46 saylı Cəlilabad Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimovun Qarabağ qazisi Vahid Şahbazovun müraciətini dinlədikdən sonra nəinki onun haqlı istəyini yerinə yetirdi, əksinə, qazinin nömrəsini blok edərək tam saymazlıq nümayiş etdirdi.
Ölkə rəhbərimiz cənab Prezident dəfələrlə bildirib ki, qazilər xüsusi diqqət və qayğı ilə əhatə olunmalıdır. Lakin görünən odur ki, bəzi məmurlar hələ də öz bildiklərini edərək qazilərə qarşı hörmətsizlik göstərir, onların haqqını tapdalayırlar.
Hörmətli Xudayar Rəhimov, siz hansı haqla, Qarabağ uğrunda canını fəda etmiş bir qazinin müraciətini qulaqardına vurur, onun haqlı istəyini nəzərə almırsınız? Hansı cəsarətlə şəhid və qazilərimizin qanı bahasına qazandığımız müstəqillik və torpaqlar uğrunda döyüşmüş insanlara belə münasibət göstərirsiniz?
Bu cür özbaşınalıq və məmur laqeydliyi cəmiyyətimizdə böyük narazılıq yaradır. Qaziləri saymayan, onların hüquqlarını pozan şəxslər cəzasız qalmamalıdır! İlgili qurumlar bu məsələyə dərhal müdaxilə etməli, Xudayar bəyin qanunsuz və qeyri-etik davranışına hüquqi qiymət verilməlidir!