• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yaxın Şərqdə üçüncü dünya savaşının önü açılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-06-2025, 09:09

Yaxın Şərqdə üçüncü dünya savaşının önü açılır


Həm İsraili, həm də İranı dəstəkləyə biləcək dövlətlər hazırda aktiv müşahidəçi statusuna üstünlük verirlər... İrana dəstək verə biləcək dövlətlərin qərarları böyük ölçüdə İsrailin müttəfiqlərinin davranışlarından asılı olacaq...
"Yeni Müsavat" xəbər verir ki, Yaxın Şərq onilliklər boyu dünyanın əsas xaos məkanı olub. Ancaq hazırda bu region öz tarixinin ən təhlükəli mərhələsindən keçməyə məhkum edilməkdədir. Böyük ehtimalla hazırda Yaxın Şərqdə cərəyan edən hərbi-siyasi proseslər bu regionun gələcək taleyini birmənalı şəkildə müəyyən edəcək. Və Yaxın Şərqin yenidən dizayn olunmasında hansı strateji hədəflərin ön planda tutulduğu dəqiqləşmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, İsrailin İrana nə vaxtsa, hücum edəcəyi qətiyyən şübhə doğurmurdu. Əslində, rəsmi Tel-Aviv uzun müddətdən bəri buna hazırlaşdığını da gizlətmirdi. Böyük ehtimalla əvvəlcə HƏMAS-a, ardınca da Hizbullaha qarşı hərbi əməliyyatlar İranın vurulmasına hazırlıq xarakteri daşıyırdı. Çünki həmin hərbi əməliyyatlar İranın proxy qüvvələrinin böyük ölçüdə sıradan çıxarılması ilə nəticələndi. Və İran İsrail qarşısında demək olar ki, kənar müttəfiqsiz qalmış oldu.

Məsələ ondadır ki, İsrailin İrana qarşı hərbi zərbələrinə sadəcə, qınaq bəyanatlarından başqa elə bir ciddi beynəlxalq reaksiya müşahidə edilmir. Yəni, hazırda İran hələlik İsrail qarşısında müəyyən mənada, təklənmiş duruma düşmüş kimi görünür. Ona görə də, rəsmi Tehran bütün hərbi resursları ilə müqavimət göstərməyə çalışsa da, İsrail hələlik müəyyən üstünlüyə malik tərəf təsiri bağışlayır. Və bu baxımdan, Yaxın Şərqin gələcək taleyini müəyyən edə biləcək İran-israil savaşının necə nəticələnəcəyi müəmmalı xarakter daşıyır.

Maraqlıdır ki, İran İsrail savaşı ilə bağlı bir neçə ehtimal mövcuddur. Əsas ehtimal Yaxın Şərqin yenidən dizayn olunmasına qərar vermiş ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın bu savaşa aktiv müdaxilə etməsi ilə bağlıdır. Belə ki, İsrailin İrana hücum planının məhz ABŞ-la ortaq hazırlandığı qətiyyən şübhə doğurmur. Xüsusilə də, Ağ Evin hələlik aktiv müşahidəçi rolunda çıxış etməsi də belə düşünməyə əsas verir. Və ona görə də, İranın hərbi müqavimət immunitetinin səviyyəsi ABŞ-ın savaşa müdaxilə qərarına birbaşa təsir göstərə bilər.

Belə anlaşılır ki, əgər, İran İsrail ilə hərbi qarşıdurmada effektiv nəticə qazanarsa, onda ABŞ öz hərbi potensialı ilə savaşa qatılacaq. Hətta İsrailin hərbi zərbələri savaş planının hədəflərindən uzaq qalacağı təqdirdə belə, ABŞ bu müharibənin iştirakçısına çevrilə bilər. Ona görə də, Ağ Ev hər imkanda ABŞ-ın savaşa hər an qoşulmağa hazır müşahidəçi olduğunu qabardır. Əks halda, Ağ Ev İsrailə təzyiq göstərməklə, savaşı dərhal dayandıra bilərdi.

Təbii ki, ABŞ-ın İran-israil savaşına hansısa bəhanə ilə müdaxilə ehtimalı ən təhlükəli variantdır. Çünki bu halda, savaşın qlobal xarakter alma ehtimalının da önü açılmış olacaq. ABŞ-ın ardınca Böyük Britaniya, Almaniya və Fransa da bu müharibədə müxtəlif keyfiyyətdə qatılmaq məcburiyyətində qalacaq. Və bu, birmənalı şəkildə müharibənin əhatə dairəsinin daha geniş areala yayılması ilə bağlı təhlükəni ön plana keçirmiş olacaq.

Məsələ ondadır ki, hələlik aktiv müdaxiləyə həvəs göstərməyən Çin və Rusiya hərbi proseslərin davamında İranın yanında yer almaq məcburiyyətində qala bilər. Əslində, Rusiyanın İsrailə qarşı qınaq bəyanatına paralel olaraq, Çin İrana dəstək verə biləcəyini qətiyyən gizlətmir. Belə ki, bəzi məlumatlara görə, rəsmi Pekin artıq İrana silah-sursat göndərməyə başlayıb. Bunun ardınca isə Çinin öz müasir hərbi texnologiyası ilə savaşa qatılaraq, ABŞ və İsrailə ciddi problemlər yarada biləcəyi qətiyyən istisna deyil. Və bu, baş verərsə, Ukrayna savaşından daha dəhşətli qlobal müharibə qaçılmaz olacaq.

Onu da nəzərə almaq lazımdır ki, nüvə dövləti olan Çinin bu savaşa açıq müdaxilə məcburiyyətində qalması hərbi prosesləri növbəti təhlükəli mərhələyə keçirə bilər. Belə ki, bu halda, ABŞ və Qərbin çəkildiyi digər nüvə dövləti Şimali Koreyanın da İrana dəstək düşərgəsinə yerləşə biləcəyi qətiyyən istisna deyil. Belə olacağı təqdirdə, qüvvələr nisbəti ABŞ və müttəfiqlərinin əleyhinə də çevrilə bilər. Və bu baxımdan, ABŞ-ın hələlik aktiv müşahidəçi mövqeyinin arxasında da məhz bu önəmli faktor gizlənir.

Nəhayət, Rusiyanın da İranı fəal müdafiə etmə ehtimalı qətiyyən istisna deyil. Belə ki, bu iki dövlət arasında strateji tərəfdaşlıq müqaviləsi mövcuddur. Rəsmi Tehran İsrailin hücumundan dərhal sonra həmin sənədi ratifikasiya etdi. Düzdür, bu sənəd tərəflərin üzərinə hərbi müdafiə öhdəliyi yükləmir. Ancaq xarici hərbi müdaxiləyə qarşı ortaq fəaliyyət imkanlarının səfərbər olunmasına münbit şərait yaradır. Və bu baxımdan, Rusiya qlobal məkanda İranın strateji maraqlarını təmsil etmək hüququ qazanmış kimi görünür.

Təbii ki, bütün bunlar hələlik yalnız ehtimallardır. Çünki həm İsraili, həm də İranı dəstəkləyə biləcək dövlətlər hazırda aktiv müşahidəçi statusuna üstünlük verirlər. İrana dəstək verə biləcək dövlətlərin qərarları böyük ölçüdə İsrailin müttəfiqlərinin davranışlarından asılı olacaq. Əgər, Çin, Rusiya və Şimali Koreya İran ətrafında baş verən hərbi prosesləri öz gələcək talelərinə qarşı real təhlükə olaraq, görərlərsə, onda yeni qlobal savaş qaçılmaz ola bilər. Və bu halda, Yaxın Şərqdə müharibənin uzun müddət davam edəcəyi təqdirdə, üçüncü dünya savaşına çevrilmə ehtimalı artmış olacaq.

Oxunub: 1073
Paylaş:
Digər xəbərlər

Siyasət

3-10-2024, 09:00

Kreml Kiyevi Yaxın Şərq üzərindən “vurur”: Ukrayna Rusiya qarşısında təklənmək üzrədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-09-2024, 10:15

Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-12-2024, 09:00

Ərdoğan Suriyanı təkbaşına dizayn edir: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı məğlub duruma düşürdü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-02-2025, 09:13

Yaxın Şərqin dəyişən xəritəsi - Kimlərə nə düşəcək? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

31-07-2024, 13:27

HƏMAS lideri niyə Pezeşkianın andiçməsində öldürüldü? – SENSASİON PLAN [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
Hadisə
Bugün, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
Dün, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
Dün, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Dün, 09:51
Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
2-03-2026, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
28-02-2026, 09:28
Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
Son xəbərlər
  • Bugün, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • Bugün, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • Bugün, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • Bugün, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • Bugün, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • Bugün, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • Bugün, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • Bugün, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • Bugün, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
  • Bugün, 10:10
    İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
  • Bugün, 09:48
    Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
  • Bugün, 09:32
    SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
  • Bugün, 09:25
    ABŞ bu ölkədəki səfirliyini bağlayır
  • Bugün, 09:11
    Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
  • Bugün, 09:00
    Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
  • Dün, 16:00
    İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
  • Dün, 15:30
    Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
  • Dün, 14:22
    Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
  • Dün, 14:00
    Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
  • Dün, 11:53
    İrandan bəzi məhsulların ixracına - Qadağa
  • Dün, 11:49
    Baş nazirdən aksiyalarla bağlı - Qərar
  • Dün, 11:15
    Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
  • Dün, 11:00
    Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
  • Dün, 10:46
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Dün, 10:41
    Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
  • Dün, 10:33
    "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
  • Dün, 10:04
    Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
  • Dün, 09:59
    İranda rejimin sayılı günləri qalıb - Netanyahu
  • Dün, 09:51
    Qazaxıstandan AZAL-ın vurulan təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
  • Dün, 09:47
    İran Bəhreyni Səudiyyə ilə birləşdirən körpünü vurdu
  • Dün, 09:40
    Son Dəqiqə: ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
  • Dün, 09:36
    Ərbildə hava limanı vuruldu
  • Dün, 09:32
    “Əməliyyatlar İranın düşüncə tərzini dəyişdirməyi hədəfləyir”
  • Dün, 09:30
    İran üzərindən Çin “vuruldu” – İki supergüc müharibəyə başlayır?
  • Dün, 09:27
    Peyk görüntüləri: Dubay səmasında qara tüstü
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə