• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağ Zəfərimizin Polad müjdəsi - Tovuz döyüşlərinin 5 ili [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-07-2025, 10:22



Bu hadisələr Vətən müharibəsində qazanılan qələbənin tətikçisi idi; bəs Ermənistan bu siqnallardan nəticə çıxardımı...

Ermənistanla sərhəddə Tovuz döyüşlərindən 5 il ötür. 2020-ci ilin 12 iyulunda düşmən tərəfinin təxribatı nəticəsində başlayan və bir neçə gün davam edən sərhəd döyüşləri zamanı Ermənistan ordusu ciddi itkilər verdi və yerində oturduldu.

Təəssüf ki, bizim də canlı itkilərimiz, şəhidlərimiz oldu. Onların arasında generalımız, Milli Qəhrəman Polad Həşimov da var (14 iyul 2020). Lakin 2016-cı il aprel döyüşlərindən sonra ordumuzun işğalçı üzərində texnoloji-hərbi üstünlüyü bir daha, qabarıq şəkildə özünü göstərdi. Yəni bu hadisələr faktiki 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin ikinci və son müjdəçisi idi.

Bəs Ermənistan niyə bu siqnallardan nəticə çıxarmadı?

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a şərhində bildirdi ki, Tovuz hadisələri Ermənistanla münaqişə dövrünün ən uğurlu əməliyyatlarından biri kimi tarixə yazılıb. Polkovnik vurğuladı ki, Tovuz hər zaman önəmli istiqamətlərdən biri olub: “Strateji əhəmiyyət daşıyan logistika yolları Tovuzdan keçir, üstəlik, Ermənistanla sərhəd rayondur. Buna görə də ermənilər hər zaman Tovuz istiqamətinə önəm veriblər. Bu istiqamətdə dəfələrlə təxribatlar olub. Ermənilərin hər zaman bu rayonu işğal edib, yolları bağlamaqla bağlı planları olub. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində ermənilərin törətdiyi təxribata qısa zamanda layiqli cavab verildi. Azərbaycan Ordusu bu istiqamətdə qarşıya qoyulan tapşırıq və vəzifələri uğurla yerinə yetirərək düşməni yerində oturtdu. Tovuz hadisələrinə başqa prizmadan baxsaq, bu hadisədən sonra Azərbaycan xalqı işğalla barışmamaq, düşmənin təxribatlarına son qoyulması üçün Prezidentə məqsədyönlü müraciətlər etdi. Gənclərimiz könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdular. Cəmiyyət Prezidentin, dövlətin yanında olduğunu, hər əmrə hazır və qadir olduğunu göstərdi. Prezident isə Tovuz hadisələrindən sonra "Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir" demişdi. Dövlət məqsədyönlü şəkildə əks-hücum əmri vermək üçün lazımi məqamı gözlədi. Aydın məsələ idi ki, qərarın verilməsi ilə Azərbaycana təzyiqlər olacaqdı. Bu təzyiqlərin qarşısını almaq üçün hazırlıqlı olmaq lazım idi. Diplomatiya sahəsində Azərbaycan Prezidentinin qələbəsi də torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdi. Beynəlxalq arenada, diplomatiyada qələbə əldə etmədən müharibədə qalibiyyət əldə etmək şübhəli görünürdü. Biz aprel hadisələrində bunu yaşamışdıq. Azərbaycan Ordusu müəyyən yüksəklikləri ələ keçirməyə müvəffəq olsa da, böyük dövlətlərin müdaxiləsi nəticəsində yenidən atəşkəs elan olunmuşdu. Düşünürəm ki, Azərbaycan Prezidentinin məhz siyasi arenada bütün riskləri minimuma endirmə imkanını əldə etməsi 44 günlük Vətən müharibəsinin uğurla başa çatması üçün əhəmiyyət kəsb edib. Bu baxımdan Tovuz hadisələri Vətən müharibəsinə açılan qapılar kimi qəbul edilir".

Ermənistanın baş verənlərdən hələ də nəticə çıxarmamasını şərh edən polkovnik qeyd etdi ki, Ermənistan heç zaman müstəqil siyasət aparmayıb: “Ermənistan hər zaman bu və digər havadarlarının sifarişlərini yerinə yetirir. Ermənistan Cənubi Qafqazda yerləşməklə Rusiya və Qərbin maraqlarının toqquşma mərkəzinə çevrilib. Belə ola halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin gecikməsi həmin qüvvələrin marağındadır. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hələ də imzalanmamasının əsas səbəbi Azərbaycandan fərqli olaraq, Ermənistanın müstəqil qərar qəbul etməyə qadir olmamasıdır. Azərbaycan dövləti lazım olan bütün addımları atır. Əbu-Dabidə keçirilən görüş də onu göstərir ki, Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistanla sülh müqaviləsinin bağlanması realdır. Hesab edirəm ki, yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı konkret qərarların qəbul edilməsi gözləniləndir. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin siyasəti beynəlxalq arenada müsbət qarşılanır, çünki Azərbaycanın tələbləri haqlı tələblərdir, Azərbaycan sülh istəyir. Azərbaycanın qəti mövqe göstərməsi ilə Cənubi Qafqaz stabilliyin, sülh və əmin-amanlığın hökm sürdüyü regiona çevrilə bilər. 5 il sonra baş verənləri təhlil edərkən Azərbaycanın yeni tarixində Tovuz hadisələrinin nə dərəcədə əhəmiyyətə malik olduğunu görürük. Azərbaycanın qətiyyətli mövqeyi, uğurlu daxili və xarici siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan bayrağı respublikamızın bütün ərazilərində dalğalanır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oxunub: 1050
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-07-2025, 09:33

Tovuz döyüşlərindən 5 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-07-2024, 09:18

Tovuz döyüşlərindən 4 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

3-01-2025, 09:53

Səngər Generalımız Şəhid Polad Həşimovu Hörmətlə Anırıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

2-01-2024, 10:58

General-mayor Polad Həşimovun doğum günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-07-2024, 10:39

Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə