Ağstafa Yaradullu kənd Yusif İsmayılov adına Ümumi orta məktəbində təhsilin kefiyyəti yüksək səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
10-10-2024, 10:52
Ağstafa Yaradullu kənd Yusif İsmayılov adına Ümumi orta məktəbinin direktoru İlahə Novruzova - Müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir: “Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir”.
Bu gün məktəbimizdə "Ekologiya ayı" ilə əlaqəli İnformatika müəllimi Cəlilova Hicran tərəfindən "Su ehtiyatlarından və Bərpa oluna bilən enerjilərdən səmərəli istifadə"mövzusunda VII sinif şagirdlərinə maarifləndirici dərs təşkil edildi.Dərsdə məktəbin TTİDM Zeynalova Təhminə iştirak etdi.
Məktəbin TTİDM Zeynalova Təhminə və ibtidai sinif müəllimi Piriyeva Gülnar tərəfindən IV sinif şagirdlərinə mərkəzləşmiş monitorinq imtahanına hazırlıq məqsədi ilə kodlaşdırma nümunələri işlədildi və çətinlik çəkən şagirdlərə izah edildi.
Məktəbimizin psixoloqu Kabıyeva Aygün II sinif şagirdləri arasında "Diqqətin yoxlanılması " ilə əlaqəli rəsm müsabiqəsi,əyləncəli oyunlar və psixoloji testlər təşkil etdi.