• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vahid Əliyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-10-2023, 11:00

Vahid Əliyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Vahid Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Vahid Əliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vahid Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vahid Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev - “Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir”.
Vahid Əliyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır


Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Artıq bu layihələr reallığa çevrilib. Bununla da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Vahid Əliyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır


“Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin təntənəsidir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Nəticə isə göz qabağındadır. Ermənistanın qeyri-konstruktiv, təxribatçı mövqeyi onun kapitulyasiyası ilə nəticələndi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bu Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir.
Vahid Əliyev: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Ötən ay ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaq”.

Oxunub: 10213
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 15:19

Vətənə Şərəfli xidmət Hikmət Şikarov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-10-2023, 10:35

Ağsuda təhsil uğurla inkişaf edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...
İmperiyalara son – Yeni dünya güclülərindir
3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bələdiyyələr daha torpaq sata bilməyəcək
Azərbaycanda Boz ay bu tarixdə başlayır
Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - VİDEO
Hadisə
10-02-2026, 13:20
Sabah Bakıya qar yağacaq - PROQNOZ
10-02-2026, 12:59
Güllələnən müəllimdən XƏBƏR VAR
10-02-2026, 12:52
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
10-02-2026, 10:50
Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
10-02-2026, 10:34
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
10-02-2026, 09:24
Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək
Son xəbərlər
  • Bugün, 09:28
    Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...
  • Bugün, 09:21
    Zelenskidən son nöqtə: pis sülhə imza...
  • Bugün, 09:16
    Kiyev Donbasdan geri çəkilir: referendum planı...
  • Bugün, 09:10
    Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır
  • Bugün, 09:04
    Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
  • Bugün, 09:00
    Kremlin ABŞ-a ümidi boşa çıxır, “sülh prosesi” pozulur: Rusiya Ukraynaya yeni dağıdıcı hücuma başlayacaq
  • Dün, 16:00
    Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir
  • Dün, 15:30
    İmperiyalara son – Yeni dünya güclülərindir
  • Dün, 13:45
    Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli
  • Dün, 13:42
    Ramiz Mehdiyevin çevriliş səs yazısı və evindən çıxan pullar - DTX-nin əməliyyatı
  • Dün, 13:38
    DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi
  • Dün, 13:32
    3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
  • Dün, 13:28
    SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
  • Dün, 11:52
    İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
  • Dün, 11:43
    Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
  • Dün, 11:22
    ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir
  • Dün, 11:18
    Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama
  • Dün, 11:13
    Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
  • Dün, 09:51
    ABŞ İran yaxınlığına əlavə hərbi qüvvələr göndərir
  • Dün, 09:44
    Pensiya kapitalı nə qədər artırıldı?
  • Dün, 09:28
    Rusiyada "WhatsApp" tamamilə bloklandı
  • Dün, 09:24
    Trampdan İrana qarşı iki cəbhəli siqnal: Ağ Evdə məxfi iclas, Netanyahu ilə kritik görüş
  • Dün, 09:22
    Avropa Parlamentinə açıq çağırış: Qərbi azərbaycanlıların haqqını...
  • Dün, 09:20
    İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
  • Dün, 09:11
    Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir
  • Dün, 09:00
    Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
  • 11-02-2026, 21:09
    Prezident məmurlara tapşırıq verdi
  • 11-02-2026, 16:00
    Bitkoinin iflası: Azərbaycanda 120 min nəfərin xəyalı puç oldu
  • 11-02-2026, 15:30
    Bələdiyyələr daha torpaq sata bilməyəcək
  • 11-02-2026, 13:54
    Türkiyə “Nüvə Klubu”na QOŞULACAQ? – Mühüm gəlişmə
  • 11-02-2026, 13:49
    Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir
  • 11-02-2026, 13:43
    Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"
  • 11-02-2026, 13:38
    Prezident müşavirə keçirdi
  • 11-02-2026, 12:50
    İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTO
  • 11-02-2026, 12:46
    “Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə