• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Manaf Manafov: Azərbaycan diplomatiyasının növbəti qələbəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-08-2023, 14:55

Manaf Manafov: Azərbaycan diplomatiyasının növbəti qələbəsi


Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi, hərbi təxribatlar törədir, Azərbaycana qarşı şər- böhtan kampaniyaları aparır. Və bu aksiyanın ən kulminasiya nöqtəsi BMT TŞ-da keçirilən iclas oldu. BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır. Qeyd etmək lazımdır ki, bu iclasda heç bir sənəd qəbul olunmadı. Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan öz qazdığı quyuya özü düşdü. Burada mən Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq istərdim. O hər zaman vurğulayır ki, “bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır”. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə çalan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı, son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən bir ölkədir. Və bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. Heç bir zorakılıq olmadan, böhtan, yalan olmadan!
Manaf Manafov: Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Bu baxımdan BMT TŞ-da dünən keçirilən iclas bizim fikirlərimizi bir daha sübut edir. Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyev çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib: Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

İclasda çıxış edən üzvlərin ortaq fikirləri “regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır” – oldu. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT TŞ-nın iclasından heç bir nəticə ala bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı. Azərbaycan isə bir daha öz ədalətli və haqlı mövqeyini Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə bir daha beynəlxalq tribunadan ifadə elədi. Həmçinin, Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi. Xatırladaq ki, avqustun 16-da Azərbaycanda fəaliyyət göstərən akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri (45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi) Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmuşdular. Elə müzakirələr zamanı Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının vacibliyi bir daha qeyd olundu.
Manaf Manafov: Azərbaycan diplomatiyasının növbəti qələbəsi


Bundan əlavə, Laçın dəhlizində quraşdırılan Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin fəaliyyətinə qarşı ermənilərin və onların havadarlarının apardığı təbliğat nəticəsiz qaldı. Digər mühüm məqam isə Beynəlxalq Qızıl Xaçın regionda siyasi aktora çevrilməsi məsələsinin gündəmə gətirilməsi oldu. Azərbaycan nümayəndəsi öz çıxışında, vurğuladı ki, “Ermənistan BQXK-nin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə, presendentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub. Ermənistan BQXK-nin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nin tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib. Ermənistanın BQXK-dən siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”. Bütün bu faktlar isə Azərbaycan bu qurum qarşısında qəti şərtlər qoymasına real zəmin yaradır. Azərbaycan qalib olmasına baxmayaraq, özü müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif etmişdir. Bunu həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət unutmamalıdır. Bütün ağrı-acılara, öz doğma yurdlarından məcburi köçkün düşmələrinə, erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalmalarına, erməni faşizminin törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edibdir. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin taleyinə gəldikdə isə, onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bütün bunlarla yanaşı, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaq bizim haqqımızdır.


Manaf Manafov: Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Oxunub: 10204
Paylaş:
Digər xəbərlər

Siyasət

19-06-2023, 12:16

Ermənistan və erməni separatçıları Azərbaycana qarşı təxribat üçün zəmin hazırlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-06-2023, 15:30

"Ermənilər Azərbaycana xüsusilə xarici ölkədən qonaq gələn ərəfələrdə təxribat törədir" - Görünəni budur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-08-2023, 12:57

Ermənilərin növbəti fiaskosu - BMT TŞ gözləntiləri PUÇA ÇIXARDI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-08-2023, 09:41

XİN BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-07-2023, 15:30

Qazaxda birgə iclas: 7 kənd Azərbaycana qaytarıla bilər - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Hadisə
Bugün, 10:59
Azərbaycanda kafedə partlayış: Ölən var
Bugün, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
Son xəbərlər
  • Bugün, 11:30
    Prezident Küveyt Əmirini təbrik etdi
  • Bugün, 11:23
    Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
  • Bugün, 10:59
    Azərbaycanda kafedə partlayış: Ölən var
  • Bugün, 10:23
    Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
  • Bugün, 10:15
    Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
  • Bugün, 10:10
    Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
  • Bugün, 10:02
    “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
  • Bugün, 09:57
    Azərbaycan Türkiyəyə başsağlığı verdi
  • Bugün, 09:52
    “İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
  • Bugün, 09:39
    Leyla və Alena Əliyevalar Qubada - Fotolar
  • Bugün, 09:28
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Bugün, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə