Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşüb.
Bu zaman dövlət başçısı ilə sakinlərdən biri arasında maraqlı dialoq yaşanıb.
Vətəndaş Mahir Hüseynov Prezidentə təşəkkür edib. Musavat.com həmin səmimi dialoqu təqdim edir:
- Maarif Hüseynov: Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.
Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb.
Maarif Hüseynov: Xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: İki uşağı var.
Sakinlər: Allah saxlasın.
Prezident İlham Əliyev: İki oğul.