• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aybəniz Hüseynova: Tarixi Zəfər işğala son qoydu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

3-11-2024, 10:19

Aybəniz Hüseynova: Tarixi Zəfər işğala son qoydu


Ağcabədi rayon Aran kənd O.Mirzəyev adına 2 nömrəli ümumi orta məktəbinin direktoru Aybəniz Hüseynova - “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın işğaldan azad olunmasının strateji əhəmiyyəti isə olduqca böyük idi. Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanat tarixi qələbənin sanki sənədi, təsdiqi idi və taninması idi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Qürur verən həm də odur ki, müharibə zamanı Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə deyirdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq. Bu qətiyyət Ermənistanı niyyətindən daşındırmalı idi. Lakin Ermənistan sülh danışıqlarından yayınır, işğalın müddətini uzatmaq, regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Ermənistan yeni ərazilər işğal etmək üçün dövlət sərhədlərindən də, işğal etdiyi ərazilərdən də Azərbaycanın ərazilərinə hücumlar edirdi, müxtəlif miqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan işğal etdiyi ərazilərdə müxtəlif səviyyəli mühəndis-istehkam sədləri yaratmışdı. "Ohanyan səddi" adlandırdığı bu sədləri daha da möhkəmləndirirdi, təkmilləşdirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusu bu sədləri darmadağın elədi, döyüşə-döyüşə mövqe qələbələri qazandı, kəndləri, şəhərləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşa işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il noyabrın 8-də Xankəndidə keçirilən Hərbi Paradda dedi: "...çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər". Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Böyük Qələbənin ərəfəsi oldu, noyabrın 10-da Rusiyanın fəal vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı, tarixi Zəfər işğalı son qoydu.

Oxunub: 10157
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-11-2023, 12:29

Bu rayon 31 ildən sonra yenidən bərpa olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-04-2024, 09:33

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-10-2023, 09:22

Cəbrayılın işğaldan azad olunmasından 3 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-11-2023, 09:36

Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-10-2023, 09:53

Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə