
Söhbət açdığımız insan hər zaman Vətəninə, Xalqına bağlı bir əsl azərbaycan kişisidir. Nə vaxtı harda olmasından asılı olmayaraq daim öz doğma vətəni haqqında düşünür, onun kədərini öz kədəri, sevincli-şad günlərini öz sevinci kimi qəbul edir. Bu gün bu şəxsiyyətin heç bir reklama ehtiyacı yoxdur. Etdikləri yaxşılıqları sadalamağla bitməz. Sadəcə deyir ki, gərək əsl insan, Vətənini-Xalqını-Millətini sevən hər kəs etdiklərini dilə gətirməz. Bu bizim bir insanlıq borcumuzdur. İstər dünən, istər bu gün, sabah və hər zaman biz qürur duyduğumuz Azərbaycanımızın, Ali Baş komandan, qalib xalqın qalib lideri olan İlham Əliyev cənablarının yeritdiyi daxili və xarici siyasəti dəstəkləməklə daim onun yanında olmalıyıq. Ümummilli liderimiz olan, Türk dünyasının böyük oğlu, Ulu Öndərimizin layiqli davamçısı olan Cənab İlham Əliyevin uğurlu siyasəti doğma Azərbaycanımızın şöhrətini bütün dünyaya yaydı. Məhz onun apardığı siyasət nəticəsində Azərbaycan öz əzəli-əbədi torpaqlarına qovuşdu. Bu gün dünya liderləri arasında böyük hörmətə sahib olan hörmətli prezidentimiz cənab İlham Əliyevin nüfuzu -reputasiyası bizim üçün, Azərbaycan xalqı üçün, Dövlətimiz üçün qürurverici bir haldır. Artıq Azərbaycan dövləti ilə, onun rəhbəri İlham Əliyev cənabları ilə hesablaşırlar, hörmətlə yanaşırlar.
Bəli bizlərdə hər zaman prezidentimizin yanında olmalı, onu dəstəkləməli və onun gözəl tövsiyələrinə rəğmən hər birimiz ölkəmizin iqtisadi qüdrətinin artmasına, güclənməsinə vicdanla çalışmalıyıq.
Qəhrəmanımız əslən Hacıqəbul rayonu Muğan qəsəbəsindəndir. O vətəndən uzaqda- Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Amma daim onun ürəyi öz doğma Azərbaycanı ilə vurur. Qalib xalqın qalib lideri olan dövlət başçısı, Ali Baş komandan, İlham Əliyev cənablarının düzgün, mükəmməl apardığı siyasət nəticəsində torpaqlarımızın azad olunmasını böyük sevinclə qarşılayaraq fərəh hissi keçirir, qürur duyur. Hər yerdə azərbaycanlı olmağı ilə fəxr edir.
Poladxan Bəy - 2-ci Qarabağ müharibəsi-Vətən müharibəsindən sonra bu Vətənə, Xalqına bağlılığını daha da artırmışdır. Daim şəhid ailələri, qazilər, aztəminatlı ailələr onun diqqət mərkəzində olmuşdur. İmkan daxilində, bacardığı qədər onlara diqqət və qayğı göstərir. Onların problemləri ilə maraqlanıb öz dəstəyini əsirgəmir.
Poladxan Bəy peşəkar, prinsipial iş bacarığına malik olan, təcrübəli, qayğıkeş və həmdə reputasiyası hər zaman yüksək olan dəyərli bir iş adamıdır. İllərin sınağından çıxmış etibarlı, vətənpərvər və Dövlətinə-Dövlətçiliyə sadik olan Alicənab şəxsiyyətdir.
Çətin, məsuliyyəti və şərəfli bir ömür yolu keçmiş Poladxan qardaşımızın amalı, məqsədi tək bizneslə məşğul olmaq üçün yox, həm də daim Dövlətçiliyə, onun ləyaqətli Rəhbəri İlham Əliyev cənablarına dəstək olmaqdan ibarətdir.Odur ki, Poladxan müəllim bu yolda qətiyyətli mövqe nümayiş etdirərək başqalarına örnək olmağa çalışır. Şəhid ailələri, qazilər, bizim vətən müharibəsinin qəhrəmanları xalqımızın-millətimizin genəfondudur deyir Poladxan müəllim. Onlar Vətən üçün, xalqımız üçün, torpaqlarımız üçün öz canlarından keçdilər. Şəhid oldular, qazi oldular, öz sağlamlığını itirdilər. Bəli bizlər bu gün onlara borcluyuq deyir Poladxan Bəy. Hamı onları tanımalı, hörmətlə yad etməli və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmalıdır.Bəli Poladxan Bəy
Vətəndən uzaqda olsanızda bir ayağınız burdadır, çünki Siz Vətənsiz qala bilməzsiniz. Siz qurub - yaratmaq, dövlətə, xalqa xeyir vermək məqsədi ilə çalışırsınız. Vətəninə, Xalqına layiqli övlad olub ona sədaqətlə - vicdanla xidmət etmək Sizin ən başlıca amalınızdır. Bizdə bu şərəfli yolda Sizə uğurlar arzu edirik. Arzu edirik ki, hər zaman elə olduğunuz kimi Ləyaqət-Qüruq - Şərəf - Vüqar sahibi olasınız. Amin.
Tanrı Sizləri Sevdiklərinizi Azərbaycanımızı qorusun. Amin.
Hörmətlə Hatəm müəllim.