• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Habil Manafov: Azərbaycanı öz yolundan heçkim döndərə bilməz [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-10-2024, 11:43

Habil Manafov: Azərbaycanı öz yolundan heçkim döndərə bilməz


Suvarmanın düzgün aparılması, kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rol oynayır. Astarada hektarlarla sahədə əkilən çəltik, çay, sitrus, bostan bitkiləri və yonca - otlaq sahələrinin suya olan tələbatı da suvarma sistemləri idarəsi tərəfindən tam təmin olunur. Bu günə kimi 3 milyon 400 min kub su əkin sahələrinə ötürülüb. Astara suvarma sistemləri idarəsi 4519 hektar suvarılan əkinə yararlı torpaq sahəsinə xidmət edir. İdarə, suvarma suyunun tələbatçılara vaxtında itkisiz çatdırılmasında öhdəsinə düşən işləri görməkdədir. Bu istiqamətdə görülən əsas fəaliyyətlərdən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Astara rayon Suvarma Sistemləri İdarəsinin rəisi, qazi atası Habil Manafov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Astara rayon Suvarma Sistemləri İdarəsinin rəisi, qazi atası Habil Manafov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Habil Manafovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Habil Manafov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Astara rayon Suvarma Sistemləri İdarəsinin rəisi, qazi atası Habil Manafova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Astara rayon Suvarma Sistemləri İdarəsinin rəisi, qazi atası Habil Manafov - Bu günlərdə Qərbdə mənzillənmiş bəzi siyasi dairələrin anti-Azərbaycan ritorikalarının daha da gücləndiyi müşahidə olunur. Görünən odur ki, COP29-un Azərbaycan keçirilməsi, ölkənin növbəti beynəlxalq uğura imza atması erməni təəsübkeşi olan həmin siyasi dairələri dərindən qıcıqlandırır. Avropa Parlamenti (AP) tərəfindən oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamənin qəbulu da COP29 ərəfəsində anti-Azərbaycan dairələrin fəallaşmasının göstəricisidir.

Avropa Parlamentinin Avropanın problemlərini kənara qoyaraq, ölkəmizə qarşı hücuma keçməsi bir daha bu qurumun erməni lobbisinin əlində alətə çevrilməsindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana təcavüzü, 30 il torpaqlarımızın işğal altında qalması, bu müddətdə ərazilərimizin talan edilməsi, vandallığa məruz qalması, tarixi, dini və mədəni abidələrinin dağıdılması və ya erməniləşdirilməsi, Xocalı, Qaradağlı, Başlıbel soyqırımılarının törədilməsi, bütövlükdə, ermənilərin Azərbaycan ərazilərində törətdikləri insanlıq əleyhinə cinayətləri və vəhşiliklər bir dəfə də olsun Avropa Parlamenti tərəfindən qınağa məruz qalmayıb.

Lakin dəfələrlə Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamələr və digər sənədlər qəbul edib. Bəzən bir il ərzində ölkəmizlə bağlı böhtanla dolu bir neçə qətnamə qəbul olunub. Xüsusən Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda və ya hansısa uğura imza atanda Avropa Parlamenti tərəfindən ölkəmiz əleyhinə qərəzli sənədlərin qəbulu daha intensiv xarakter alıb.

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş sonuncu qətnaməni ətraflı şəkildə təhlil etdikdə biz burada da çoxsaylı qərəzli və böhtan xarakterli müddəaları görürük. Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Ona görə ölkəmiz üzvü olmadığı hər hansı təşkilatın qəbul etdiyi sənədlərə görə öhdəlik daşımır. Bu təşkilatın ölkəmizə qarşı şər və böhtan kampaniyasına tutarlı cavablar həmişə vaxtında verilib. Xüsusən Prezident İlham Əliyevin müdrik siyasəti, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın artan nüfuzu nəticəsində Avropa Parlamentində ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı həmişə kifayət qədər dəlillərə söykənən və əsaslandırılmış mövqe nümayiş etdirilib.

Avropa Parlamenti və Avropa İttifaqı əslində bir siyasi mərkəzin təmsilçiləri olsalar da, burada üzv dövlətlərin hər birinin ayrıca marağı və mövqeyi var. Həmin böhtan dolu qətnamənin qəbulu zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edən deputatlar oldu. Onlar bu sənədin əleyhinə səs veriblər.

Avropa Parlamentinin hazırda 700 nəfərdən çox üzvü var. Oktyabrın 24-də sözügedən qətnamənin Avropa Parlamentində müzakirəsi zamanı layihə müəllifləri onun sadə səs çoxluğu ilə qəbul edilməsinə nail olsalar da, səsvermənin göstəricisinə əsasən, buna yekdilliyə nail ola bilməyiblər. Belə ki, Avroparlamentin 120 nəfər üzvü Azərbaycan əleyhinə olan layihəni dəstəkləməyib. Başqa cür desək, heç də bütün deputatlar qətnamənin lehinə səs verməyiblər. O cümlədən dost və tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) dövlətlərinin təmsilçiləri böhtan dolu qətnaməyə əleyhinə səs veriblər. Bitərəf qalanlar da öz mövqeləri ilə əslində anti-Azərbaycan qrupa qarşı çıxıblar.

Bu cür qətnamələr qəbul edilməsinin səbəbi sadəcə AP-də Fransa və Almaniya kimi dövlətləri təmsil edən deputatların sayının çox olmasıdır. AP-nin qaydalarına əsasən deputatlar Avropa İttifaqına üzv dövlətlərin əhalisinin sayına nisbətdə seçilirlər. Bir ölkədən seçilən deputatların sayı maksimum 96 nəfər ola bilər. Əhalisi az olan Aİ üzvləri isə minimum 6 deputatla təmsil oluna bilərlər. Azərbaycana qarşı müzakirə olunan sənədlərə həmişə bir qayda olaraq Avropada erməni lobbisi ilə sıx əlaqəsi olan Fransa, Niderland, Belçika kimi dövlətlərin, o cümlədən Almaniyanın təmsilçiləri səs verirlər. Eyni zamanda, islamofob, antitürk mövqedə dayanan dövlətlərin təmsilçiləri də belə sənədləri dəstəkləyirlər.

Avropa Parlamenti 27 dövləti birləşdirir. Bu 27 dövlətin arasında Azərbaycanla sıx əməkdaşlığı olanlar da var. Bu baxımdan, birincisi, Avropa Parlamentində qəbul edilən bu qətnamədə irəli sürülən müddəaları hansısa formada reallaşdırılması və onların Aİ-nın toplantılarında dəstəklənməsi mümkün deyil. İkincisi, Azərbaycan bu cür təzyiqlər və sanksiya çağırışları ilə ilk dəfə üzləşmir. Ona görə də Azərbaycan Prezidentinin apardığı qətiyyətli siyasət və bizim haqlı mövqeyimiz bütün hallarda anti-Azərbaycan dairələrin bu cür cəhdlərinin puça çıxdığını söyləməyə əsas verir.

Azərbaycana qarşı COP29 ərəfəsində məkrli çağırışların olması, bu cür qərəzli sənədlərin qəbulu bizi öz yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya Azərbaycan əleyhinə olan bütün məkrli və riyakar çağırışların qarşısında etibarlı və sarsılmaz sipərdir.

Oxunub: 10134
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-09-2023, 11:52

Salyanda nasos stansiyalar vasitəsi ilə 46 min hektar əkin sahəsi suvarılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-03-2024, 15:33

Sabirabadda nasos stansiyalar tam gücü ilə işləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-08-2023, 10:32

Alim müəllim: [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-08-2024, 11:15

Habil Manafov: Suvarmanın düzgün aparılması, kənd təsərrüfatı bitkilərinin inkişafında və məhsuldarlığın artmasında mühüm rol oynayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-07-2024, 13:46

Siyəzən Suvarma Sistemləri İdarəsi Uğurlu İnkişafın Ən Yüksək Mərhələsini Yaşayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə