• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Putinin İstanbula getməməsinin şok səbəbi - iddia [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

20-05-2025, 16:00



Rusiya Prezidentinin həyatına təhlükə olub? - analitikin izahı

Keçən həftənin ən çox müzakirə edilən hadisəsi İstanbulda baş tutan beynəlxalq sülh zirvəsi oldu. ABŞ Prezidenti Donald Trampın və Rusiya lideri Vladimir Putinin də bu görüşə qatılacağı gözlənilirdi. Lakin nəticədə zirvə yalnız nümayəndə heyətləri səviyyəsində reallaşdı.

Musavat.com bildirir ki, Putinin İstanbula gəlməməsinin pərdəarxası səbəbləri indi üzə çıxır. Türkiyə qəzetinin yazdığına görə, Vladimir Putin əslində İstanbulda keçirilən bu zirvəyə qatılmaq niyyətində olub. Lakin iki əsas amil - sui-qəsd təhlükəsi və Krım məsələsinin gündəmə gəlməsi - Kremli bu qərardan vaz keçməyə məcbur edib. “Emel Krım” Vəqfinin rəhbəri Zafer Karatay da bildirib ki, Putin artıq üç ilə yaxındır ki, Kreml sarayını tərk etmir və hətta Rusiya ərazisində belə hərəkətliliyini minimuma endirib.

“Putin artıq üç ildir sarayından demək olar ki, çıxmır; Rusiya sərhədləri daxilində belə heç bir yerə getmir. Bütün yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə baxmayaraq, sui-qəsd qorxusu yaşayır”, - deyə Karatay vurğulayıb. Onun sözlərinə görə, Putin İstanbul görüşünə qatılmaq istəsə də, rus qırıcılarının müşayiəti ilə gəlmək təklifini irəli sürüb. Ankara isə Kremlin bu tələbinə cavab olaraq bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü və beynəlxalq protokola uyğun davranılacağını bəyan edib.

Karatayın açıqlamasına əsasən, bu görüşə dair təşəbbüs ilk olaraq Rusiya tərəfinin özündən gəlib: “İstanbulda görüş təklifini birbaşa özü etmişdi, lakin müzakirəyə göndərdiyi nümayəndə heyəti, Rusiyanın sülh istəmədiyini nümayiş etdirdi”. Karatay qeyd edib ki, Putin bir tərəfdən toplantıya qatılmayaraq, digər tərəfdən isə göndərdiyi nümayəndə heyəti ilə Qərbə “barışa maraqlı deyilik” mesajı vermiş oldu.

İddiaya görə, Rusiya liderinin toplantıya qatılmamasının əsas səbəblərindən biri də Krım məsələsinin gündəmə gətirilməməsi tələbi olub. Bununla yanaşı, Moskva Zaporijya, Donetsk, Luqansk və Krımın ilhaqının beynəlxalq səviyyədə tanınması şərtini də irəli sürüb. Lakin bu tələblər Ukrayna və Türkiyə tərəfindən qəbul edilməyib.

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi, siyasi sisteminə ciddi təsir göstərməkdədir: “Bu müharibə uzandıqca, dünya siyasi sistemində və iqtisadiyyatında xaos dərinləşir. Müharibənin uzanması həm onu körükləyən Qərbə, həm də Türkiyə kimi böyük dövlətlərə də təsir etməkdədir. Ona görə də həm ABŞ Prezidenti, həm də Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsinə çalışırlar. Hadisələrin gedişi onu göstərir ki, Ukrayna Prezidenti Zelenskini münaqişəyə sürükləyən Qərb indi müharibənin dayanmasını istəyir. Türkiyə isə ilk vaxtdan bu müharibənin dayanmasını istəyib və bu gün də istəyir”.

Analitikin fikrincə, Putin qorxaq lider olmadığını artıq sübuta yetirib: “Dünyanın böyük hissəsi ona qarşı 3 ildir birləşmişdi, lakin öz mövqeyindən geri addım atmadı. Qorxan lider bunu etməzdi. Artıq Rusiya bu müharibədə qalibdir və ona görə də diktə edən tərəf kimi çıxış edir. Putin açıq şəkildə bəyan edir ki, Rusiyanın şərtləri birmənalı şəkildə qəbul edilməlidir. Fikrimcə, Rusiya lideri ona görə Türkiyəyə getmədi ki, əvvəla Zelenskini prezident kimi tanımır, ikincisi, şərtlərinin qəbul edilməyəcəyini bilirdi. Putin o halda görüşə qatılacaq ki, şərtlərinin qəbul ediləcəyinə əmin olsun”.

A.Məsiyev onu da dedi ki, Putinsiz Rusiya istəyən böyük güclər, bəzi dövlətlər bunu neçə ildir arzulayırlar: “Ancaq arzularını həyata keçirmək imkanında deyillər. Ehtimal etmək olar ki, Putinin həyatına təhlükə ola bilərdi. Bu, sadəcə, ehtimaldır. Ancaq sui-qəsd ehtimalının olduğundan çəkindiyi üçün Türkiyəyə gəlmədiyi barədə deyilənlərə inanmıram. Digər tərəfdən də, Türkiyə onun təhlükəsizliyini təmin etmək imkanlarında olan dövlətdir. Odur ki, Rusiya liderinin İstanbula getməməsinin səbəbi sui-qəsd ehtimalı deyil”.

Oxunub: 1089
Paylaş:
Digər xəbərlər

Dünya / Video

19-06-2024, 10:33

Putin üçün bayram kimi qarşılanma - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-07-2023, 10:01

Ərdoğan, Putin və Əsəd üçtərəfli görüşü baş tuta bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-10-2023, 11:06

Putin ad gününü necə keçirəcək? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-04-2024, 13:24

Putini sui-qəsd gözləyir, onlar edəcək... - Siyasi texnoloq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-10-2024, 09:00

Kremldən Putinin COP29-da iştirakı ilə bağlı AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə