• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-12-2023, 10:48

Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür


Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova - Bəli, Zəfər günümüzü, ümummilli qürur günümüzü bizə bəxş edən Ali Baş Komandanımız, 30 il düşmən tapdağı altında qalan tarixi torpaqlarımızı azad etməklə, tapdalanan ləyaqətimizi təmizləyərək qürurumuzu özümüzə qaytardı, itmiş ümidimizi bərpa etdi.
Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür

Əsil həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə dövlətçilik ta­riximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Böyük Qələbəni qanı-canı hesa­bına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiy­yəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaş­dırmış oldu. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi.

Üç il öncə, şahidi olduğumuz, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızıın tarixinə qürurverici hadisə olaraq qızıl hərflərlə yazıldı. Zəfər bayramı münasibətilə keçiriliən paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Vətən Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha bir millət, iki dövlət olduğumuzu təsdiqlədi.
Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür

Ali Baş Komandan İlham Əliyevin paradda qeyd etdiyi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” sözlər hər bir azərbaycanlını olduqca qürurlandırdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” söyləməsi qürurverici olmaqla yanaşı Azərbaycana qarşı olan qüvvələrə qarşı ciddi bir mesaj idi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında yüzlərlə hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi bizim gücümüzün, qüdrətimizin nümayişi oldu. Paradın qürurverici anlarından biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların bir qisminin nümayişi oldu və bu da düşmənin necə rəzil vəziyyətə düşdüyünü göstərdi.

Möhtəşəm Zəfərlə başa çatan 44 günlük müharibənin hər anı şanlı tariximiz olaraq yaddaşımıza həkk olundu. Bəli, döyüşlər zamanı hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu gün biz qürur hiss ilə qeyd edirik ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu vətənpərvərliyin və əsgər andına sadiqliyin bariz nümünəsi idi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Məğlubiyyət ermənilər üçün
qaçılmaz idi. Ermənistan eyni zamanda mənəvi məğlubiyyətə uğradı və müharibə dövründə 10 mindən çox fərarisi oldu. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən insanlığa sığmayan əməllərini davam etdirərək mülki əhaliyə qarşı hərbi cinayətlər törətmiş, dinc əhalini ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutmuşdur. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, beş mindən çox evə ziyan dəymişdir.
Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür

Ali Baş Komandanı İlham Əliyevin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbənin əbədiləşdirilməsi naminə Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin Hərbi Qənimətlər Parkının salınması xüsusi diqqətə və alqışa layiqdir. Parkdakı sərgilənən eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları qələbəmizi təcəssüm etdirməklə yanaşı dünyaya erməni vandalizminin nümayişini təmin edir.

Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul etməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istəyinə daim nail olacaq.

Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparılır. Artıq bu tarixi, əbədi ərazilərimizdə yeni həyat başlayır, Böyük Qayıdış başlanıb. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ədalətli və ləyaqətli mübarizəsini qəbul etməyən bəzi revanşist qüvvələr sülh və normalaşma prosesinə maneə olmaq, əngəl yaratmaq istəsə də onlar öz niyyətlərinə çata bilməyəcəklər. Məğlub edilmiş ölkə hər hansı iddia edə bilməz. Özü də Ermənistan kimi 30 ilə yaxın işğalçılıq siyasəti nəticəsində humanitar, ekoloji fəlakət törədən, şəhər və kəndlərimizi talan edən, tarixi-dini-mədəni irsimizi məhv edən bir terrorçu ölkə bundan sonra heç bir mənfur niyyətinə nail ola bilməz. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını birmənalı yerinə yetirməli və Azərbaycanın diqtə etdiyi qaydalara əməl etməlidir. Ermənistanın nicatı məhz bu yoldan keçir, əks təqdirdə məhv olmağa daha tez düçar olacaqdır!
Ramella xanım Məmmədova: Zəfər günümüz ümummilli qürur günümüzdür

Bu bir tarixi həqiqətdir ki, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canı qüdrətli dövlətə çevirib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan, Zəfərlər Ölkəsi olan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir. Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər deməyə əsas verir ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edəcək.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Oxunub: 10159
Paylaş:
Digər xəbərlər

Siyasət

19-10-2023, 13:43

Prezident: “Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

4-10-2023, 10:25

Cabir Hüseynov: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-11-2023, 10:11

Dilşad Abbasova: Zəfər günümüz Böyük Qayıdışa yol açan hadisə olmaqla, Azərbaycan xalqının milli qürur günü, dövlətçilik tariximizin mühüm və şanlı səhifəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-11-2023, 10:41

Leyla Cəbrayılova: Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-11-2023, 18:13

Nəsimi müəllim: Zəfər salnaməsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə