• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Asif müəllim: Sülh və əmin-amanlıq simvolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-10-2023, 10:26

Asif müəllim: Sülh və əmin-amanlıq simvolu


ANAMA-nın Ağstafa rayon şöbəsinin rəisi Asif müəllim - Prezident və müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Əyilməz sərkərdəmiz öz xalqına uzun illər həsrətlə gözlədiyi müqəddəs tarixi anları yaşatdı. Beləliklə, tarixi ədalət tam olaraq bərpa olundu. Dövlətimizin başçısı 20 illik fəaliyyətinin hesabatını məhz Xankəndidə verdi.

Cənab Prezident separatçıların yuvasından, onların xalqımıza qarşı düşmənçilik hərəkatına başladığı meydandan Azərbaycan xalqına və dünyaya səsləndi, bütün dünya azərbaycanlılarına təbrik ünvanladı. Ölkə rəhbəri Azərbaycanın şanlı üçrəngli bayrağının əbədi olaraq bu torpaqlarda dalğalanacağını, xalqımızın burada daim yaşayacağını vurğuladı: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Ümumiyyətlə, Azərbaycan tarixində son dərəcə əlamətdar olan bu hadisənin mahiyyətini tarixi və siyasi kontekstdə araşdırarkən bir çox vacib və əhəmiyyətli məqamlar diqqəti cəlb edir. Prezident İlham Əliyev ermənilərin ərazi iddialarına cavab verərkən hər fürsətdə Qarabağın gerçək tarixini dünya ictimaiyyətinə çatdırmaqla bu iddiaların əsassızlığını danılmaz və güclü arqumentlərlə sübut edir, bu ərazinin tarixən yalnız azərbaycanlılara məxsus olduğunu təsdiq edən və rus generalı Sisianovla Qarabağ xanı İbrahimxəlil xanın imzaladıqları 1804-cü il Kürəkçay müqaviləsini xatırladır. Bundan sonra ilk növbədə süni şəkildə Azərbaycanın xəritəsinə qara yara kimi sırınmış “Dağlıq Qarabağ”ın sovetlər dönəmindəki tarixi yada düşür. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində deyirdi: “1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin. Düzdür, o vaxtlar buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət, nail olublar ki, o, Azərbaycanda qalsın. Qalmalı idi, amma muxtariyyət yox! 1923-cü ildə verilən o muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır, nə vaxtsa partlamalı idi…”. Həqiqətən də, Sovet Azərbaycanındakı sonrakı tarixi proseslər göstərdi ki, ermənilərin ortada çox məkrli planları var idi və onlar hiyləgərliklə və havadarlarının köməyi ilə tarixi Azərbaycan ərazilərinə köç edərək addım-addım öz məqsədlərinə doğru hərəkət edir, “dənizdən-dənizə böyük Ermənistan” xülyasının növbəti mərhələsi kimi qondarma Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) Azərbaycandan qoparmaq üçün hər cür vasitələrə əl atırdılar. Heydər Əliyevin Azərbaycan DTK-nin rəhbərliyində təmsil olunduğu 1964-1969-cu və respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə də belə cəhdlər olsa da, Ulu Öndərin çevik müdaxiləsi və qətiyyəti sayəsində bədxahlar öz niyyətlərinə çata bilməmişdilər. Prezident İlham Əliyev xalqa müraciətində bu problemə də xüsusi yer ayırıb və xatirələrini bölüşüb: “Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam”.

Müasirlərimiz sonrakı tarixi prosesləri yaxşı xatırlayırlar. Heydər Əliyev SSRİ rəhbərliyində ali vəzifələrdə çalışdığı dövrdə bu məsələləri heç də kənara qoymamışdı, Azərbaycanın inkişafı və gələcək taleyi onu hər şeydən çox narahat edirdi. Bədnam qonşumuzun ərazi iddialarına qarşı keçilməz sədd olan Heydər Əliyev 1987-ci ildə Mixail Qorbaçovun erməni ətrafının səyləri nəticəsində bütün dövlət vəzifələrindən kənarlaşdırıldı və təcrid vəziyyətinə salındı. Prezident İlham Əliyev çıxışında həmin hadisələrlə bağlı vacib siyasi məqamlara toxunmuşdur: “İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Lakin ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyətə nəzarəti təmin edə bilmədi və Kremlin təlimatlarına uyğun davranaraq qorxaqlıq, acizlik və qətiyyətsizlik nümayiş etdirdi və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Belə bir ağır vəziyyətdə respublikada rəhbər vəzifədə oturanlar və xalq hərəkatının dalğası üzərində önə çıxan destruktiv ünsürlər ölkəni xilas etmək və işğalın qarşısını almaq üçün vahid siyasi mövqe ətrafında birləşmək əvəzinə vaxtilə Ulu Öndərin yaratdığı fundamental nailiyyətləri dağıtmaqla məşğul idilər. Bu azmış kimi onlar Qarabağ kartından istifadə etməklə hakimiyyət uğrunda mübarizəyə qoşulmuş və xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevə qarşı çirkin gözdənsalma kampaniyasına başlamışdılar. Həmin dövrün səciyyəvi xüsusiyyətlərinə verilən siyasi qiymət də Prezident İlham Əliyevin xalqa müraciətində öz əksini tapıb: “Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər… Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq”.

Beləliklə, bugünkü taleyüklü möhtəşəm uğurlarımıza tarixi proseslər süzgəcindən nəzər saldıqda Heydər Əliyevin 20-ci əsrdə başladığı və İlham Əliyevin 21-ci əsrdə yeni keyfiyyətdə davam etdirdiyi siyasi kursun nə dərəcədə doğru olduğuna daha böyük əminlik yaranır. Digər tərəfdən, tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsinə qon qoyulmasının qlobal miqyasda və bölgənin perspektiv inkişafı üçün son dərəcə müstəsna əhəmiyyətini dərk etməmək mümkün deyil. Artıq xəyallar gerçəkliyə çevrilib, ermənilərin 200 illik layihəsi tarixin zibilliyinə atılıb. Sentyabrın 19-20 tarixlərində cəmi 24 saat ərzində yerinə yetirilmiş lokal xarakterli antiterror tədbirləri ilə isə Qarabağda 35 illik separatçılığa birdəfəlik son qoyulub. Ölkəmizin bütün ərazisində, xüsusilə, Qarabağın hər yerində suverenliyimiz və Konstitusiya quruluşumuz tam bərpa olunub. Bununla da, Prezidentimiz, yenilməz sərkərdəmiz cənab İlham Əliyevin Xankəndidə ucaltdığı müqəddəs üçrəngli Dövlət Bayrağı ilə Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi reallıqların formalaşması prosesi başa çatıb. Bu, artıq bu vaxtadək misli görünməyən tarixi dönüş mərhələsinin, yeni intibah tarixinin təməli deməkdir.

Bundan sonrakı mərhələ regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulmasıdır. Bu, Azərbaycan tarixində İlham Əliyev dühasının yazdığı ən parlaq və şərəfli səhifələrdir. Ölkə rəhbəri bu gücü məhz xalqın ona inamından aldığını və xalqımızın bu Qələbəyə layiq olduğunu bəyan edir: “...Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, ...Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ - Azərbaycandır!”

Oxunub: 10188
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-10-2023, 10:19

Xalid Ələkbərov: Növbəti Qələbənin təntənəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-10-2023, 20:11

Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaldıb - FOTO - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-10-2023, 10:45

Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-05-2023, 14:54

Emin müəllim: Ən əlamətdar günlərdən biri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Hadisə
5-12-2025, 14:11
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:31
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:52
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 09:33
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
4-12-2025, 11:54
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Son xəbərlər
  • 6-12-2025, 11:25
    İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 6-12-2025, 11:17
    Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
  • 6-12-2025, 11:10
    Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
  • 6-12-2025, 10:56
    Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
  • 6-12-2025, 10:40
    Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
  • 6-12-2025, 10:31
    “Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
  • 6-12-2025, 09:53
    Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
  • 6-12-2025, 09:47
    DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
  • 5-12-2025, 16:00
    Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
  • 5-12-2025, 14:11
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
  • 5-12-2025, 14:06
    Horovluya daha 16 ailə köçürüldü
  • 5-12-2025, 13:37
    İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
  • 5-12-2025, 12:40
    Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
  • 5-12-2025, 12:27
    Yanğında ölən ana və uşaqların FOTOSU
  • 5-12-2025, 11:31
    Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
  • 5-12-2025, 10:58
    Hakan Fidan: Avropada yeni sistem yaranacaq
  • 5-12-2025, 10:52
    Tulin və tələbəsi saxlanıldı
  • 5-12-2025, 10:19
    Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
  • 5-12-2025, 10:05
    Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
  • 5-12-2025, 09:55
    Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
  • 5-12-2025, 09:40
    İlham Əliyev onlara müraciət etdi
  • 5-12-2025, 09:33
    Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
  • 5-12-2025, 09:00
    Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
  • 4-12-2025, 16:00
    Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
  • 4-12-2025, 15:30
    Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
  • 4-12-2025, 14:22
    Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
  • 4-12-2025, 14:21
    İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
  • 4-12-2025, 14:09
    “Onun seçimi yoxdur, istefa verməlidir”
  • 4-12-2025, 13:20
    NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik
  • 4-12-2025, 13:14
    Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL
  • 4-12-2025, 13:07
    Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Nədən danışdılar
  • 4-12-2025, 12:39
    Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
  • 4-12-2025, 12:34
    İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
  • 4-12-2025, 12:28
    İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:54
    Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə