• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Araz Nəcəfov şəhid ailələrinə hər zaman dəstəkdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-10-2024, 13:38

Araz Nəcəfov şəhid ailələrinə hər zaman dəstəkdir



Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfovdur.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Araz Nəcəfov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Araz Nəcəfov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Araz Nəcəfovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Araz Nəcəfov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Araz Nəcəfov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Araz Nəcəfov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov - Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Təbii ki, bu hədəflər xarici siyasətimizin əsas istiqamətləri olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsini bir zərurət kimi qarşıya qoyur. Ötən dövr ərzində qarşılıqlı səfərlərin dinamikası, Prezident İlham Əliyevin iştirak, eyni zamanda, çıxış etdiyi tədbirlərin say tərkibi Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının yeni prioritetlər istiqamətində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar.
Araz Nəcəfov şəhid ailələrinə hər zaman dəstəkdir

Möhkəm təməl daim davamlı uğurlara, eyni zamanda, etimad mühitinin daha da möhkəmlənməsinə yol açır ki, bu da öz növbəsində əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə çağırışlar edir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiyanın vaxtilə vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqil Azərbaycan və Rusiya dövlətləri arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin ilin sentyabrında Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən ilk əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyul ayında imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” oldu. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Azərbaycanın xarici siyasətinin keçmiş Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələsi olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi kimi dəyərləndirildi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Postmünaqişə dövründə Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir.
Araz Nəcəfov şəhid ailələrinə hər zaman dəstəkdir

Dövlətimizin başçısı İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi. Belə ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb. Laçın sakinlərinə qovuşan, qayıdışın sevincini yaşayan məskənlərimiz sırasındadır. Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də qayıdışın ünvanlarındandır. Əlaqələrin inkişafında yeni səhifə açacaq mühüm addımlardan biri kimi gələn il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini də qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Tarixi Zəfərimizdən sonra 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu, xalqlarımız arasında tarixi dostluq, mehriban qonşuluq ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə əsaslanaraq dövlətlərarası münasibətlərimizi keyfiyyətcə müttəfiqlik səviyyəsinə yüksəltdi. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsini və daha da genişləndirilməsini təmin etmək məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.

Dövlət başçısı İlham Əliyevin bu ilin aprel ayında Rusiya Federasiyasına səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsi kimi vurğulandı. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.

Dövlət başçısı İlham Əliyev cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu. Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, bu günədək imzalanan sənədlər, mütəmadi qaydada keçirilən iqtisadi forumlar, konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Hər bir səfər çərçivəsində gündəmə gətirilən məsələlər münasibətlərin gələcək inkişafına stimuldur.

Oxunub: 10114
Paylaş:
Digər xəbərlər

---

7-07-2024, 12:55

Rafiq Qarayev şəhid ailələrinə hər zaman öz dəstəyini göstərib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-07-2024, 10:42

Hacı Əliş müəllim şəhid ailələri, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

13-07-2024, 23:57

D.r Araz Məmmədov şəhid ailələri, aztəminatlı ailələrinə hər zaman dəstək göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-06-2024, 11:29

Əlibaba həkim hər zaman şəhid ailələrinə xüsusi qayğı göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

3-06-2024, 11:24

Şərəfli vəzifə sahibi Sübhan Xəlilov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Dün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Dün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Dün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
  • Dün, 09:04
    Mehriban Əliyeva Prezidenti belə təbrik etdi
  • Dün, 09:00
    Prezidentin doğum günüdür
  • 23-12-2025, 22:46
    Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində - Fotolar
  • 23-12-2025, 22:39
    “Bala neçə aylıqdır?” - Prezident+Video
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə