Şərəfli peşə sahibi olan Xəyalə Nağıyeva vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
10-10-2024, 11:20
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Laçın rayon Polad Bəylərov adına Alxaslı kənd tam orta məktəbinin direktoru Xəyalə Nağıyevadır.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xəyalə Nağıyeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Xəyalə Nağıyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Laçın rayon Polad Bəylərov adına Alxaslı kənd tam orta məktəbinin direktoru Xəyalə Nağıyeva - “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Dahi Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllimlərin əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizin bütün bölgələrində təhsil ocaqlarında müasir standartlara uyğun şərait yaradılıb. İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil ocaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi xüsusilə qürurvericidir”.
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Hələ 2024-cü ilin 23 aprelində ADA Universitetində “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə bir fikir səsləndirmişdir: “Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın təmamilə yaşıldır”.
Oktyabrın 8-də isə Laçın şəhəri 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edildi. Bu xəbər əlbəttə ki, həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Amma burada əhəmiyyətli olan digər həssas məqam dövlət başçısının prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. Məsələn, xatırlayırıqsa müharibədən az sonra, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” kimi elan olunmuşdur. O zaman, il girər-girməz dövlət başçısının bizləri “Nizami Gəncəvi ili” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə oldu. Prezident İlham Əliyevin fikrincə, Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıdılmalı idi. Daha sonra 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edildi. Dövlət başçısının 2022-ci il, yanvarın 5-də bu yöndə Sərəncama imza atması bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün unikal dəyər kəsb edirdi. Bununla da həmin dövrdən etibarən, milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbəri bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
Əlbəttə ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olaraq təmamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdir. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək yarışlar barədə xəbərin yayılması müqtədir məqamlardandır. 200-ə yaxın ölkənin iştirakı ilə bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbir - COP29 kimi, bu qərarlar da dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi dəyərləndirilə bilər.
Mühüm olan digər məqamlardan biri də 9 Mayın ümumi Qələbəmiz kimi qeyd olunması faktıdır. Bəli, Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbəsinin əldə olunmasında Azərbaycanın müstəsna rolu var. İnsan amili olaraq, Azərbaycan bu müharibədə ən üst sıralarda qərar tutan ölkələrdən biri olub. Azərbaycan bu müharibəyə nəinki sıravi insanları, əsgər ordusu, öz şairi, yazıçıları ilə də qoşulub. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min azərbaycanlı həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub. Göstərilən məhsullar o vaxt SSRİ-nin ümumi istehsalının faizidir. Gələn il 80 illiyi qeyd olunacaq qələbə təntənəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığında, həmçinin “yeni dünya savaşı təhlükəsinə qarşı bütün xeyirxah insanların birliyinin möhkəmləndirilməsində” mühüm amildir.
Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən dövlət olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbul edilən olub. Mahiyyətində qələbə, zəfər, sülh anlayışlarının ehtiva olunduğu hər proses dövlət başçısı İlham Əliyev üçün sevərək qoşuldığı və icra etdiyi işlərdir. Çünki, o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir. Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı bunun növbəti təzahürü kimi dəyərlidir.
Şanlı ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərimizə mütəmadi səfərlər etməsi artıq ənənə halını alıb. Bu səfərlər dövlət başçısının keçmiş köçkünlərə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Sakinlərlə görüş zamanı dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxundu. Prezident İlham Əliyev bildirdi ki, Cəbrayılın azad edilməsi müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, xalqın və ordunun ruhunu daha da yüksəltmişdir. Hərbi əməliyyatlar ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad edilməsi ilə davam etmişdir. Bu qələbələr nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Cəbrayıl şəhərinin və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində böyük irəliləyişlər əldə olunmuşdur. Dövlət başçısı bu ərazilərdə görülən işlərin miqyasına görə dünya miqyasında unikal olduğunu vurğulamışdır. Müharibədən və işğaldan əziyyət çəkən heç bir ölkə bu sürətlə və keyfiyyətdə bərpa işlərini həyata keçirməmişdir. İnfrastruktur layihələri dərhal başlamış, yollar yenidən qurulmuş, yeni magistral yollar çəkilmişdir.
Cənab İlham Əliyev çıxışında Qərb dövlətlərinin Azərbaycana qarşı sərgilədiyi ikili standartları xüsusi vurğuladı. O, qeyd etdi ki, Ermənistanın 30 illik işğalı və beynəlxalq hüququn pozulması faktına baxmayaraq heç bir sanksiya tətbiq edilməmişdir. Ermənistanın işğalçılıq siyasəti, törətdiyi etnik təmizləmə və Xocalı soyqırımına barədə dünya ictimaiyyəti susmuş, Azərbaycanın haqq səsini ucaltmasına isə Qərb dövlətləri mənfi reaksiya göstərmişdir. Ermənistanı himayə edən Qərb ölkələri, xüsusən də Fransa, Azərbaycanın torpaqlarını geri almaq cəhdlərinə qarşı çıxmış və işğalın əbədi olmasına çalışmışdır. Lakin Azərbaycan bu təzyiqlərə baxmayaraq, öz torpaqlarını azad etmişdir. Prezident İlham Əliyev bu çıxışında Azərbaycanın gələcəkdə də öz gücünə arxalanacağını və heç bir xarici təzyiqə boyun əyməyəcəyini bəyan etmişdir.
Dövlət başçısı çıxışında, həmçinin Böyük Qayıdış Proqramı ilə keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunduğunu vurğulayıb. Artıq Azərbaycan Bayrağı azad edilmiş bütün şəhərlərdə, o cümlədən Xankəndi və Xocalıda dalğalanır. Hazırda 100-ə yaxın kəndin bərpası davam edir.