• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dursun müəllim: Böyük Qələbəyə gedən yolun müjdəçisi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

6-10-2024, 12:37

Dursun müəllim:  Böyük Qələbəyə gedən yolun müjdəçisi


Sabirabad rayon Axısxa kənd N.Həmidov adına orta məktəbinin direktoru Dursun müəllim - Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən Dahi Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllimlərin əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizin bütün bölgələrində təhsil ocaqlarında müasir standartlara uyğun şərait yaradılıb. İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil ocaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi xüsusilə qürurvericidir”. İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləcə də 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi tamamilə məhv edilib.

Cəbrayılın təhsil və səhiyyə, elm və mədəniyyət müəssisələri, tarix-memarlıq, dini abidələri, o cümlədən zəngin irsimizin yadigarı olan Divlər sarayı mağarası, Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Mazannənə, Mərmər nənə məqbərələri, Başıkəsik gümbəz, Qala, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, Dairəvi türbə və digər abidələrimiz dağıntılara məruz qalmışdır.

Dövlətimiz ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı, o cümlədən Cəbrayıldakı zəngin maddi və mənəvi sərvətlərimizin, dini, tarixi-memarlıq abidələrimizin məhv edilməsinə dair əsaslı fakt və materialları müntəzəm olaraq beynəlxalq təşkilat və təsisatlara, o cümlədən dünya mədəni irsinin mühafizəçisi kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-ya təqdim edib, vəziyyətlə yerində tanış olmaq üçün dəvət etsə də, bu müraciətlər nədənsə qulaqardı edilmiş, cavabsız qalmışdır.

Eyni zamanda, bu illər ərzində Türk və İslam dünyası, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlar erməni vandalizminə qarşı Azərbaycanın haqq işinə hər zaman obyektiv siyasi-hüquqi qiymət vermiş, mənfur qonşularımızın qeyri-insani əməllərini pisləmişlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyini azad edərək Cocuq Mərcanlı kəndini öz sakinlərinə, doğma yurda qovuşdurmaqla Cəbrayılın yenidən yazılan tarixində böyük qayıdışın ilk təməllərini qoydu.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndinin işğaldan azad edilməsi Böyük Zəfərə gedən yolda ilk müjdə oldu. Müzəffər Ali Baş Komandanın həmin gün bəyan etdiyi kimi, Böyük Qayıdış Proqramı Cocuq Mərcanlı ilə başlayıb, Vətən müharibəsindəki ilk ciddi uğur isə Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində yerləşən və strateji mövqeyə malik Cəbrayıl rayonunun azad edilməsi ilə həm də 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayonun azad edilməsi digər ərazilərimizə uğurlu əks-hücumun müvəffəqiyyətlə aparılmasına imkan yaratdı, Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun cənub kəndlərini və strateji Hadrut qəsəbəsini, eyni zamanda, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu körpüdə Azərbaycan Bayrağının ucaldılması böyük tarixi və siyasi əhəmiyyət kəsb etməklə dövlət sərhədlərimizin bərpasında müstəsna rol oynadı. Beləliklə, Cəbrayıl rayonunun azad edilməsi ilə başlanan tarixi missiya 44 günlük Vətən müharibəsinin qələbə akkordunun tamamlanması ilə nəticələndi.

Ali Baş Komandanın müvafiq sərəncamları ilə Cəbrayılın Zəfərimizdəki rolu və əhəmiyyəti nəzərə alınaraq 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi, Silahlı Qüvvələrimizin 22 min 797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi kursuna uyğun olaraq 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən edildi. 27 illik işğalın sona çatmasından dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfərlər edərək əsaslı bərpa və yenidənqurma işlərinin aparılmasına start verdilər. Bu günə kimi dövlət başçısının Cəbrayıla 10 səfəri baş tutmuşdur.

Beləliklə, artıq 4 ildir ki, Cəbrayıl rayonunda aparılan davamlı yenidənqurma və bərpa işlərinin, ərazidə yaradılan vacib infrastrukturların böyük bir qisminin başa çatdırılmasından sonra sakinlərin öz ata-baba yurdlarına qayıdışı baş tutdu, ilk olaraq Bakı şəhərinin Qaradağ rayonundan 36 ailə - 117 nəfər öz doğma ocaqlarına köçürülüb.

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl Şəhər Günündə rayonda inşa olunan ilk yaşayış kompleksinin açılış mərasimində sakinlərə mənzillərin açarlarını təqdim etməsi ilə Cəbrayılın həyatında əbədi qayıdışın möhkəm təməlləri qoyuldu. Tarixi və rəmzi məna daşıyan bu əlamətdar gündə sakinlərin həyatına yeni qapıların açılması uğurlu bir missiyanın yerinə yetirilməsi kimi hesab edilə bilər.

Oxunub: 10124
Paylaş:
Digər xəbərlər

---

4-10-2024, 11:58

Zahid Məmmədov: “Mən dünyada müəllimdən yüksək ad tanımıram!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

5-10-2023, 09:59

Bu gün Beynəlxalq Müəllimlər Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-09-2023, 00:00

Afiq müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-12-2023, 11:32

Dursun müəllim: Müasir Azərbaycanın qurucusu - Ümummilli Lider Heydər Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-09-2023, 09:42

Heydər Əliyev Fondu tərəfindən təmir olunan məktəb və bağçalar istifadəyə verilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə