• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şakir Qəniyev: COP29 - Qlobal iqlim səylərinə və əməkdaşlığa çağırış [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-11-2024, 12:20

Şakir Qəniyev: COP29 - Qlobal iqlim səylərinə və əməkdaşlığa çağırış


11 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev - Yüksək səviyyəli təşkilatçılığı ilə seçilən COP29 iqlim dəyişmələri ilə yanaşı, bəşəriyyət üçün aktual olan bir çox problemlərin müzakirəsi baxımından da səmərəli platforma kimi dəyərləndirilməlidir. Bu sırada dövrümüzün qlobal çağırışlarına rəğmən aparıcı iqtisadiyyatlara malik bəzi dövlətlərin müstəmləkəsi altında qalmış və üstəlik, ekoloji problemlərin fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin problemləri əhəmiyyətli yer tutur. Belə ki, siyasi diktə altında sərvətləri talan edilən və istismara məruz qalan belə kiçik ərazilər planeti ağuşuna almış təbii kataklizmlərin yaratdığı fəsadlardan qurtulmaq üçün imkanlardan məhrum edilmişlər.

Dünya ictimaiyyətinin diqqətini bu problemə cəmləmək baxımından COP29 çərçivəsində keçirilmiş kiçik ada dövlətlərinin sammiti (SIDS) mühüm və əlamətdar hadisədir. Əslində, sağlam məntiqə söykənərək düşünmək olardı ki, dünyanın qlobal ekoloji problemləri Yer üzərində yerləşən bütün ölkələrə eyni dərəcədə aiddir və sonu bəşəri faciə ilə nəticələnə biləcək bu vəziyyətdən çıxış yolu dünya dövlətlərinin həmrəyliyindən keçir.

Bu mənada Azərbaycan hər zaman örnək sayıla biləcək mövqe nümayiş etdirir. Ölkəmiz indiyədək fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Biz onların həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Sammitdə də qeyd olunduğu kimi, Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Bu ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin mühüm istiqamətidir. COP29-un tribunasından dünyaya səslənən Prezident İlham Əliyevin SIDS toplantısındakı çıxışı deyilənlərin daha bir təsdiqidir: “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”.

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Xatırladaq ki, hələ bu ilin mayında qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. İki ay öncə isə İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Dövlət başçısı sözügedən çıxışında bunları da qeyd edərək bildirdi ki, hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır: “Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə birgə bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”.

Qaldırılan mühüm məsələlərdən biri də neokolonializm və iqlim dəyişmələridir. Belə ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı “dəniz əraziləri” iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Dövlət başçısı bu problemləri bəyan etməklə yanaşı, sammitdəki çıxışında auditoriyanı müstəmləkə şəraitində yaşayan xalqların düşüncələrini azad, müstəqil gələcəyə kökləyir: “Gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.

Sammitin gedişində Fransanın bu ərazilərdə indiyədək törətdiyi cinayətlər, rejimin elə bu yaxınlarda da insan hüquqlarını pozması halları qeyd edildi. Belə ki, Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 170-dək insan yaralanıb, 1700 aksiya iştirakçısı həbs edilib. Belə misalların sayı saysız-hesabsızdır. Lakin təəssüf doğuran hal budur ki, nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası həmin hadisələrə münasibət bildirib. Cənab İlham Əliyev isə onların üzərinə gedərək daha bir siyasi iradə və cəsarət nümunəsini ortaya qoydu: “Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”. O qətiyyətlə bəyan edib ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verdiyi kimi, COP29-un sədri kimi də onları dəstəkləyəcək və gələcəkdə də dostlarınıı dəstəkləməkdə davam edəcək.

Beləliklə, Azərbaycanın COP29-da bu məsələləri gündəmə gətirməsi iqlim dəyişmələri və ekoloji davamlılıq mövzularında hər bir ölkənin məsuliyyət daşımalı olduğuna dair prinsipial mövqeyindən irəli gəlir. Kiçik ada dövlətlərinin və zəif iqtisadiyyata malik digər ölkələrin iqlim dəyişmələrinə adaptasiya ola bilmələri üçün inkişaf etmiş dövlətlərə səslənən Bakı onları ədalət və humanism prinsiplərinə riayət etməyə dəvət edir. Bu yanaşma beynəlxalq miqyasda Azərbaycanın qlobal iqlim siyasətində hamı üçün faydalı ola biləcək bərabərhüquqlu tərəfdaşlığın qurulması ilə bağlı təşəbbüslərini aktuallaşdırır.

Oxunub: 10164
Paylaş:
Digər xəbərlər

---

15-11-2024, 12:24

Elnur İsmayılov: COP29 - Davamlı gələcək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdən biridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

11-10-2024, 12:20

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-06-2024, 10:38

İlham Əliyev: "Azərbaycan COP29-a var gücü ilə hazırlaşır" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-03-2024, 10:54

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-11-2024, 10:04

Bu gün Azərbaycanda COP29-a start verilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə