Süleyman Ağayev hər zaman qazilərə, şəhid ailələrinə dəstək göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
24-10-2024, 10:58
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayevdir.
Vətənpərvər ziyalımız Süleyman Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Süleyman Ağayevdə məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev - 2020-ci il oktyabrın 25-i Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifələrdən biridir. Tariximizin ən acı səhifələrindən biri olan 1993-cü il avqustun 31-də azğın düşmən tərəfindən işğal olunan Qubadlı 44 gün davam edən Vətən müharibəsində Zəngilandan sonra erməni vandallarından təmizləndi. 27 illik işğal müddətində ölkəmizin dilbər guşəsi böyük dağıntıya, barbarlığa,vandalizmə məruz qaldı. Mənfur düşmən Qubablı rayonu ərazisində bütün sosial infrastruktur dağıtdı, kommunikasiya xəttlərini məhv etdi, daşıyıb apara bildikləri sərvətlərimizi ölkədən çıxardılar. Düşmənin göz tikdiyi Hacılı kəndində mişar daşı yatağına, Bərgüşad çayının sol sahilində yəşəm yatağına, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqlarına, Mollabürhan kəndinin cənubunda tuf daş yatağına, Xanlıq kəndində qum-gil yatağına, Eyvazlı kəndində əqiq yatağına küllü miqdarda ziyan vuruldu. Erməni vandallarının törətdikləri ekoloji terror aktlarının dünyada bənzərinə rast gəlinmədi.
44 Günlük Vətən Müharibəsində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Qubadlı sakinlərinin yurd həsrətinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlıya səfərləri yaddaşlara əbədi həkk olundu. Qubadlı rayonunun azad edilməsinin strateji əhəmiyyətini xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev deyirdi: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”. 2020-ci ilin dekabrın 23-də Müzəffər Ali Baş Komandan Qubadlıda Azərbaycanın üçrəngli bayrağını ucaldıltdı.
Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir.
İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında qurulan, yeni inkişaf dövrünü yaşayan Qubadlı şəhəri də dünyanın diqqətindədir. Qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz kimi Qubadlı da sürətlə dirçəldilir, cənnətə çevrilir. El-obasından köçkün düşmüş qubadlılar doğma ocaqlarının işığını yandırırlar, düşmənin viran qoyduğu yurd yerlərinin abadlaşdırılmasının şahidi olurlar. Məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün dövlətimizin Başçısı cənab İlham Əliyevin göstərişi ilə ən yaxşı şərait yaradılır.
25 oktyabr tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan qubadlılar qürurla, fəxrlə, doğma ocaqlarında “Qubadlı Şəhəri Günü”ni qeyd edirlər.