• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Solmaz Nağıyeva: Düzgün siyasət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-12-2023, 10:58

Solmaz Nağıyeva: Düzgün siyasət


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz Nağıyeva barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz Nağıyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Solmaz Nağıyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Solmaz Nağıyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz Nağıyevanın biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin sədri Solmaz Nağıyeva - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verirdi, dünya ictimaiyyətinə Ermənistanın təcavüzkar dövlət olduğu, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda işğalçıya qarşı müharibə apardığı haqda məlumat verirdi. Siyasi və hərbi sahələrdə olduğu kimi informasiya sferasında da Prezident İlham Əliyev Ermənistanı acı məğlubiyyətə uğratmışdır. Vətən müharibəsində qələbəmizlə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu anladı. Bəzi Qərb dövlətləri, xüsusən Fransa və Avropa Parlamenti Azərbaycanın qələbəsini, müstəqil siyasət həyata keçirməsini, güclənməsini qəbul edə bilmir. Bütün vasitələrlə, o cümlədən, nəzarətlərində olan kütləvi informasiya vasitələrində Azərbaycana qarşı ittihamlar irəli sürürlər, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirməyə çalışırlar.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Azərbaycan iqtisadiyyatının sürətli və dayanıqlı inkişafı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkəmizin sülh təşəbbüskarı olması barədə beynəlxalq ictimaiyyətə məlumat verdi. Azərbaycan iqtisadiyyatı dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər arasında ön yerlərdə gedir. İqtisadiyyatımızda qeyri-neft qaz sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Son 20 ildə ölkəmizə 300 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur ki, onun da 200 milyard ABŞ dolları qeyri-neft qaz sektorunun payına düşmüşdür. Azərbaycanda son 20 ildə ÜDM dörd dəfədən çox artmışdır ki, bu da dünya ölkələri arasında ən yüksək göstəricilərdəndir.
Ölkəmizin strateji planlarında gələcək illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici sərmayələrin qoyuluşu əsas yerlərdən birini tutur. İqtisadi artımımız böyük imkanlar yaradır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına kifayət qədər vəsait ayıraq. Bu ərazilərimizdə sürətli şəkildə aparılan yenidənqurmanın nəticəsidir ki, artıq minlərlə soydaşımız öz doğma evlərinə dönüblər. İnsanlarımızın burada rahat yaşamaları və işlə təmin olunmaları üçün bütün şərait yaradılmışdır. 2026-cı ilin sonuna 140 min soydaşımızın öz yurd yerlərində məskunlaşdırılması planlaşdırılmışdır. Bütün bu işləri Azərbaycan dövlətinin öz hesabına həyata keçirməsi ölkəmizin iqtisadi cəhətdən güclü bir dövlət olmasının nümunəsidir. Ölkəmizdə enerji istehsalı sahəsində də böyük layihələr icra edilmişdir. Azərbaycan təbii ehtiyatlar baxımından böyük potensiala malikdir. Bu gün Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Bununla yanaşı ölkəmizdə bərpa olunan enerji istehsalı istiqamətində də böyük layihələr icra edilib və bu işlər davam etdirilir. Ötən ay regionun ən böyük və xarici investorlar tərəfindən tam maliyələşdirilən günəş elektrik stansiyasının açılışı oldu. Yaxın vaxtlarda Azərbaycandan Avropaya yaşıl enerji də nəql olunacaq. Artıq üç ildir Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac edilir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya təbii qaz verilir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Ölkəmizdə şaxələnmiş böyük nəqliyyat loqistika infrastrukturu yaradılmışdır.
Solmaz Nağıyeva: Düzgün siyasət

Azərbaycandan keçməklə bu nəqliyyat marşrutlarından yükdaşımaların həcmi hər il artır. Bu ölkəmizin qeosiyasi əhəmiyyətini də artırır. Azərbaycan hər zaman müstəqil daxili və xarici siyasət həyata keçirib. Bu siyasət xalqımızın milli maraqlarına xidmət etməklə yanaşı beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda ölkəmizdə siyasi sabitlik hökm sürür. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentinə inanır, etibar edir və onun ətrafında sıx birləşib. Bu gün beynəlxalq aləmdə Azərbaycan böyük nüfuza malikdir. Azərbaycan dördüncü ildir dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu, təşkilata üzv dövlətlərin Azərbaycana olan böyük inam və etibarının nümunəsidir. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə dünyada böyük nüfuz qazanmış bir təşkilata çevrilmişdir. Ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların ən fəal, eləcə də onların fəaliyyətlərinin genişlənməsinə və inkişafına töhfə verən dövlətdir. Azərbaycan regionla yanaşı dünyada sülhün, ədalətin bərpa olunmasına yönəlmiş siyasət həyata keçirir. Ölkəmiz regionda sülhün bərqərar olunması üçün Ermənistanla münasibətlərin normallaşdırılmasına, xalqların bir yerdə dostluq şəraitində yaşamaları üçün səy göstərir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağı öz istəyi ilə tərk edən ermənilər qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəsələr Azərbaycan Konstitusiyasına uyğun onların bütün hüquqları qorunacaq. Eyni zamanda 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlılar da öz tarixi torpaqlarına geri dönməlidirlər. Bu insanlar öz doğma torpaqlarına qayıtmaq arzusundadır. Azərbaycan və Ermənistan dövlətləri arasında ikitərəfli danışıqların aparılması və xalqların qarşılıqlı inteqrasiyası sülhə aparan ən asan yoldur.

Oxunub: 10157
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-10-2023, 09:00

Asif Həşimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-09-2023, 14:24

Şəhid ailələri, qazilər daim Aran Məlikovun nəzərindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə