Zayid Məmmədov: Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
2-10-2024, 11:31
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədovdur.
Zayid Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zayid Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zayid Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Zayid Məmmədov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Zayid Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Ona etibar edilən bütün işlərdə Zayid Məmmədov özünü doğruldub. Bizdə hörmətli Zayid Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov - Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində seçicilərin çoxsaylı səsini toplayan Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xatırlatmaq yerinə düşər ki, bu, ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev bildirib ki, Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır: “Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Dahi Lider bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etməklə, xalqın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə bütün sahəhələr üzrə taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətinin iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
Bu gün ölkəmizin inkişafı, tərəqqisi, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu siyasi xətt İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyev də var olacaq və ideyaları yaşayacaqdır.