• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-05-2024, 08:11

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Elə liderlər var ki, yazdıqları tarixlə əbədiyyət qazanırlar. Xalqımızın əvəzsiz övladı olan Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyət idi.

Ötən əsrin sonlarında böyük təhlükə ilə üzləşmiş xalqımızın bəxti onda gətirdi ki, onun böyük Heydər Əliyev kimi lideri vardı. Heydər Əliyev həmin uğursuz illərdə xalqımızın son şansı, son ümidi idi. Xalq yanılmadı, ümidi, gümanı özünü tam doğrultdu və sonda qalib Azərbaycan oldu. Xalqına, Vətəninə təmənnasız xidmət Ulu Öndərin bütün həyatının leytmotivini təşkil edirdi. Xalqın mütləq əksəriyyəti tərəfindən təkidlə Heydər Əliyevin siyasi səhnəyə dəvəti bu zərurətdən yaranmışdı. Beləliklə, Heydər Əliyevin möhtəşəm dönüşü Azərbaycanı yıxılmağa qoymadı. Məhz bu keyfiyyətlərə görə onun müqəddəs adı və imzası xalqımızın, tarixi inkişafımızın, hüdudsuz mənəvi irsimizin simvoluna, and yerimizə çevrildi.

Bu fikirləri siyasi şərhçi Emin Bağırov söyləyib. Şərhçi qeyd edib ki, Ümummilli Lider özünəməxsus keyfiyyətlərə - siyasi bəsirətə, tarixi təcrübəyə, strateq və mütəfəkkir müdrikliyinə malik şəxsiyyət kimi yaddaşlarda yaşayır.

Ulu Öndər Vətənə onun çox ağır dövründə qayıtmışdı. Bu, həmin dövr idi ki, Azərbaycan yenicə müstəqilliyinə qovuşmuşdu. 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi, respublikanın dinamik inkişaf yoluna qədəm qoymasına şərait yaratdı.

Ümummilli Liderin ən mühüm nailiyyətlərindən biri dövlət quruculuğu üçün qanunvericilik bazasının yaradılması olmuşdu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan ilk dəfə olaraq demokratik, hüquqi, dünyəvi dövlət kimi özü üçün insan hüquqlarının müdafiəsi və hakimiyyət bölgüsünün əsas prioritet kimi irəli sürdüyü inkişaf yolunu seçdi. Heydər Əliyev tərəfindən hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə düşdü.

Ulu Öndərin iqtisadi strategiyası sayəsində Azərbaycan Avrasiya məkanında mühüm dövlətə çevrildi. Strateji əhəmiyyətli enerji və nəqliyyat layihələrinin işə salınması tarixi inkişafın gedişatını dəyişməyə imkan verdi.

Həyatımızın hər bir sahəsi Ümummilli Liderin diqqət və qayğısından kənarda qalmadı. Ulu Öndər elə lider idi ki, fəaliyyəti hamıya örnək olub. O, hər zaman operativliyi, yaradıcı əzmi, orijinallığı ilə hamıdan seçilirdi. Amma əsas məsələ, əlbəttə, uzaqgörən siyasi qərarlar idi ki, bunun sayəsində biz bu gün azad, demokratik, inkişaf edən cəmiyyətdə yaşayırıq.

Ulu Öndər Heydər Əliyev Azərbaycana sabitlik, demokratiya, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Böyük siyasi xadim Cənubi Qafqazda sülhün və əmin-amanlığın möhkəmlənməsinə böyük töhfələr verdi. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma sayəsində qanlı döyüş əməliyyatları dayandırıldı və atəşkəs elan edildi. Məhz bu strateji fasilə onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən düzgün qiymətləndirildi, Ulu Öndər tərəfindən əsası qoyulan güclü ordu və iqtisadiyyat sayəsində otuz illik işğala son qoyuldu.

Sonda Emin Bağırov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, dünyada tanınır və dərin hörmət, ehtiramla xatırlanan bir siyasətçi kimi yad olunur. Ümummilli Liderin genişmiqyaslı fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, onun hüdudlarından kənara da yayılmışdı. Sovet İttifaqının iqtisadi tənəzzül dövründə Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində Baykal-Amur Magistral xəttinin tikintisi başa çatdırıldı. Rusiyada bunu indidə böyük ehtiramla yad edirlər.

Ümummilli Liderin qətiyyəti və uzaqgörənliyi ilə müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir ki, bu da Azərbaycan xalqının seçiminin həqiqiliyini bir daha sübut edir. Dahi rəhbər Azərbaycanı hər zaman bütöv və güclü görmək istəyirdi. Məhz onun fövqəlsiyasət kursunun nəticəsi olaraq bütün hədəflərə nail olduq. Bütün bu uğurlara görə hər birimiz Heydər Əliyevə borcluyuq.

Oxunub: 10290
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-12-2023, 10:15

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-05-2023, 13:36

Nicat Həsənov: Dövlətçilik ənənələrimiz əbədi yaşayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-12-2023, 00:26

İbrahim Məmmədov: Qəlbimizdə dərin iz buraxan dahi şəxsiyyət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

4-10-2023, 10:25

Cabir Hüseynov: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-12-2023, 23:50

Nəcməddin Nəcəfov: DAHİ ŞƏXSİYYƏT – ULU ÖNDƏR HEYDƏR ƏLİYEV [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə