• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

6-12-2023, 10:55

Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir



2023-cü ildə Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir

Hacıqabul şəhərində həyata keçirilən abadlıq, tikinti-təmir işlərində şəhərdaxili yolların əsaslı təmiri xüsusi yer tutur. 2023-cü ildə şəhər ərazisində 8,2 km yolun əsaslı təmiri nəzərdə tutulmuşdur.

Şəhərin M.Cəfərov, A.Dadaşov, Ə.Əsədov, Ə.Həşimov, R.Baladov, S.Vurğun, P.Balabəyov, M.Şahbazov, N.Ağayev, N.Şirəliyev, Ə.Nağıyev, S.Qubadov, Şirvan və A.Bakıxanov küçələrində yeni asfalt örtüyü salınır. Bu da həmin küçələrdə yaşayan sakinlərin sevincinə səbəb olur, onlarda məmnunluq yaradır. İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhər küçələrinin asfaltlanması işlərinə yerində baxış keçirmiş və görülən işlərin daha keyfiyyətli və standartlara uyğun vurulması üçün öz tapşırıq və tövsiyələrini vermişdir.

Sakinlər onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Təmir-tikinti işlərini 2023-cü ildə elan edilmiş açıq etenderin qalibi olmuş, yol tikintisi və təmiri işlərində ixtisaslaşmış müəssisə olan “Muğan-KİTT Şirkəti” MMC tərəfindən həyata keçirilir.

Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir


Hacıqabul şəhər İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - 2020-ci il 10 dekabr tarixində Bakının Azadlıq meydanında Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Bu parad Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Zəfərimizə gedən yol hər zaman geniş təhlil edilir və bu fonda böyük əminliklə vurğulanır ki, haqq, ədalət sonda zəfər çalır. Azərbaycan 30 il münaqişənin həlli istiqamətində ciddi səylər göstərdi. Sülh danışıqlarını davam etdirməklə yanaşı, ordu quruculuğu istiqamətində də mühüm addımlar atdı. Ümummilli Lider Heydər Əliyev bu çağırışı diqqətə çatdırmışdır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.
Hacıqabul şəhərində abadlıq və quruculuq işləri davam edir


Müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli, döyüş ruhlu ordusunun olması vacibdir. Azərbaycan bu sahədə də mövcud imkanlarını nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün zəfər yürüşünü həyata keçirdi. Rəşadətli Ordumuz Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Ordumuz bu tarixi günə hazırlığa 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatı zamanı başladı və 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkarın layiqli cavabını verməklə davam etdirdi. Tarixə İkinci Qara­bağ müharibəsi kimi daxil olmuş Vətən müharibəsində Azərbaycan Ordusu dünyaya gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları işğalçı Ermənistanın ka­pitulyasiyası ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzala­dıqları birgə Bəyanatla başa çatdı. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Zəfərin qazanılmasını şərtləndirdi. Ağdam, Kəlbəcər və Laçın müharibəsiz işğaldan azad edildi.

Azərbaycan 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, bölgəmizdə yeni reallıq yaratdı. Zəfər paradındakı çıxışında “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır” söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlığından bəhs edərək bildirmişdir ki, mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb: “Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.”

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. Son üç ildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası o qədər böyükür ki, onları sadalamaqla bitməz. Dağıdılan şəhər və kəndlərimiz dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa olunur. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”dir. Burada bütün yeniliklər öz əksini tapıb. İşğaldan azad edilmiş ərazilərimizdə ilk “ASAN xidmət” mərkəzi məhz Ağalıda tikilib. Vətəndaş məmnunluğunun artırılması görülən bütün işlərin əsasında dayanır.

Son üç ildə Azərbaycanın mühüm uğurları, tarixinə yazdığı zəfər səhifələri sırasında ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini xüsusi qeyd etməliyik. Hazırda qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Bu tarixi hadisə dövlət başçısı İlham Əliyevin oktyabrın 15-də bu ərazilərə səfəri zamanı yaşandı. Bu gün harada yaşanmasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Zəfər paradından üç il keçmədi Xankəndi şəhərində hərbi parad keçirildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi paraddakı çıxışında bu reallığı bir daha diqqətə çatdırdı: “Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün.”

Oxunub: 10165
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-10-2023, 13:21

Mahmud Bağırov şəhid ailələrinə özəl diqqət və qayğı göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

1-06-2023, 11:51

Sumqayıt şəhərində səyyar qəbullar davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

25-05-2023, 10:07

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-10-2023, 14:54

Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Hadisə
5-12-2025, 14:11
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:31
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:52
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 09:33
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
4-12-2025, 11:54
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 11:25
    İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dün, 11:17
    Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
  • Dün, 11:10
    Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
  • Dün, 10:56
    Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
  • Dün, 10:40
    Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
  • Dün, 10:31
    “Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
  • Dün, 09:53
    Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
  • Dün, 09:47
    DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
  • 5-12-2025, 16:00
    Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
  • 5-12-2025, 14:11
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
  • 5-12-2025, 14:06
    Horovluya daha 16 ailə köçürüldü
  • 5-12-2025, 13:37
    İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
  • 5-12-2025, 12:40
    Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
  • 5-12-2025, 12:27
    Yanğında ölən ana və uşaqların FOTOSU
  • 5-12-2025, 11:31
    Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
  • 5-12-2025, 10:58
    Hakan Fidan: Avropada yeni sistem yaranacaq
  • 5-12-2025, 10:52
    Tulin və tələbəsi saxlanıldı
  • 5-12-2025, 10:19
    Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
  • 5-12-2025, 10:05
    Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
  • 5-12-2025, 09:55
    Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
  • 5-12-2025, 09:40
    İlham Əliyev onlara müraciət etdi
  • 5-12-2025, 09:33
    Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
  • 5-12-2025, 09:00
    Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
  • 4-12-2025, 16:00
    Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
  • 4-12-2025, 15:30
    Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
  • 4-12-2025, 14:22
    Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
  • 4-12-2025, 14:21
    İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
  • 4-12-2025, 14:09
    “Onun seçimi yoxdur, istefa verməlidir”
  • 4-12-2025, 13:20
    NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik
  • 4-12-2025, 13:14
    Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL
  • 4-12-2025, 13:07
    Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Nədən danışdılar
  • 4-12-2025, 12:39
    Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
  • 4-12-2025, 12:34
    İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
  • 4-12-2025, 12:28
    İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:54
    Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə