• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hacı Məhərrəm Novruzov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 11:12

Hacı Məhərrəm Novruzov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir


"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov - 28 May – Azərbaycanın Respublikasının Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.

Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu - Silahlı Qüvvələr yaradıldı.

Ulu öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Belə ki, 28 May - Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

Oxunub: 10218
Paylaş:
Digər xəbərlər

---

17-05-2023, 10:10

Zaman Novruzov: Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət / Video

19-05-2023, 13:23

İmam Həsən Məscidinin axundu Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Hadisə
Bugün, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Son xəbərlər
  • Bugün, 10:24
    Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb
  • Bugün, 10:02
    Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur
  • Bugün, 09:56
    İranda ət kreditlə satılır - FOTO
  • Bugün, 09:49
    Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı
  • Bugün, 09:45
    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 09:11
    Avropa İttifaqı Ankaraya yaxınlaşır
  • Bugün, 09:00
    Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə