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-06-2025, 12:17

Ermənistanda iqtidar-kilsə savaşı qızışır - terror işə düşsə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-02-2024, 10:04

Paşinyan Putinin İrəvanda mümkün həbsini şərh edib: Həbs işinə məhkəmə baxır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Ramazan ayı başlayır - Təqvim açıqlandı
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Hadisə
Bugün, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bugün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bugün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bugün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dün, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
13-02-2026, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Son xəbərlər
  • Bugün, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • Bugün, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • Bugün, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • Bugün, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • Bugün, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • Bugün, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • Bugün, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • Bugün, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • Bugün, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • Bugün, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • Bugün, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • Bugün, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • Bugün, 10:32
    Paşinyanla Akopyan ayrıldı
  • Bugün, 10:19
    600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
  • Bugün, 09:39
    Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
  • Bugün, 09:34
    Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
  • Bugün, 09:29
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bugün, 09:19
    Qaradağlı faciəsindən 34 il ötür
  • Bugün, 09:11
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bugün, 09:00
    Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
  • Dün, 16:00
    Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
  • Dün, 15:30
    Xurma təhlükəlidir — Həkim açıqladı
  • Dün, 14:22
    Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
  • Dün, 14:01
    Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 13:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • Dün, 12:39
    Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
  • Dün, 12:16
    Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
  • Dün, 11:49
    Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
  • Dün, 11:43
    Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
  • Dün, 11:38
    Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
  • Dün, 11:29
    TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
  • Dün, 11:16
    İlham Əliyev Litva Prezidentini təbrik edib
  • Dün, 11:04
    Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
  • Dün, 10:46
    Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
  • Dün, 10:42
    Yol Polisi piyadalara müraciət edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə