• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İslam Rzayev: Xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

6-12-2023, 10:35

İslam Rzayev: Xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə


Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şambul kəndində səyyar qəbul keçirib

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 27-də Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Maqsud Bazarov kəndin Cirinqov obası adlanan ərazisində artezian quyusunun qazılmasına, Çingiz Burtiyev yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə, Məhəmməd Məmmədov kəndin Sumux oba adlı ərazisində yeni trasformatorun qoyulmasına, Ömər Zurnayev məktəbin qarşısındakı yolda xəbərdarlıq nişanlarının qoyulmasına, Kərimət Qazaxova fərdi yaşayış evinin sənədləşdirilməsinə, Hacı Çixinov sel zamanı Mazımçay çayının daşaraq kənd qəbiristanlığının torpaqlarını yuyumasının qarşısını almaq üçün məcrasının dəyişdirilməsinə və çayın üzərindəki körpünün təmir olunmasına köməklik edilməsini, İsa Hacıyev isə maddi yardım göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

İslam Rzayev: Xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə
İslam Rzayev: Xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə
İslam Rzayev: Xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisə


Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev - Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsinə həsr olunmuş 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisədir. Vətən müharibəsinin hər günü şanlı tarixdir. Azərbaycan Ordusu ancaq irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Xalqımız məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti nəticəsində möhtəşəm Zəfər qazandı. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvan uzun illər öz ordusunun yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, eyni zamanda Erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında tab gətirə bilmədi.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi və qələbəyə inamımızı daha da artırdı. Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür.

2020-ci il dekabrın 10-da Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmuşdur. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.

Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Qənimət kimi ələ keçirilmiş düşmənin hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün ölkə başçısı Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirmiş, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürütmüşdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilmiş, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilmişdir. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbələrdən alınması təmin olunmuşdur. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Ümumiyyətlə, Vətən müharibəsinin aparılması üçün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılmışdı.

Ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaratdı. Əgər ölkədə iqtisadi inkişaf və iqtisadi müstəqillik olmasaydı, Azərbaycan lazım olan müasir silahları əldə edə bilməzdi. Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərlərinin inşa edilməsi ilə ölkəyə gələn vəsaitlərin həcmi artmağa başladı və nəticədə iqtisadi müstəqillik təmin edildi. Eyni zamanda, ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Bir sözlə, Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaqdır. Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılmışdır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Prezident İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə bu gün də uğurla həyata keçirilir.

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

Gündəm / Bölgə

27-10-2023, 09:30

Şamaxı RİH başçısının növbəti səyyar qəbul-görüşü rayonun Məlhəm kəndində keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-08-2023, 10:18

Mirzə Quliyеv vəzifəsini daim şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

7-08-2023, 11:00

İcra başçısı özünə yeni model “Range Rover” aldı (FOTO) [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-07-2023, 13:42

Qobustan rayon İcra hakimiyyətində silsilə tədbirlər davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

1-06-2023, 11:51

Sumqayıt şəhərində səyyar qəbullar davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Hadisə
5-12-2025, 14:11
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:31
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:52
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 09:33
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
4-12-2025, 11:54
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 11:25
    İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dün, 11:17
    Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
  • Dün, 11:10
    Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
  • Dün, 10:56
    Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
  • Dün, 10:40
    Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
  • Dün, 10:31
    “Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
  • Dün, 09:53
    Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
  • Dün, 09:47
    DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
  • 5-12-2025, 16:00
    Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
  • 5-12-2025, 14:11
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
  • 5-12-2025, 14:06
    Horovluya daha 16 ailə köçürüldü
  • 5-12-2025, 13:37
    İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
  • 5-12-2025, 12:40
    Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
  • 5-12-2025, 12:27
    Yanğında ölən ana və uşaqların FOTOSU
  • 5-12-2025, 11:31
    Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
  • 5-12-2025, 10:58
    Hakan Fidan: Avropada yeni sistem yaranacaq
  • 5-12-2025, 10:52
    Tulin və tələbəsi saxlanıldı
  • 5-12-2025, 10:19
    Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
  • 5-12-2025, 10:05
    Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
  • 5-12-2025, 09:55
    Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
  • 5-12-2025, 09:40
    İlham Əliyev onlara müraciət etdi
  • 5-12-2025, 09:33
    Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
  • 5-12-2025, 09:00
    Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
  • 4-12-2025, 16:00
    Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
  • 4-12-2025, 15:30
    Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
  • 4-12-2025, 14:22
    Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
  • 4-12-2025, 14:21
    İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
  • 4-12-2025, 14:09
    “Onun seçimi yoxdur, istefa verməlidir”
  • 4-12-2025, 13:20
    NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik
  • 4-12-2025, 13:14
    Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL
  • 4-12-2025, 13:07
    Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Nədən danışdılar
  • 4-12-2025, 12:39
    Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
  • 4-12-2025, 12:34
    İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
  • 4-12-2025, 12:28
    İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:54
    Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə