Dərin hüznlə bildiririk ki, İsmayıllı rayonunun Bizlan kənd sakini Xasiyev Müslüm Mərəm oğlu haqq dünyasına qovuşmuşdur. Onun vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir.
Xasiyev Müslüm Mərəm oğlu nəcib insan, gözəl ailə başçısı və örnək şəxsiyyət idi. Onun mehribanlığı, səmimiyyəti və ətrafındakı insanlara göstərdiyi qayğı hər zaman xatırlanacaq. Onun dünyadan köçməsi bizlər üçün böyük itki olmaqla yanaşı, həyatının gözəl izləri ilə yadda qalacaq.
Bu ağır itki ilə əlaqədar olaraq, mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Müslüm müəllimin ruhu şad, məkanı cənnət olsun.
Cabir Məmmədzadə adından, "Sait" rəhbərliyi və kollektiv adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.