Sumqayıt Dövlət Texniki Kollecində təhsil daim inkişafı edir - ÖZƏL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
18-11-2024, 12:07
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Əsəd Qurbanovdur.
Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Əsəd Qurbanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əsəd Qurbanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əsəd Qurbanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Əsəd Qurbanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Əsəd Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Əsəd Qurbanov özünü doğruldub. Bizdə hörmətli Əsəd Qurbanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Əsəd Qurbanov - “Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatının bütün mərhələlərində aparıcı siyasi qüvvə kimi tarixi missiya daşıyıb. 32 il öncə - 1992-ci il 21 noyabr tarixində müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Tarixi zərurətdən yaranan partiyamızın təsis olunması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin dövlətçilik təcrübəsi əsasında baş verib. Ötən dövr ərzində müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda, Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilən YAP bu gün də öz hədəfləri, məqsədləri uğrunda yorulmadan çalışır”.
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti nəticəsində Azərbaycan böyük uğurlar qazanıb: “Prezident İlham Əliyev YAP-ın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri seçildi. Bununla da partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasında mühüm rol oynadı. Yeni Azərbaycan Partiyasının Sədri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 19 ildən artıq bir dövrdə Azərbaycanda 4 mühüm nəticəyə nail olunub.
Birincisi, Azərbaycanda dayanıqlı əsaslara söykənən birlik əldə olunub. Bu, müxtəlif millətlərin, dinlərin, siyasi təsisatların birliyidir. Yəni, ölkəmizdə bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu, həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.
İkincisi, iqtisadi inkişafdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi bizə aiddir. Regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilməz.
Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə artmasıdır. Dünyada Azərbaycan kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan müstəqil bir ölkə kimi qəbul olunur. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) göstərilən beynəlxalq diqqət, Bakıya yüksək səviyyədə edilən səfərlər, səsləndirilən bəyanatlar düzgün yolda olduğumuzu, hədəfimizin dəqiq və aydınlığını göstərir.
Dördüncüsü isə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və postmüharibə dövründə fəaliyyətimizi möhtəşəm Qələbəyə layiq şəkildə qurmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir. 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur”.
Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək: “Biz dünyada baş verən ən son yenilikləri, siyasi trendləri yaxından izləyirik. Bu gün YAP müasir siyasi texnologiyaların imkanlarından yararlanaraq yeni gündəm yaradan, yeni ideyalar və dəyərlər yaya bilən bir partiyaya çevrilmişik. Biz, həmçinin siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin iştirakını təşviq edirik, təcrübəli üzvlərimizin bilik və bacarıqlarını onlarla bölüşürük. Gənc üzvlərin siyasi cəhətdən daha da püxtələşməsi, onlara yüksək siyasi davranış mədəniyyətini öyrətmək bizim mütərəqqi vəzifəmizdir. İnanıram ki, biz hakim partiya olaraq Sədrimiz tərəfindən müəyyən edilən hədəflərə çatacağıq və Ulu Öndər Heydər Əliyevin arzuladığı “Gələcəyin partiyası olmaq” üçün əlimizdən gələni edəcəyik”.